Məhkəmə qərarları › İş №e-2(033)-590/2023

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-590/2023

14.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-590/2023 14.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh, Zaqatala rayonu 2 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh, Zaqatala rayonu 2 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh - Cavabdeh tərəfindən mərhum nənəsi X2 adından tərtib edilmiş, Zaqatala şəhəri, Sülh küçəsi, ev 3, mənzil 24-ə dair, xx.xx.2001-ci il tarixdə Zaqatala Rayon 2 saylı Notariat Ofisində tərtib edilmiş saxta vəsiyyətnamənin və onun əsasında əldə edilmiş çıxarışın etibarsız sayılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, işdən görünür ki, məhkəmə hazırlıq iclasının 01 iyun 2023-cü il tarixə təyin edilməsi haqqında məhkəmə bildirişləri tərəflərə poçt vasitəsi ilə göndərilməsinə baxmayaraq, İddiaçı və Cavabdeh qeyd olunan tarixdə məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsi isə məhkəməyə məktub ünvanlayaraq mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə mülki iş üzrə məhkəmə hazırlıq iclasını 14 iyun 2023-cü il tarixə təxirə salmış və bu barədə məhkəmə bildirişləri tərəflərə poçt vasitəsi ilə göndərilməsinə baxmayaraq, İddiaçı və Cavabdeh qeyd olunan tarixdə məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsi isə məhkəməyə məktub ünvanlayaraq mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər məhkəmə baxışı iclasına gəlmədiklərinə və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual 114.1 və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 5.1 və 5.1.2-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. İş materiallarına əlavə edilmiş 27 mart 2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından İddiaçı cavabdehlər Cavabdeh, Zaqatala rayonu 2 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh, Zaqatala rayonu 2 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş baxılmamış saxlanılsın. İddiaçı cavabdehlər Cavabdeh, Zaqatala rayonu 2 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar