Məhkəmə qərarları › İş №e-2(033)-546/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-546/2022

22.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-546/2022 22.06.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X6 katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-011A KOD 40200058 saylı Şəhadətnamədə və JN-0397 KOD 40200058 saylı Dövlət Aktında yazılmış mərhum qızım “X9”nın “X19” ilə eyni şəxs olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək torpağın mülkiyyətə verilməsinə dair JN-011A KOD 40200058 saylı Şəhadətnamənin və JN-0397 KOD 40200058 saylı Dövlət Aktının mərhum qızı X13 məxsus olmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun və ailə üzvlərinin Zaqatala rayonu Muğanlı kənd ərazisində yerləşən onlara məxsus 3,44 ha və 0,15 ha torpaq sahələri vardır. Torpaqların mülkiyyətə verilməsinə dair JN-0397 KOD 40200058 saylı Dövlət Aktı və JN- 011A KOD 40200058 nömrəli Şəhadətnamədə mərhum qızının adı “X19”nın əvəzinə səhvən “X9” yazılmışdır. O, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə sənədində səhvən qeyd edilmiş “Mehrəliyeva” soyadının “Şabanova” və “Mehdi” ata adının “Camal” kimi dəyişdirilərək şəhadətnamədə qeyd olunan torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsinə köməklik göstərilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinə ərizə ilə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli **********00 saylı məktubuna əsasən Ləğv olunmuş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-0397 KOD 40200058 saylı Dövlət Aktı JN-011A KOD 40200058 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə sənədində düzəlişlərin edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 148 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmadığı izah edilərək bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəyə qarşı etirazın dəlilləri Ərizəyə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Ərizəçi ərizəni müdafiə edərək ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məhkəmə bildirişı göndərilməklə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, maraqlı şəxsin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasında nümayəndənin iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Torpağın mülkiyyətə verilməsinə dair JN-011A KOD 40200058 nömrəli Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 23 may 1996-cı il tarixli 32 nömrəli qərarına əsasən Zaqatala rayonu Muğanlı kənd sakini X5, Ərizəçi, X2, X7, X3 mülkiyyətinə 0,15 ha torpaq sahəsi verilmişdir. Dövlət aktı iki nüsxədə tərtib edilmiş və 707 nömrəsi ilə kitabda qeydiyyata alınmışdır. Torpağa mülkiyyət hüququna dair JN-0397 nömrəli KOD 40200058 nömrəli Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 23 may 1996-cı il tarixli 32 nömrəli qərarına əsasən Zaqatala rayonu Muğanlı kənd sakini X5, Ərizəçi, X2, X7, X3 mülkiyyətinə 3,44 ha torpaq sahəsi verilmişdir. Dövlət aktı iki nüsxədə tərtib edilmiş və 2314 nömrəsi ilə kitabda qeydiyyata alınmışdır. Zaqatala Rayon İcra hakimiyyəti Başçısının Muğanlı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 15 nömrəli arayışdan görünür ki, Aqrar İslahat Komissiyasının qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında texniki səhv olaraq X9 qeyd edilmiş AZE180330 nömrəli şəxsiyyət vəsiqəsində qeyd olunan X19 şəxs ilə adlı siyahıda qeyd olunan X9 eyni şəxsdir. İİİ – Tİ seriyalı 492936 nömrəli doğum haqında şəhadətnamənin surətindən görünür ki, X16 23 sentyabr 1980-ci il tarixdə anadan olmuşdur. Onun anası X10r. Zaqatala Rayon Polis Şöbəsi tərəfindən 17 mart 2016-cı il tarixdə verilmiş AZE seriyalı 16470997 nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X19 xx.xx.1980-cı il tarixdə Gürcüstan, Sitelskaro rayonun anadan olmuş və Zaqatala rayonu Muğanlı kəndində yaşamışdır. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 30 aprel 2021-ci il tarixli AZ-İİ seriyalı 180330 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X19 xx.xx.2021-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 309 nömrə ilə müvafiq qeyd edilmişdir. İİİ-Tİ seriyalı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X14 ilə X17 xx.xx.1986-cı il tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Mehrəliyev, arvada Mehrəliyeva soyadı verilmişdir. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Şəfizadə tərəfindən təsdiq edilmiş aktdan görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 23 may 1996-cı il tarixli 32 nömrəli qərarı ilə təsdiq olunmuş torpaq payı alacaq subyektlərin siyahısında X11 (ölüm şəhadətnaməsi AZ-İİ180330) adı texniki səhv olaraq X9 yazılmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Zaqatala rayon İcra Hakimiyyəti Zaqatala rayon Dövlət Arxivi tərəfindən 23 fevral 2022-ci il tarixdə verilmiş 343 nömrəli arxiv arayışından görünür ki, X5 1996-2000-ci illərin kitablarında ailə tərkibi və sairə aşağıdakı kimi olmuşdur. Ailə başçısı-X14, qızı-ögey-X19, oğlu-X20, oğlu-X12 və oğlu-X18. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 05 aprel 2022-ci il tarixli X8 ünvanlanmış məktubundan görünür ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə çıxarışın verilməsinə köməklik göstərilməsi barədə ərizəyə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Torpaq islahatı nəticəsində torpaq payı almış subyektlərin siyahısında düzəlişlərin edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinin səlahiyyətləri daxilində deyildir. Qeyd olunan uyğunsuzluğun aradan qaldırılmasına dair məhkəmə qərarı ərizəyə əlavə edilərək yenidən müraciət edildiyi təqdirdə məsələyə baxılacaqdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında ərizəçinin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 23 may 1996-cı il tarixli 32 nömrəli qərarı əsasında hazırlanmış JN-0397 KOD 40200058 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"-da 0,15 ha torpaq sahəsi və JN-011A KOD 40200058 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də 3,44 ha torpaq sahəsi mülkiyyətinə verilən şəxslərdən biri-ərizəçinin qızı olan xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 “Şabanova” əvəzinə “Mehrəliyeva” və ata adı “Cuma” əvəzinə “Mehdi” kimi qeyd edilmiş və torpaq aktında və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilənlər həmin şəxsin şəxsiyyət vəsiqəsində, doğum və ölüm haqqında şəhadətnamələrində və digər hüquq müəyyənedici sənədlərdə göstərilən müvafiq olaraq soyadı və ata adı ilə düz gəlmir. Bundan başqa ərizəçinin qızı olan xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 və ata adının müvafiq olaraq Şabanova və Camal olması işdə olan tədqiq edilmiş sənədlərlə bir daha öz təsdiqini tapır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 23 may 1996-cı il tarixli 32 nömrəli qərarı əsasında hazırlanmış JN-011A KOD 40200058 saylı Şəhadətnamədə və JN-0397 KOD 40200058 saylı Dövlət Aktında mülkiyyətçi kimi qeyd edilən X2 xx.xx.2021-ci il tarixdə vəfat etmiş AZ-İİ 180330 nömrəli ölüm haqqında şəhadətnamədə qeyd olunan X4 nəzərə alınmaqla həmin sənədlərin Ərizəçi qızı X13 məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Ərizəçinin dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat rüsum onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 307.2.5, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi Ərizə təmin edilsin. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 23 may 1996-cı il tarixli 32 nömrəli qərarı əsasında hazırlanmış JN-011A KOD 40200058 saylı Şəhadətnamədə və JN-0397 KOD 40200058 saylı Dövlət Aktında mülkiyyətçi kimi qeyd edilən X2 xx.xx.2021-ci il tarixdə vəfat etmiş AZ-İİ 180330 nömrəli ölüm haqqında şəhadətnamədə qeyd olunan X4 nəzərə alınmaqla həmin sənədlərin Ərizəçi qızı-X13 məxsus olması hüquqi faktı müəyyən edilsin. Ərizəçinin dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat rüsum onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar