Məhkəmə qərarları › İş №e-2(033)-584/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-584/2023

10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-584/2023 10.08.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi ilə, İddiaçı MMC-in Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı MMC-in Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 02 sentyabr 2021-ci il tarixli MAS-4319 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 03 yanvar 2023-cü il tarixə 454.41 manat gecikdirilmiş əsas, 354.39 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 322.97 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Khazar SD” markalı, 77- PC-805 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 680.90 manat, ümumilikdə 1812.67 manat borc və ödənilmiş 38.13 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X1 arasında bağlanmış 02 sentyabr 2021-ci il tarixli MAS-4319saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME323635 ban nömrəli, ağ rəngli avtomobil 17000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X1 illik 24.5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 447.15 manat, ümumilikdə isə 24864 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 31 yanvar 2022-ci il tarixdə X1, X5 və İddiaçı MMC arasında MAS-4319 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 02 sentyabr 2021-ci il tarixli MAS-4319saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Z.Məsimov öz üzərinə götürmüşdür. 10 mart 2022-ci il tarixdə X5, X2 və İddiaçı MMC arasında MAS-4319saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 02 sentyabr 2021-ci il tarixli MAS-4319saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri O.Kərilmli öz üzərinə götürmüşdür. 17 mart 2022-ci il tarixdə X2, Cavabdeh və İddiaçı MMC arasında MAS-4319saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 02 sentyabr 2021-ci il tarixli MAS- 4319saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar SD” markalı, 77- PC-805 dövlət qeydiyyat nişanlı avtomobil 03 yanvar 2023-cü il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 680.90 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh “Khazar SD” markalı, **-PC-*** saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 03 yanvar 2023-cü il tarixə ümumilikdə 1131.77 manat məbləğində gecikmə borcu yaranmışdır. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirik ki, iddiamız qanuni və əsaslı olduğundan təmin edilməlidir. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 12 iyul 2023-cü il tarixdə məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə ünvanlayaraq göstərmişdir ki, proses dövründə məlum olmuşdur ki, lizinq obyekti Cavabdeh sahiblik və istifadəsində olan müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü X10 İdarəsi tərəfindən inzibati qaydada cərimələnmişdir. Həmin cərimələrə görə İddiaçı MMC tərəfindən ümumilikdə 1443 manat məbləğində pul ödənilmişdir. Tərəflər arasında bağlanmış “Daxili Lizinq” müqaviləsinin 5.2-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla, həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır. X6 Azərbaycan Respublikasının Qanununun 85-ci maddəsinin görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən əməkdaş nəqliyyat vasitəsini idarə edən şəxslərdən nəqliyyat vasitəsini dayandırmağı tələb edir. Mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vasitəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəflərindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X6 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Odur ki, Cavabdeh 02 sentyabr 2021-ci il tarixli MAS-4319 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 03 yanvar 2023-cü il tarixə 454.41 manat gecikdirilmiş əsas, 354.39 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 322.97 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar SD” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 680.90 manat, inzibati xəta haqqında protokollara görə ödənilmiş 1443 manat, ümumilikdə 3255.67 manat borc və ödənilmiş 52.56 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı MMC məhkəməyə teleqram ünvanlayaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbinin üzrlü olması barədə heç bir sənəd təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İşin halları İş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə cavabdeh X1 arasında bağlanmış 02 sentyabr 2021-ci il tarixli MAS-4319saylı “Daxili lizinq” müqaviləsindən görünür ki, lizinq alanın sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME323635 ban nömrəli, ağ rəngli avtomobil 17000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X1 illik 24.5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 447.15 manat, ümumilikdə isə 24864 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 31 yanvar 2022-ci il tarixdə X1, X5 və İddiaçı MMC arasında bağlanmış MAS-4319 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsindən görünür ki, 02 sentyabr 2021-ci il tarixli MAS-4319saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Zəfa Məsimov öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 10 mart 2022-ci il tarixdə X5, X2 və İddiaçı MMC arasında bağlanmış MAS-4319 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsindən görünür ki, 02 sentyabr 2021-ci il tarixli MAS-4319 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Namik Hüseynov öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 17 mart 2022-ci il tarixdə X2, Cavabdeh və İddiaçı MMC arasında bağlanmış MAS-4319 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsindən görünür ki, 02 sentyabr 2021-ci il tarixli MAS-4319 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçıMMC mülkiyyətində olan “Khazar SD” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili X1 təhvil almışdır İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Azərmaş MMC mülkiyyətində olan “Khazar SD” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili X5 təhvil almışdır. İş materiallarına əlavə edilmiş 10 mart 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC mülkiyyətində olan “Khazar SD” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili X2 təhvil almışdır. İş materiallarına əlavə edilmiş 17 mart 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC mülkiyyətində olan “Khazar SD” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh təhvil almışdır. İş materiallarında olan İddiaçı MMC Servisinin qüsur aktından görünür ki, “Khazar SD” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili 680,90 manat ziyan dəymişdir. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli 1125 saylı arayışından görünür ki, Cavabdeh 454,41 manat əsas, 354,39 manat gecikdirilmiş mükafat, 322,97 manat cərimə borcu olmaqla, cəmi 1131,77 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, “Khazar SD” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimini aparan zaman arxa bufer sürtüyü olması müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixdə ünvanlanmış xəbərdarlıqdan müəyyən edilir ki, cavabdeh yaranmış borcun tez bir zamanda ödəmədiyi təqdirdə, müqavilənin ləğv edilməsi və pulun tutulması üçün lizinq şirkəti tərəfindən qanuna müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş 23 iyun 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh və X4 tərəfindən inzibati xəta törədilməsinə görə cəmi 1443 manat ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1.-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranın gecikdirilməsi sayılır. 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-2-ci maddəsinə əsasən lizinq obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. 748-2.5-ci maddəsinə əsasən, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə X1 arasında bağlanmış 02 sentyabr 2021-ci il tarixli MAS-4319saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME323635 ban nömrəli, ağ rəngli avtomobil 17000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən X1 illik 24.5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 447.15 manat, ümumilikdə isə 24864 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 31 yanvar 2022-ci il tarixdə X1, X5 və İddiaçı MMC arasında MAS- 4319 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 02 sentyabr 2021-ci il tarixli MAS-4319 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Zəfa Məsimov öz üzərinə götürmüşdür. 10 mart 2022-ci il tarixdə X5, X2 və İddiaçı MMC arasında MAS- 4319 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 02 sentyabr 2021-ci il tarixli MAS-4319 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Namik Hüseynov öz üzərinə götürmüşdür. 17 mart 2022-ci il tarixdə X2, Cavabdeh və İddiaçı MMC arasında MAS-4319 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 02 sentyabr 2021-ci il tarixli MAS-4319 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar SD” markalı, 77- PC-805 dövlət qeydiyyat nişanlı avtomobil 03 yanvar 2023-cü il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 680.90 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh “Khazar SD” markalı, **-PC-*** saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 03 yanvar 2023-cü il tarixə ümumilikdə 1131.77 manat məbləğində borcu yaranmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o daxili lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda ödəmədiyindən ondan 454,41 manat məbləğində əsas borc, 354,39 manat gecikmiş mükafat tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarında olan 02 sentyabr 2022-ci il tarixli daxili lizinq müqaviləsinin 7.2-ci bəndindən görünür ki, gecikdirilən lizinq ödənişləri məbləğinə cərimə kimi gündəlik 0.3 % dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 322.97 manat dəbbə pulunun tutularaq iddiaçıya ödənilməsi hissəsində də təmin edilməlidir. Bundan başqa məhkləmə iddia tələbinin “Khazar SD” markalı, 77- PC-805 dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin istifadəsində olduğu müddətdə avtomobilə dəymiş 680,90 manat məbləğində dəbbə pulunun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki işin materiallarına əlavə edilmiş qüsur aktında avtomobilə 680,90 manat zərər dəymiş olduğu müəyyən edildiyindən iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən iddiaçı tərəfindən inzibati xəta protokollara görə ödənilmiş cəmi 1443 manat cərimələrin alınaraq ona ödəmilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia bu hissədə də təmin edilməlidir. Belə ki, lizinq obyekti Cavabdeh sahiblik və istifadəsində olan müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü X10 İdarəsi tərəfindən inzibati qaydada cərimələnmiş və həmin cərimələrə görə İddiaçı MMC tərəfindən ümumilikdə 1443 manat məbləğində pul ödənilmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 52.66 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 454,41 manat gecikdirilmiş əsas, 354,39 manat gecikdirilmiş mükafat, 322,97 manat dəbbə pulu, 680,90 manat avtomobilə dəymiş zərər, 1443 manat ödənilmiş cərimələr, ümumilikdə 3255,67 manat borc və 52,56 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi İddia təmin edilsin. Cavabdeh 02 sentyabr 2021-ci il tarixli MAS-4319 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 454,41 (dörd yüz əlli dörd manat qırx bir qəpik) manat gecikdirilmiş əsas, 354,39 (üç yüz əlli dörd manat otuz doqquz qəpik) manat gecikdirilmiş mükafat, 322,97 (üç yüz iyirmi iki manat doxsan yeddi qəpik) manat dəbbə pulu, 680,90 (altı yüz səksən manat doxsan qəpik) manat avtomobilə dəymiş zərər, 1443 (bir min dörd yüz qırx üç manat) manat ödənilmiş cərimələr, ümumilikdə 3255,67 (üç min iki yüz əlli beş manat altmış yeddi qəpik) manat borc və 52,56 (əlli iki manat əlli altı qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar