Məhkəmə qərarları › İş №e-2(033)-623/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-623/2025

21.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-623/2025 21.07.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmənin iclas katibi X11 qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanının nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Zaqatala rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi : Ərizənin dəlilləri Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanına qarşı ərizə ilə müraciət edərək xx.xx.2006-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi ailə üzvləri ilə birlikdə Zaqatala rayonu, Muxax kəndində yaşayır. xx.xx.2006-cı il təvəllüdlü X8 adlı övladı vardır. Övladı anadan gəlmə qüsurludur. Övladı ilə ağır dərəcəli əqli gerilik qavrama və dərketmə qabiliyyətinə aid olan digər və yaddaş dərketmə funksiyasının pozulması Kvadroplegik spastik serebral iflic uşaq serebral iflic tetraplegiya disfaziya və afaziya diaqnozu qoyulmuşdur. Hal-hazırda övladının 18 yaşı tamam olmuşdur. Övladı yetkinlik yaşına çatana qədər qanuni nümayəndəsi olaraq bütün hüquq və vəzifələri onun və həyat yoldaşı X7 tərəfindən həyata keçirilirdi. Yetkinlik yaşına çatdığı üçün hüquq və vəzifələrinin həyata keçirilməsində iştirak edə bilmirlər. Övladı ilə xx.xx.2024-cü il tarixdən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş, əlillik dərəcəsi təyin olunmuşdur. Həmin tarixdən pensiya hesablanmış, pensiya kartına mədaxil edilmişdir. Lakin bank tərəfindən övladının üzərində qəyyum təyin edilmədiyindən pensiya kartı ona verilmir. Övladı fəaliyyət qabiliyyəti olmayan hesab edilməli və onun üzərində qəyyum təyin olunmalıdır. Bunun üçün övladının fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına dair ərizə ilə məhkəməyə müraciət edir. Ərizəçi ərizə ilə müraciət edərək ərizənin verilməsi üçün ödədiyi 100 manat dövlət rüsumunun ona qaytarılmasını xahiş etmişdir. Ərizəyə qarşı etirazın dəlilləri Ərizəyə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclası zamanı Ərizəçi ərizəni müdafiə edərək, uşağa özünün baxdığını, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanının nümayəndəsi X5 izahat verərək göstərdi ki, iş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 X15 X10 tərəfindən keçirilmiş psixiatrik ekspertizasının rəyi ilə tanış olmuşdur və xx.xx.2006-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə etiraz etmir. İşin halları Zaqatala RİHB-nın Muxax ərazi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli AZ-İ seriyalı 855531 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2006-ci il tarixdə Zaqatala rayonu, Muxax kəndində doğulmuşdur. xx.xx.2006ci il təvəllüdlü X3 anası X7, atası isə Ərizəçidur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli məlumatına əsasən X6 xx.xx.2024-cü il tarixində qulluq və müəalicə tələb edən ciddi davranış pozuntusu diaqnozu ilə sağlamlıq imkanları məhdud şəxs hesab edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X9 Hüquqi Şəxsinin xx.xx.2025-ci il tarixli, 2834 nömrəli rəyində göstərilmişdir ki, X4 ağır dərəcəli əqli gerilik uşaq serebral iflici nəticəsində müəyyən edilir. X4 qeyd olunan psixi xəstəlik tibbi sənədlərə əsasən anadangəlmə meydana gəlmişdir. X1 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarına malik deyil. Buna görə də X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, xx.xx.2006-ci il tarixdə anadan olmuş X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək, öz hərəkətlərinə rəhbərlik edə bilmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X6 atası olan iş üzrə Ərizəçi himayədarlıq edir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini tələb edir. Göründüyü kimi, X8 psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X3 fəaliyyət qabiliyyəti olmayan hesab olunması ilə bağlı ekspert komissiyasının da müvafiq rəyi vardır. X3 atası olan hazırki iş üzrə ərizəçi onun psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2006-ci il tarixdə Zaqatala rayonu Muxax kəndində doğulmuş və orada yaşayan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Bundan başqa, ərizəçi ərizəsi ilə əlaqədar dövlətə ödədiyi dövlət rüsumunu tələb etdiyindən rüsum iddiaçıya qaytarılmalıdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə ərizəçinin tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2006-ci il tarixdə Zaqatala rayonu Muxax kəndində doğulmuş və orada yaşayan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli, Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat ərizəçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi : Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.2006-ci il tarixdə Zaqatala rayonu Muxax kəndində doğulmuş və orada yaşayan xəstə-X8 (AA4661202) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat rüsum dövlət büdcəsindən Ərizəçi geri qaytarılsın. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar