Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-550/2023 02.08.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X22 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanına qarşı qardaşı-X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 02 oktyabr 1971-ci ildə doğulmuş X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. xx.xx.1971-ci il tarixdə doğulmuş qardaşı X12 “Paranoid Şizofreniya” diaqnozu ilə xəstədir. O, Zaqatala rayon Mərkəzi Xəstəxanasının PHŞ poliklinika şöbəsində qeydiyyatdadır, 2-ci qrup daimi əlildir. Təqaüd alır, onun himayəsində yaşayır. X21 qeyd etdiyi diaqnozla xəstə olduğundan öz hərəkətlərinin mənasını başa düşmür. Onun həm xəstəliyi, təqaüdünün alınması, həmçinin mülkiyyətində olan əmlakın idarə edilməsi ilə bağlı müxtəlif təşkilatlara müəyyən sənədləşmə işlərinin aparılması üçün müraciət edərkən X21 ağıl zəifliyi və ruhi xəstəliyi olduğundan o sənədlərə imza edə bilmir. Buna görə də, onun fəaliyyət qabiliyyətinin olmaması barədə qərar qəbul olunmalı və ona qəyyum təyin olunmalıdır. Buna görə də, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə Məhkəməyə müraciət etməli olmuşdur. Ona hazırda o özü qulluq edir. Ərizəyə qarşı etirazın dəlilləri Ərizəyə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Ərizəçi ərizəni müdafiə edərək ərizəsinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, bununla bağlı ekspertiza da təyin olunmuşdur və ekspert rəyi ilə də qardaşının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi müəyyən edilmişdir. Hesab edir ki, qardaşının kənar şəxsin köməyinə ehtiyacı vardır. Hesab edir ki, onun üzərində qəyyum təyin olunmalıdır. İddiası əsaslıdır. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanı məlumatlandırılmış lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanının nümayəndəsi X15 izahat verərək göstərmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Gəncə Şəhər psixonevroloji Dispanseri tərəfindən keçirilmiş psixiatrik ekspertizasının rəyi ilə tanış olmuşdur və 02 oktyabr 1971-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmir. İşin halları Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 01 dekabr 2016-cı il tarixdə verilmiş AZ- İİİ 789746 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X12 02 oktyabr 1971-ci il tarixdə anadan olmuşdur. Onun atası X6, anası X13r. Azərbaycan SSR-i Zaqatala rayon VVAQ Şöbəsi tərəfindən verilmiş A3 seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1969-cu il tarixdə anadan olmuş Ərizəçi atası X6, anası X13r. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin xx.xx.2023-cü il tarixli ********** nömrəli pensiya haqqında arayışdan görünür ki, X3na əlilliyə görə xx.xx.1995-ci ildə 327.21 manat pensiya təyin edilmişdir. Zaqatala Rayon Mərkəzi X17 X11 tərəfindən verilmiş 08 aprel 2022-ci il tarixli arayışdan görünür ki, ünvan 3 yaşayan xx.xx.1971-ci il təvəllüdlü X12 həqiqətən xəstədir. Zaqatala RMX-sı PHŞ-in Poliklinika şöbəsinin psixiatrik kabinetində dispanser qeydiyyatındadır. Hal-hazırda Şəki Psixiatrik xəstəxanasında müalicə alır. Diaqnoz: Şizofreniya-paranoid forma. Zaqatala Rayon Mənzil İstismar İdarəsinin xx.xx.2023-cü il tarixli, 190 №-li arayışından görünür ki, Ərizəçi ünvan 3 yaşayır və onu ailə tərkibi özü, oğlu X18, oğlu X19 və xəstə qardaşı X4 ibarətdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Psixonevroloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 337 nömrəli rəyində göstərilmişdir ki, motivləşdirici hissə. Yuxarıda göstərilənləri nəzərə alan ekspert psixiatr bu qənaətə gəlir ki. yoxlanılan şəxs X7 hal-hazırda ŞİZOFRENİYA, X28-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı - 10-cu baxış) F20.0 xəstəliyi müəyyən edilir. Bunu mülki iş materialları, həmin mülki işdəki tibbi sənədlər (Şəki rayon Psixiatriya Xəstəxanasından verilmiş xx.xx.2023-cü il tarixli 270 saylı arayış, AR SN-nın Respublika Psixiatriya Xəstəxanasından verilmiş xəstəlik tarixindən çıxarış, 1822/08 saylı stasionar kitabçadan çıxarış, Zaqatala MRX PHŞdan verilmiş arayış), anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (ekspertiza zamanı özünü bir qədər narahat aparması, ekspertizanın nəticəsinə aktiv maraq göstərməməsi, təfəkküründə autistiklik və paralogiklik aşkar olunması, mülahizə və mühakimələrinin bir qədər səthi olması, maraq dairəsinin nisbətən daralması, emosiya və affektiv reaksiyalarının sönük olması, düşdüyü vəziyyətə tənqidinin olmaması və s.) sübut edir. Yekun hissəsi. Ekspert psixiatr mülki iş materiallarının, həmin mülki işdəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Sual 1. X2 hər hansı psixi qüsuru vardırmı? Cavab. Xəstə X1, X28-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı - 10-cu baxış) F20.0 xəstəliyindən əziyyət çəkir. Sual 2. X2 psixi qüsuru hansı vaxtdan etibarən meydana gəlmişdir? Cavab. Bacısının deməsinə görə X2 psixi pozuntusu təxminən 1999-cu ildən başlamışdır. Sual 3. X3 psixi vəziyyətinə görə öz hərəkətinin mənasını dərk etmək və onu idarə etmək iqtidarına malikdirmi? X12 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilərmi? Cavab. Xəstə X1, X28-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı - 10-cu baxış) F20.0 xəstəliyi keçirdiyindən öz hərəkətinin mənasını dərk etmək və onu idarə etmək iqtidarına deyildir. X12 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, 02 oktyabr 1971-ci il tarixdə anadan olmuş X12 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək, öz hərəkətlərinə rəhbərlik edə bilmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X9 bacısı olan iş üzrə Ərizəçi himayədarlıq edir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini tələb edir. Göründüyü kimi, X12 psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X5 fəaliyyət qabiliyyəti olmayan hesab olunması ilə bağlı ekspert komissiyasının da müvafiq rəyi vardır. X5 bacısı olan hazırki iş üzrə ərizəçi onun psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 02 oktyabr 1971-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ərizəçi ərizəsi ilə əlaqədar dövlətə ödədiyi dövlət rüsumunu tələb etmədiyindən həmin rüsum xərci özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, ərizə təmin edilməli, 02 oktyabr 1971-ci il tarixdə ünvan 2 ünvanında ünvanında yaşayan X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli, Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat rüsum onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi Ərizəçi ərizəsi təmin edilsin. 02 oktyabr 1971-ci il tarixdə ünvan 2 ünvanında yaşayan xəstə-X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat rüsum onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-550/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-550/2023
02.08.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver