Məhkəmə qərarları › İş №e-2(033)-555/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-555/2023

18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-555/2023 18.07.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi X6 qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X4 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı (bundan sonra - İddiaçı MMM) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30/AS/2022 saylı, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 5900 (beş min doqquz yüz) manat əsas, 590 (beş yüz doxsan) manat cərimə olmaqla, cəmi 6490 (altı min dörd yüz doxsan) manat məbləğində pul vəsaitinin, 84.90 (səksən dörd manat doxsan qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMM-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMM arasında bağlanmış 30/AS/2022 saylı, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, cavabdehə ümumi dəyəri 7800,00 (yeddi min səkkiz yüz) AZN təşkil edən xiyar toxumu verilmişdir. Müqavilənin 1 nömrəli, 08 sentyabr 2022-ci il tarixli əlavəsində göstərilən ödəmə şərtinə görə alınmış malların dəyəri 3 (üç) bank günü müddətində ödənilməli idi. Müqavilənin ümumi dəyərinin 1900 manat hissəsi cavabdeh tətəfindən 08 sentyabr 2022ci il tarixdə ödənilmişdir və 5900 manat məbləğində qalıq borc hissəsi bu günə qədər ödənilməmişdir. Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcunu ödəməkdən boyun qaçırır. Müqavilənin 5.2-ci bəndində nəzərdə tutulan cərimə (211 gün gecikməyə görə) 11 aprel 2023-cü il tarixinə 590 manat təşkil edir. Beləliklə 32/AS/2022 nömrəli, 8 sentyabr 2022-ci il tarixli müqavilə üzrə Cavabdeh ümumi borcu (əsas borc- 5900 + cərimə- 590) 6490,00 (altı min dörd yüz doxsan) AZN təşkil edir. Cavabdehə borcunun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilsə də, eyni zamanda dəfələrlə telefon vasitəsilə əlaqə saxlanılsa da, cavabdeh tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. Buna görə də, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci mddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. İddiaçı nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşin halları Satıcı İddiaçı MMM ilə alıcı Cavabdeh arasında 08 sentyabr 2022-ci il tarixdə bağlanmış 32/AS/2022 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, müqavilənin predmetini “Alıcının müntəzəm sifarişlərinə uyğun olaraq bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan müvafiq əlavələrdə göstərilən malların (bundan sonra “mallar”) “Satıcı” tərəfindən “Alıcı”nın mülkiyyətinə verilməsi, “Alıcı” tərəfindən isə bunun müqabilində haqqın ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Həmin müqavilənin 2 ci maddəsinə əsasən müqavilənin predmetinə uyğun olaraq malların qiyməti və ödəmə şərtləri hər dəfə müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə müəyyənləşdirilir. Malların assortiment, say və keyfiyyət üzrə qəbulu “Alıcı” ya malların təhvil verilməsi zamanı həyata keçirilir. Həmin Müqavilənin 5.2-ci maddəsinə əsasən “Alıcı” alınan malların dəyərinin ödənilməsinin gecikməsinin hər gününə görə ümumi dəyərin 0,1 %-i məbləğində (ümumi dəyərin 10%-ni keçməmək şərtilə) əlavə cərimə ödəyir. İddiaçı MMM ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 32/AS/2022 nömrəli alqı-satqı müqaviləsinə 01 nömrəli əlavədən görünür ki, müqavilə imzalandıqdan onra 3 gün müddətində haqqı ödənilmək şərti ilə İddiaçı MMM tərəfindən Cavabdeh 7800 manat dəyərində 260 paket “Bjorn” adında mal satılmışdır. xx.xx.2022-ci il tarixli təhvi-təslim aktından görünür ki, 260 paket “Bjorn” adında mal Cavabdeh tərəindən təhvil alınmışdır. İddiaçı MMM tərəfindən Cavabdeh göndərilmiş bildirişdən görünür ki, xx.xx.2022-ci il tarixli 32/AS/2022 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış 5900 manat borcun və hesablanmış cərimənin 3 iş günü müddətində ödənilməsi tələb edilmiş və eks təqdirdə borcun və borca görə hesablanmış cərimənin, eləcə də məhkəmə xərclərinin ondan tutulacağı bildirilmişdir. Maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli 32/AS/2022 nömrəli alqı-satqı müqaviləsi üzrə borclu Cavabdeh 11 apel 2023-cü il İddiaçı MMM-ə 5900 manat əsas borcu, 590 manat cərimə borcu, cəmi 6490 manat borcu vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 598.2-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olundu ki, 32/AS/2022 nömrəli 08 sentyabr 2022-ci il tarixli müqaviləyə əsasən İddiaçı dəyəri 7800 manat olan malı alıcıya vermiş, Cavabdeh 1900 manat ilkin ödəniş etdikdən sonra malı qəbul edib, malın dəyərinin qalan hissəsini 03 gün ərzində satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.2-ci bəndinə əsasən alıcı ödənişini gecikdirdiyi halda, hər gün üçün borc məbləğinin 0,1 faizi həcmində (ümumi dəyərin 10%-ni keçməmək şərtilə) cərimə ödəməyi də öhdəsinə götürmüşdür. Göründüyü kimi, İddiaçı tərəfindən Cavabdeh 32/AS/2022 nömrəli 08 sentyabr 2022ci il tarixli müqaviləyə 1 saylı əlavədə göstərilən məhsul təhvil verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində 32/AS/2022 nömrəli 08 sentyabr 2022-ci il tarixli müqavilənin əlavəsində qeyd edilən malın dəyərini vaxtında ödəməmiş, müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdehndən tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 5900 manat məbləğində əsas borc tutularaq İddiaçı MMM-nin xeyrinə ödənilməlidir. Məhkəmə İddiaçı Cavabdeh qarşı hazırkı iddia tələbinin 590 manat məbləğində cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də əsaslıdır. Məhkə hesab edir ki, 32/AS/2022 nömrəli 08 sentyabr 2022-ci il tarixli müqavilə üzrə öhdəliyin lazımınca icrası yalnız cavabdehin təqsiri üzündən baş vermiş və cavabdeh öhdəliyin müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün alınan malların dəyərinin ödənilməsinin gecikdirilməsinin hər gününə görə ümumi dəyərinin 0,1 faizi həcmində cərimə ödəyəcəyini vəd etdiyindən, öhdəliyini lazımınca icra etmədiyindən və tələb olunan cərimə məbləği müqavilə şərtlərində göstərildiyi kimi ümumi dəyərin 10%-ni keçmədiyindən İddiaçı Cavabdeh cərimənin də ödənilməsini tələb etməkdə haqlıdır. İddia təmin edildiyindən Cavabdeh 84,90 manat dövlət rüsumu tutularaq İddiaçı MMM-nin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia təmin edilsin. Cavabdeh 5900 (beş min doqquz yüz) manat məbləğində əsas borc, 590 (beş yüz doxsan) manat məbləğində cərimə borcu olmaqla, cəmi 6490 (altı min dörd yüz doxsan) manat borc tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 84,90 (səksən dörd manat doxsan qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar