Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-554/2025 07.04.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızı, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin tutulması” tələbinə dair kiçik mübahisələr üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə Müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı Xalq Sığorta Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2261.28 manat məbləğində sığorta ödənişinin və 43 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində, Bakı şəhəri, H.Əliyev prospektində “X1 minik” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi tərəfinizdən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə CSH200513473 nömrəli sığorta şəhadətnaməsi əsasında könüllü qaydada “avtokasko” risklərindən sığortalanmış “Jeep Cherokee minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. DYPŞ əməkdaşı tərəfindən tərtib edilmiş TP6551151 saylı inzibati xəta haqqında qərara əsasən,Cavabdeh oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Təqdim edilmiş qüsur aktında göstərilmişdir ki,“Jeep Cherokee minik” markalı, **-PL-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 7341,00 (yeddi min üç yüz qırx bir) manat təşkil edir. Hadisə üzrə, "xxxx" ASC tərəfindən CSC164285 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 250,00 (iki yüz əlli) manat azad olma məbləği çıxılaraq 7091,00 (yeddi min doxsan bir) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Hadisə zamanı cavabdeh tərəfindən idarə edilən “X1 minik” markalı, **-LM- *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən icbari qaydada sığortalandığından dəymiş zərərin 4829,72 (dörd min səkkiz yüz iyirmi doqquz manat, yetmiş iki qəpik) manat hissəsi qeyd edilən sığorta şirkəti tərəfindən "xxxx" ASCnin hesabına ödənilmişdir. Qalıq məbləğ olan 2261,28 (iki min iki yüz altmış bir manat, iyirmi səkkiz qəpik) manatın ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş, lakin cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. İşin halları Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə iddia ərizəsi 12 fevral 2025-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala RPİ DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İş materiallarına əlavə edilmiş, “JEEP CHEROKEE ” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin CSH200513473 saylı sığorta şəhadətnaməsindən (müqavilə) göründüyü kimi, həmin nəqliyyat vasitəsi “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə Şirkət tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək kasko sığortası ilə sığortalanmışdır. 250 manat şərti azad etmə məbləği nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş, xx.xx.2024-ci il tarixli İlkin qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “JEEP CHEROKEE” markalı, **-PL-*** sürücüsünün yol nəqliyyat dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 7341 (yeddi min üç yüz qırx bir) manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, CSC164285 saylı sığorta aktına və xx.xx.2024-ci il tarixli, 6112 və 6111 saylı ödəniş tapşırığına əsasən 119,81 manat və 6221,19 manat məbləğində sığorta ödənişi hadisə nəticəsində zərər dəymiş “JEEP CHEROKEE” minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Avtolüks Azərbaycan MMC-nin müvafiq bank hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş, xx.xx.2024-ci il tarxili, xx/xx-2025 saylı Pretenziya məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən Şirkət tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 7091 manat məbləğində ödənilmiş sığorta ödənişi “X1” markalı, 99LM111 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh oğlundan tələb edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, xx.xx.2024-ci il tarixdə, Bakı şəhəri, H.Əliyev prospektində Xalq Sığorta ASC-nin “avtokasko” riskləri növü ilə sığortalanmış “Jeep Cherokee minik” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh oğlu tərəfindən idarə olunan “ X2 minik” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Yol-Nəqliyyat hadisəsi törədilmiş və nəticədə “Jeep Cherokee minik” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Xalq Sığorta Açıq Səhmdar Cəmiyyəti sığorta aktı tərtib edilməklə zərər çəkənə dəymiş zərərə görə 250 manat azadolma məbləğini çıxaraq 7091 məbləğində sığorta ödənişi xx.xx.2024-cu il tarixində ödənilmişdir. Jeep Cherokee minik” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin CSH200513473 saylı sığorta şəhadətnaməsinə əsasən həmin avtomobil “AVTOKASKO” növü üzrə Şirkət tərəfindən xx.xx.2024-ci il tarixdən xx.xx.2024-ci il tarixədək sığortalanmışdır. xx.xx.2024-ci il tarixli İlkin Qiymətləndirmə aktına əsasən hadisə nəticəsində Jeep Cherokee minik” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı sürücüsünün yol nəqliyyat dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 7341 (yeddi min üç yüz qırx bir manat ) manat məbləğində müəyyən edilmiş və xx.xx.2024-ci il tarixli, 6112 saylı və xx.xx.2024-ci il tarixli, 6111 saylı ödəniş tapşırığına əsasən 7341 manat məbləğində sığorta ödənişi hadisə nəticəsində zərər dəymiş “ X1 minik” markalı **- LM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üçüncü səxslər qarşında mülki məsuliyyətli Meqa Sığorta ASC tərəfindən dəymiş zərərin 4829.72 manat hissəsi Xalq Sığorta ASC-nin müvafiq bank hesabına köçürülmüşdür. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün qalıq qalmış 2261.28 manat məbləğində sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna sahib olmuşdur. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh oğlundan qalıq qalmış 2261.28 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Xalq Sığorta Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Həmçinin qeyd olunmalıdır ki, iddia təmin edildiyindən, ödənilmiş 43 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 450-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh oğlundan 2261.28 (iki min iki yüz altmış bir manat iyirmi səkkiz qəpik) manat məbləğində vurulmuş zərər və 43 (qırx üç) manat məbləğində ödənilmiş dövlət rüsumu cəmi 2304.28 (iki min üç yüz dörd manat iyirmi səkkiz qəpik) məbləğində pul vəsaiti iddiaçı Xalq Sığorta Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zərifə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(033)-554/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-554/2025
07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver