Məhkəmə qərarları › İş №e-2(033)-623/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-623/2023

07.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-623/2023 07.09.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X13 katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X47 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu, Əliabad qəsəbəsində yaşayan torpaq sahəsi almaq hüququ olan vətəndaşların siyahısında 1025-ci sırada qeyd olunmuş “X39” qızına aid məlumatların xx.xx.1984-cü il tarixdə Gürcüstan respublikasının Siğnaği rayonu X58ində doğulmuş Ərizəçi aid olması faktının müəyyən edilməsinə dair qətnamə çıxardılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1984-cü il tarixdə o Gürcüstan Respublikasının Sığnağı rayonu, X58ində anadan olmuşdur. X12, anası isə X2r. Atası xx.xx.2008-ci ildə vəfat etmişdir. Anasının soyadı Həsrətovadır. Sonradan valideynləri ayrılmış, anası onunla və bacısı ilə birlikdə öz ata yurduna qayıtmışdır. Anası boşandıqdan sonra anasının qardaşı X19 ailəsi ilə birlikdə eyni evdə yaşamışdır. Rayon və kənd yerlərində insanlar başqalarının, xüsusilə də qadınların soyad kimliyini onların yaşamış olduğu yerdəki kişilərin soyadları ilə tanıyırlar. Halbuki ailə qurmazdan öncə onun soyadı Zaxarova olmuşdur. Baxmayaraq ki, bütün rəsmi sənədlərdə adı Esmiradır, uşaqlıqda evdə ona ikinci ad kimi Samirə deyirdilər. Lakin Samirə adının ikinci, qeyri-rəsmi adı olmasından başqa onunla heç bir əlaqəsi yoxdur. Nə o zamanlar, nə də hal-hazırda X35 adlı bir şəxsin yaşadığına dair heç bir rəsmi məlumat yoxdur. xx.xx.2005-ci il tarixdə X20 ilə Zaqatala rayon Əliabad qəsəbə İƏD üzrə nümayəndəliyində 7 saylı rəsmiləşdirmə ilə evlənmişlər və evləndikdən sonra soyadını (Yunusova) qəbul etmişdir. Bildirir ki, Əliabad qəsəbəsində 1996-cı ildə aparılmış torpaq islahatının nəticəsində onun və təsərrüfatda olan şəxslərin ümumi mülkiyyətinə Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən cəmi 2.80 ha torpaq sahəsi verilmişdir. Əliabad qəsəbəsində islahat başa çatmadığına görə onlara dövlət aktı təhkim edilməmişdir. Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli qərarına əsasən torpaq islahatının nəticələri barədə torpaq sahəsi almış vətəndaşların siyahısında həmin torpaq sahələrinin mülkiyyətçisi kimi onun adı və soyadı texniki səhv nəticəsində şəxsiyyət vəsiqəsində qeyd edildiyi kimi Ərizəçi deyil, X1 yazılmışdır. xx.xx.2020-ci il tarixdə ümumi birgə təsərrüfatda pay torpağına sahib olan X19 müraciəti əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin pay hissəsi üzərində olan xüsusi mülkiyyət hüququnun qeydə alınmasına dair daşınmaz əmlakın Dövlət reyestrindən **********52 reyestr nömrəli çıxarış verilmişdir. Həmin çıxarışda da adı və soyadı yanlışlıqla X1 yazılmışdır. Buna görə də hesab edir ki, Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli qərarına əsasən “Torpaq islahatının nəticələri barədə torpaq sahəsi almış vətəndaşların siyahısında” həmin torpaq sahələrinin mülkiyyətçisi kimi onun adı və soyadı texniki səhv nəticəsində şəxsiyyət vəsiqəsində qeyd edildiyi kimi Ərizəçi deyil, X1 yazılması və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilən daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********52 reyestr nömrəli Çıxarışda adı və soyadı yanlışlıqla X1 qeyd olunması Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına səbəb olur. Həmin çıxarışda yanlış şəkildə qeyd olunmuş adının və soyadının dəyişdirilərək düzəliş edilməsi üçün Zaqatala rayonu Əliabad qəsəbə inzibati dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023 cü il tarixli 564 nömrəli arayış əsasında Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsinə müraciət etsə də, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsindən xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-400xx-xx/2023 nömrəli məktuba əsasən düzəlişlər edilməsindən imtina edilmişdir. İmtinaya səbəb olaraq göstərilmişdir kı, “torpaq islahatı nəticəsində verilmiş torpaq sahələrinə dair subyektlərin siyahıları” əsasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda düzəlişlərin edilməsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Qeyd olunan uyğunsuzluğun aradan qaldırılmasına dair məhkəmə qərarının ərizəyə əlavə edilərək müraciət etdiyi təqdirdə yenidən baxılmasının mümkün olduğu rəsmi qaydada bildirilmişdir. Hazırda Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən ümumi birgə 1.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona məxsus olan payının üzərində mülkiyyət hüquqlarından, eləcə də sərəncam vermək hüququndan istifadə edə bilmir. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Qeyd etdiyi faktı, yəni Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********52 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilən X6 Ərizəçi olması faktını ərizəyə əlavə etdiyi sənədlər, eləcə də məhkəməyə təqdim edəcəyi şahidlər Zaqatala rayonu Əliabad qəsəbə sakinləri X41 (ş/v: AZE ********), X29 (AA3535965), həmçinin anası X4 (AZE ********) təsdiq edə bilərlər. Ərizəçi ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş X19 adına rəsmiləşdirilmiş daşınmaz əmlakın Dövlət reyestrində 192 nömrəli reyester kitabının 61 nömrəli vərəqində qeydiyyat olmaqla, qeydiyyat nömrəsi ********** olan çıxarışda qeyd olunmuş X9 aid məlumatlarıln xx.xx.1984-cü il tarixdə Gürcüstan Respublikasının Siğnaği rayonu X58ində doğulmuş Ərizəçi aid olması faktı müəyyən edilməklə həmin çıxarışın ona məxsus olması faktının təsdiq edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Ərizəyə qarşı etirazın dəlilləri Ərizəyə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Ərizəçi ərizəni müdafiə edərək ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə maraqlı şəxs «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X47 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, maraqlı şəxsin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasında nümayəndənin iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Şəfizadə tərəfindən təsdiq edilmiş aktdan görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının torpaq payı alacaq subyektlərin siyahısında X10 adı texniki səhv olaraq X16 yazılmışdır. Zaqatala RİHB-nin Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 564 nömrəli və xx.xx.2023-cü il tarixdə verilmiş 671 nömrəli arayışlardan görünür ki, X21 (şəxsiyyət vəsiqəsi AA*******) ilə adlı siyahıda qeyd olunan X16 eyni şəxsdir. Zaqatala RİHB-nin Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 128 nömrəli arayışdan görünür ki, 1996-cı ildə torpaq islahatı ilə bağlı tərtib edilmiş siyahıda Zaqatala rayon Əliabad qəsəbə Bələdiyyəsi tərəfindən Əliabad qəsəbə sakini təsərrüfat nömrəsi 1025 olan X14 və ailəsinə (7 nəfər- X22, X37, X30, X29, X7, X16, X17) 0.17 ha həyətyanı, 1,83 ha bağ və 0.99 ha əkin İİ keyfiyyət qrupu torpaq sahəsi vardır. Qəsəbədə islahat başa çatmadığına görə vətəndaşa dövlət aktı təhkim edilməmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Zaqatala Rayon İcra Hakimiyyəti Zaqatala Rayon Dövlət Arxivi tərəfindən xx.xx.2023-ci il tarixli 9-48-47-RA-2Y-374/2023 nömrəli arxiv arayışından görünür ki, vətəndaşın 1996/2000-ci illərdə Əliabad qəsəbə İƏVN-nin t.başına kitab 4 səhifəsində 92-də ailə tərkibi və sairə aşağıdakı kimi olmuşdur. xx.xx.1955-ci il tarixdə anadan olmuş X22-ailə başçısı, xx.xx.1968-ci il tarixdə anadan olmuş X37-qardaşı, xx.xx.1995-ci il tarixdə anadan olmuş X31-qardaşı qızı, xx.xx.1972-ci il tarixdə anadan olmuş X30-gəlini, xx.xx.1961-ci il tarixdə anadan olmuş X7-bacısı, xx.xx.1983-cü il tarixdə anadan olmuş X23-bacısı qızı, xx.xx.1984-cü il tarixdə anadan olmuş X24-bacısı qızı, xx.xx.1997-ci il tarixdə anadan olmuş X38-qardaşı oğlu. X58 Şurasının İcraiyyə Komitəsi tərəfindən xx.xx.1984-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1984-cü il tarixdə anadan olmuş X10 X12, anası X5r. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 20 iyun 2023-cü il tarixdə verilmiş 1535 nömrəli arayışdan görünür ki, X25 və X3 nikahının pozulması haqqında 26 noyabr 1992-ci il tarixdə 56 nömrəli akt qeydi tərtib edilmişdir. Zaqatala RİHB-nin Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 07 yanvar 2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı 286562 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X36 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Zaqatala RİHB-nin Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 154153 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, X20 ilə X21 02 may 2005-ci il tarixdə nikahlarını bağlamışdırlar. Nikah bağlandıqdan sonra ərə Yunusov, arvada Yunusova soyadı verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 192 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, reyestr nömrəsi **********52 olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləri kimi hüquq sahibləri sırasında X37, X33, X34, X7, X16, X8 və X11 adları qeyd edilmişdir. AA******* nömrəli Şəxsiyyət vəsiqəsindən görünür ki, vəsiqə xx.xx.1984-cü il tarixdə anadan olmuş Ərizəçi məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 14 aprel 2023-cü il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, torpaq islahatı nəticəsində verilmiş torpaq sahələrinə dair subyektlərin siyahısında düzəlişlərin edilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X47 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmadığından həmin siyahılar əsasında tərtib edilmiş 13 avqust 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda düzəlişlərin aparılması mümkün olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarı Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Həmin qərarın 1.5-ci bəndində deyilir; Hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında ərizəçinin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 192 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda reyestr nömrəsi **********52 olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləri kimi hüquq sahibləri sırasında X37, X33, X34, X7, X16, X8 və X11 adları qeyd edilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətçisi Ərizəçi soyadı “Yunusova (Zaxarova)” əvəzinə “Həsrətova” kimi, adı “Esmira” əvəzinə “Samirə” kimi qeyd edilmiş və çıxarışda qeyd edilənlər həmin şəxsin şəxsiyyət vəsiqəsində və digər hüquq müəyyənedici sənədlərdə göstərilən müvafiq olaraq soyadı və adı ilə düz gəlmir. Eyni zamanda, həmin sənəd hüquqmüəyyənedici sənəd olmaqla, məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Şəfizadə tərəfindən təsdiq edilmiş aktdan və Zaqatala RİHB-nin Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 564 nömrəli və xx.xx.2023-cü il tarixdə verilmiş 671 nömrəli arayışlardan görünür ki, X21 (şəxsiyyət vəsiqəsi AA*******) ilə adlı siyahıda qeyd olunan X16 eyni şəxsdir. X15 02 may 2005-ci il tarixdə X26 ilə nikaha daxil olarkən Yunusova soyadı verilmişdir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 192 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda qeyd edilmiş X6 xx.xx.1984-cü il tarixdə anadan olmuş AA******* nömrəli şəxsiyyət vəsiqəsində göstərilən Gürcüstan Respublikasının Siğnaği rayonu X58ində doğulmuş Ərizəçi kimi nəzərə alınmaqla həmin sənədin Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Ərizəçinin dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat rüsum onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 307.2.5, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi Ərizə təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 192 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda qeyd edilmiş X6 xx.xx.1984-cü il tarixdə anadan olmuş AA******* nömrəli şəxsiyyət vəsiqəsində göstərilən Gürcüstan Respublikasının Siğnaği rayonu X58ində doğulmuş Ərizəçi kimi nəzərə alınmaqla həmin sənədin Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Ərizəçinin dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat rüsum onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar