Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-650/2025 03.06.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Zərifə Faiq qızının sədrliyi, X19 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi : Ərizənin dəlilləri Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon Dövlət Arxivindən xx.xx.2024-cu il tarixli, 34847RA/2/B-42/338/2024 saylı Balayev-Məmmədov Tahirin adına verilmiş arxiv arayışındakı məlumatların mərhum əri X10 məxsus olmasını müəyyən etməklə, həmin sənədin mərhum əri X10 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun həyat yoldaşım X16 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. O, Zaqatala rayonunda müxtəlif təşkilatlarda o cümlədən Zaqatala rayonu “Kalinin adına” kolxozda işləmişdir. Onun ailə başçısının itiriləsinə dair əmək pensiyası almaq hüququ vardır. Həmin pensiyanın təyin edilməsi üçün maraqlı şəxsə müraciət etmişdir. Maraqlı şəxs ərinin kolxozda işlədiyi illərə dair arxivdən verilmiş arayışda iki soyadı, Balaye- Məmmədov yazıldığı üçün pensiya təyin etməkdən imtina etdi. O, Şəki İnzibati Məhkəməsinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2- 1(116)-784/2025 saylı qərarı ilə iddiası təmin edilməmişdir. Məhkəmə qərarda izah vermişdir ki, o, mərhum X13 ilə X7 eyni şəxs olması barədə Zaqatala RİHB-nın Bəhmətli kənd İƏD üzrə nümayəndəliyindən arayış təqdim etsə də, məhkəmə bu sənədi sübut kimi qiymətləndirmir. Odur ki, o, əvvəlcə mərhum ərinin soyadının “Məmmədov” kimi qeyd edildiyi arxiv arayışının mərhuma aid olması faktının müəyyən edilməsi üçün ümumi rayon məhkəməsində iddia qaldırmalıdır. Müraciəti müsbət həll olunduğu halda həmin müddətin sosial sığorta stajına daxil edilməsi və ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana, müraciəti təmin edilmədikdə isə analoji iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edə bilər. Ona görə də o, sənədin şəxsə məxsus olması faktının məhkəmə qaydasında müəyyən olunması üçün müraciət etməli olmuşdur. Arxiv arayışında, ümumiyyətlə əri kolxozda işləyərkən, familiyasının bəzən Məmmədov yazılması ondan irəli gəlir ki, ərinin əmilərinin familiyaları Məmmədov idi. Əmək günü yazan briqadir və digər şəxslərdə ərindən soruşmadan onun familiyasını əmisinin familiyasına görə bəzi sənədlərdə Məmmədov yazmışlar. Ərizəyə qarşı etirazın dəlilləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı etirazla müraciət edərək ərizəçi X6 “sənədin şəxsə məxsus olması faktının müəyyən olunması" tələbinə dair ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edəilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X4 məxsus sənədlərin surətlərinə əsasən onun ümumi sığorta stajı 9 il 1 ay 11 gün (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) olmaqla qanunvericiliklə tələb olunan müddətdən (17 il 4 aydan) azdır. Ərizəçi tərəfindən təqdim edilmiş arxiv arayışının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan “Kalinin" adına kolxozda xx.xx.1979-cu il tarixindən xx.xx.1997-ci il tarixinədək T.Balayevin əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır.Fondun 3 saylı Şəki-Zaqatala regional filialının keçirdiyi monitorinq nəticəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli akta əsasən “Kalinin” adına kolxozda 1979-1987-ci illər və 1991-ci ilə aid şəxsi hesab kitablarda T.Balayevin soyadı Məmmədov kimi qeyd edilmişdir. Bu səbəbdən 1979-1987-ci illərin və 1991-ci ilin T.Balayevin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir.Xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPM-nin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir.Nəzərə alınmalıdır ki. məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və va əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1 -ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmələr hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işləri qüvvədə olan qanunvericiliyə uyğun, dövlət, hüquqi və fiziki şəxslərin qanunla müdafiə olunan mənafelərini təmin etməklə əsasən düzgün həll etməlidirlər.Bununla yanaşı, bu kateqoriyadan olan işlərə baxılarkən məhkəmələr tərəfindən bir sıra hallarda maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verilir, prosessual qanunverciliyin tələblərinə əməl edilmir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarı) Belə ki, ərizələrə lazımi sənədlərin əldə edilməsinin, yaxud itirilmiş sənədlərin bərpa edilməsinin qeyri-mümkün olmasını təsdiq edən sübutlar əlavə edilmədiyi, işə xüsusi icraat qaydasında baxılması istisna edildiyi halda və yaxud heç bir hüquqi nəticə doğurmayan hüquqi faktların müəyyən edilməsinə dair ərizələrə baxılaraq qətnamə qəbul edilir. Eləcə də, hüquqi faktın müəyyən edilməsində maraqlı şəxslərin dairəsi müəyyən edilərək onlar işə cəlb edilmir, bəzən faktın müəyyən edilməsi ilə əlaqədar məsələlər məhkəmələr tərəfindən kifayət qədər tam, hərtərəfli və obyektiv araşdırılmır. is üzrə qəbul edilmiş məhkəmə aktları prosessual qanunvericiliyin tələblərinə uvaun tərtib edilmir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarlarının 1-ci maddəsində Məhkəmələrin diqqəti hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb edilməsini qeyd edir. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Hazırda ərizəçinin müəyyən etmək istədiyi fakt onun adındakı uyğunsuzluğun məhkəmə qətnaməsi ilə aradan qaldırılmasıdır. Belə olduğu təqdirdə məhkəmə tərəfindən ilk öncə hüquqmüəyyənedici sənəddə uyğunsuzluğun aradan qaldırılması üçün ərizəçiyə həmin sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilib-edilmədiyi araşdırılmalıdır. Bundan başqa Ali Məhkəmənin qeyd olunan Plenum qərarının 6-cı maddəsində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir:Birincisi: şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir);İkincisi: həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; Üçüncüsü: məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Belə ki, qanunvericiliyin tələblərinə müvafiq olaraq ərizəçi iş üzrə mübahisə predmeti olan Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 34847RA/2/B- 42/338/2024 saylı arxiv arayışındakı səhvlərin aradan qaldırılması ilə bağlı müraciət etməli, yalnız həmin orqan tərəfindən səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edildikdən, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirildikdən sonra hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxıla bilər. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, Şəki İnzibati Məhkəməsi xx.xx.2025-ci il tarixli 2-1(116)-784/2025-ci il tarixli qərarında qeyd edir ki, tərəflərin iştirakı ilə təqdim edilmiş kolxozçunun əmək stajı və qazancının uçotu kitablarına (şəxsi hesab kitablarına) baxış keçirilmiş, mübahisəsiz dövrlər və idddiaçının mərhum əri X1 “Məmmədov” kimi qeyd edildiyi illər hesablanmışdır. Müəyyən edilmişdir ki, mübahisələndirilən dövrlər üzrə tədqiq edilən kolxozçunun əmək stajı və qazancının uçotu kitablarında ata adı qeyd edilmədən “Məmmədov Tahir” qeydləri icra edilmişdir. Məhkəmə iclasında izahat verərəkən iddiaçı özü də bildirmişdir ki, kənddə “Tahir” adında iki nəfər var və onlardan biri yaşlıdır. Belə olan halda, “Məmmədov” soyadı ilə icra edilmiş qeydlərin həqiqətən iddiaçının mərhum ərinə aid olub-olmaması qeyrimüəyyəndir. Göründüyü kimi, hazırki işdə hüquqmüəyyənedici sənəddə olan uyğunsuzluğun aradan qaldırılmasına dair müraciət və hər hansı imtina və ya həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması barədə Zaqatala rayon Dövlət Arxivinin hər hansı cavabı mövcud deyildir. Ərizəçi lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Mülki iş üzrə Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. O, ödədiyi rüsumun geri qaytarılmasını xahiş etdi. Şahid qismində dindirilmiş X14 bildirmişdir ki, Zaqatala rayonu “Kalinin adına” kolxozda briqadir işləmiş, o 1972-ci ilən həmin kolxozda işləmiş və ərizəçinin mərhum əri X16 onlarla birgə həmin kolxozda işləmişdir. X27 kimi tanımışlar. Şahid qismində dindirilmiş X8 bildirmişdir ki, Tahir Balayevlə bir yerdə kolxozda işləmişdirlər. Hər ikisi traktor sürüb. Hər ikisi mexanizator kimi işləyib. X9 məxsus Kolxozçunun əmək kitabçasının surətindən görünür ki, kitabça 16 iyul 1976-cı ildə Kalinin kolxozunda açılmış və o 1976-1987-ci illərdə həmin kolxozda işləmişdir. Zaqatala rayonu VVAQ Bürosundan 12 mart 1968-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X16 20 iyul 1956-cı il tarixdə anadan olmuşdur. Zaqatala rayonu Varxiyan kənd Soveti tərəfindən verilmiş Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X16 ilə X17 21 fevral 1980-cı il tarixdə nikah bağlamışdırlar və nikah bağlandıqdan sonra arvada Balayeva soyadı verilmişdir. İşin halları Şəki İnzibati Məhkəməsinin 2-1(116)-784/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “1979-1987 və 1991-ci illəri sığorta stajı kimi nəzərə alaraq, ona ailə başçısını itirməyə görə əmək pensiyasını almaq hüququnun yarandığı tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 24 iyun 2024-cü il tarixli məktubundan görünür ki, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina məktubuna əsasən iddiaçı tərəfindən təqdim edilən sənədlərə əsasən iddiaçının mərhum əri T.Balayevin sığorta stajı qanunvericiliklə tələb olunan (17 il 04 ay) stajdan az olduğundan (09 il 01 ay 11 gün) iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi Qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. xx.xx.2023-cü il tarixli Ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2023cü il tarixdə ölmüşdür. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Bəhmətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Dövlət Arxivi sənədlərində göstərilən X2 Tahir Əzəddin oğlunun özüdür. Zaqatala Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cu il tarixli, 34847RA/2/B-42/338/2024 saylı arxiv arayışından görünür ki, Zaqatala rayonu Bəhmətli kəndi “Kalinin” adına kolxozun şəxsi hesab kitabları yoxlanıldıqda Balayev-Məmmədov Tahirin 1979-1997-ci illərdə işləməsi və ona əmək haqqının və stajın hesablanması qeyd edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarı Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Həmin qərarın 1.5-ci bəndində deyilir; Hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin izahatını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, X3 rayonu Bəhmətli kəndində Kalinin adına Kolxozda 1979-1997-ci illər ərzində işləmiş və ona əmək haqqı və staj hesablanmışdır. Lakin Zaqatala rayonu Dövlət Arxivindən verilmiş arayışda onun soyadı Balayev-Məmmədov kimi qeyd edilmişdir. Eyni zamanda, həmin sənəd hüquqmüəyyənedici sənəd olmaqla, məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsi qeyri mümkündür. Eyni zamanda, digər bütün sənədlərdə onun adı X5 qeyd edilmişdir. X16 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və obnun stajını müəyyən etmək mümkün olmadığından ərizəçi X11 onun həyat yoldaşı olaraq ailə başçısını itirməyə görə əmək pensiyasını almaq hüququndan istifadə edə bilmir. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Zaqatala RİHB-nin Bəhmətli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X2 Tahir Əzəddin oğlu ilə eyni şəxsdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Zaqatala rayon Dövlət Arxivindən xx.xx.2024-cu il tarixli, 34847RA/2/B-42/338/2024 saylı Balayev-Məmmədov Tahirin adına verilmiş arxiv arayışındakı məlumatların X5 nəzərə alınmaqla həmin məlumatların Ərizəçi mərhum əri 20 iyul 1956-cı il tarixdə Zaqatala rayonu Varxiyan kəndində anadan olmuş X10 aid olması faktı müəyyən edilməlidir. 100 (bir yüz) manat rüsum dövlət büdcəsindən ərizəçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 307.2.5, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi : Ərizə təmin edilsin. Zaqatala rayon Dövlət Arxivindən xx.xx.2024-cu il tarixli, 34847RA/2/B-42/338/2024 saylı Balayev-Məmmədov Tahirin adına verilmiş arxiv arayışındakı məlumatların X5 nəzərə alınmaqla həmin məlumatların Ərizəçi mərhum əri 20 iyul 1956-cı il tarixdə Zaqatala rayonu Varxiyan kəndində anadan olmuş X10 aid olması faktı müəyyən edilsin. Ərizəçinin dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat Ərizəçi geri qaytarılsın. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №e-2(033)-650/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-650/2025
03.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver