Məhkəmə qərarları › İş №e-2(033)-632/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-632/2022

08.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-632/2022 08.09.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X8 katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, A № 485234 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə Ərizəçi Məhəmməd oğluna və onun ailə üzvlərinə verilmiş 8009 kvm torpaq sahəsinin baza məlumatlarında səhvən yazılmış mərhum “X15”nın “X9 ilə eyni şəxs olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ tabeliyində "xxxx" MMC-nin möhürü ilə təsdiq olunmuş Zaqatala rayonu Muxax kənd ərazisində yaşayan torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında 2757-ci sırada qeyd olunmuş “Rəcəbova Zeynəb H.Musa” qızına aid məlumatların 24 sentyabr 2002-ci il tarixdə vəfat etmiş X4 aid olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi və onun ailə üzvlərinin Zaqatala rayonu Muxax kənd ərazisində yerləşən 8009 kvm kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi vardır. Torpağın mülkiyyətə verilməsinə dair A № 485234 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Həmin sənədi DƏDRX-nə təqdim edərək reyestrdən Çıxarış almaq istəyərkən məlum olmuşdur ki, X3 elektron bazada ata adı səhv olaraq “Musa qızı” yazılmışdır. Ərizəçi ölüm haqqında şəhadətnamənin surətini DƏDRX-ə təqdim edərək elektron bazada səhvən qeyd edilmiş “Musa qızı” ata adının “Hacımurad qızı” kimi dəyişdirilərək torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraiət etmişdir. Lakin həmin təşkilatın xx.xx.2022-ci il tarixli **********75 saylı məktubuna əsasən torpaq islahatı nəticəsində verilmiş torpaq sahəsinə dair subyektlərin siyahısında düzəlişlərin edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmadığı izah edilərək bununla bağlı məhkəməyə müraciət edilməsini tövsiyyə etmişdir. Ona görə də səhvən yazılmış “X15”nın “X9 ilə eyni şəxs olması faktının müəyyən olunması üçün məhkəməyə müraciət edilir. Ərizədə qeyd olunan faktı ərizəyə əlavə edilən sənədlər və şahidlər bir daha təsdiq edə bilərlər. Ərizəyə qarşı etirazın dəlilləri Ərizəyə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Ərizəçi ərizəni müdafiə edərək ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş göndərilməklə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasında nümayəndənin iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 485234 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə X5 verilmiş Zaqatala rayonu Muxax kəndində 8009 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş və X20 kitabında xx.xx.2014 tarixdə 52 nömrə ilə uçota alınmışdır. Zaqatala Rayon İcra hakimiyyəti Başçısının Muxax kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 583 nömrəli arayışdan görünür ki, Aqrar İslahat Komissiyasının qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında texniki səhv olaraq X15 qeyd edilmiş AZE123172 nömrəli şəxsiyyət vəsiqəsində qeyd olunan X9 şəxs ilə adlı siyahıda qeyd olunan X15 eyni şəxsdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Zaqatala Rayon İcra Hakimiyyəti Zaqatala Rayon Dövlət Arxivi tərəfindən xx.xx.2022-ci il tarixdə Ərizəçi verilmiş 470 nömrəli arxiv arayışından görünür ki, vətəndaşın Muxax kənd İƏD-nin 1996-2000-ci illərin təsərrüfatbaşına kitablarında ailə tərkibi anası X11, arvadı X17, qızı X12, oğlu X6 ibarət olmuşdur. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Şəfizadə tərəfindən təsdiq edilmiş aktdan görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının qərarı ilə təsdiq olunmuş torpaq payı alacaq subyektlərin siyahısında X3 adı texniki səhv olaraq X7 yazılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 12 may 2022-ci il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, Aqrar İslahat Komissiyasının qərarı əsasında torpaq payı almış subyektlərin siyahısında mərhum anasının ata adının ölüm haqqında şəhadərnamə sənədinə uyğun düzəliş edilməsinə köməklik göstərilməsi barədə ərizəsinə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X21 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Ərizənizin icrası ilə bağlı məlumat verilmişdir ki, torpaq islahatı nəticəsində verilmiş torpaq sahəsinə dair subyektlərin siyahısında düzəlişlərin edilməsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X21 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Qeyd olunan uyğunsuzluğun aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməsi məqsədəmüvafiq hesab olunmuşdur. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarına əlavə edilmiş Zaqatala rayonu Muxax kənd ərazisində yaşayan torpaq payı almaq hüququ olan vətəndaşların siyahısından görünür ki, 2756 sıra nömrəsi ilə qeyd edilən X1 ailə başçısı kimi qeyd edilərək verilmiş 1,20 torpaq sahəsində sıra nömrəsi 2757 olan Rəcəbova Zeynəb H.Musa qızı kimi qeyd edilmişdir. Zaqatala rayonu VVADQ şöbəsi tərəfindən 27 sentyabr 2002-ci tarixdə verilmiş AZ 123172 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 24 sentyabr 2002-ci il tarixdə vəfat etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında ərizəçinin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı əsasında tərtib edilmiş A seriyalı 485234 nömrəli Torpaq sahəsinin planı və ölçüsü Zaqatala rayonu Muxax kəndində yerləşən 8009 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin X5 verilməsi ilə bağlı tərtib edilmiş və X20 kitabında xx.xx.2014 tarixdə 52 nömrə ilə uçota alınmışdır. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarına əlavə edilmiş Zaqatala rayonu Muxax kənd ərazisində yaşayan torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında Ərizəçi ailə üzvü kimi qeyd edilmiş torpaq payı alan şəxslərin sırasında sıra nömrəsi 2757 olan anası Rəcəbova Zeynəb H.Musa qızı kimi qeyd edilmişdir. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarına əlavə edilmiş Zaqatala rayonu Muxax kənd ərazisində yaşayan torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında Ərizəçi anası kimi qeyd edilmiş Rəcəbova Zeynəb H.Musa qızının ata adı ərizəçinin anası olan X3 ölüm haqqında şəhadətnaməsində göstərilən ata adı olan Hacımurad adı ilə düz gəlmir. Ərizəçinin anasının ata adının “Hacımurad” olması işdə olan tədqiq edilmiş sənədlərlə bir daha öz təsdiqini tapır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarına əlavə edilmiş Zaqatala rayonu Muxax kənd ərazisində yaşayan torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında Ərizəçi ailə üzvü kimi qeyd edilmiş torpaq payı alan şəxslərin sırasında sıra nömrəsi 2757 olan anası Rəcəbova Zeynəb H.Musa qızının xx.xx.2002-ci il tarixdə vəfat etmiş AZ-İİ 180330 nömrəli ölüm haqqında şəhadətnamədə qeyd olunan ərizəçinin anası X2 nəzərə alınmaqla həmin sənədin Ərizəçi anası-X4 məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 307.2.5, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi Ərizə təmin edilsin. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarına əlavə edilmiş Zaqatala rayonu Muxax kənd ərazisində yaşayan torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında Ərizəçi ailə üzvü kimi qeyd edilmiş torpaq payı alan şəxslərin sırasında sıra nömrəsi 2757 olan anası Rəcəbova Zeynəb H.Musa qızının xx.xx.2002-ci il tarixdə vəfat etmiş AZ-İİ 180330 nömrəli ölüm haqqında şəhadətnamədə qeyd olunan ərizəçinin anası X2 nəzərə alınmaqla həmin sənədin Ərizəçi anası-X4 məxsus olması hüquqi faktı müəyyən edilsin. Ərizəçinin dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat rüsum onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar