Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-700/2025 05.05.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını Zaqatala Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək aşağıdakıları müəyyən etdim İddia tələbinin dəlilləri: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra-"xxxx" MMC) kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən Tekstil-yataq dəsti üçün 39.30 (otuz doqquz manat otuz qəpik) manat ödənilməmiş hissə, 3.93 (üç manat doxsan üç qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən Ultra 3 il qızıl zəmanət, Ariston su qızdırıcı üçün 140.60 (bir yüz qırx manat altmış qəpik) manat ödənilməmiş hissə, 14.06 (on dörd manat altı qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən X1 dəsti üçün 278.50 (iki yüz yetmiş səkkiz manat əlli qəpik) manat ödənilməmiş hissə, 27.85 (iyirmi yeddi manat səksən beş qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən Leger-yumşaq-kunc üçün 481.30 (dörd yüz səksən bir manat otuz qəpik) manat ödənilməmiş hissə, 48.13 (qırx səkkiz manat on üç qəpik) manat cərimə ümumilikdə 1033.67 manat borc, 30.34 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2023-ci il tarixlərindəki müqavilələrinə əsasən, YATAQ DESTİ – TEKSTİL, SU QİZDİRİCİ ARİSTON, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, TAÇMASTERCOOK MEGAQAZAN DƏSTİ, LEGER - YUMSAQ – KUNC almış və nəticədə 1033.67 (bir min otuz üç manat, altmış yeddi qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 180 (bir yüz səksən) manat (18 ay x 10 manat + 0 manat ilkin ödəniş) olan YATAQ DESTİ – TEKSTİL üçün 43.23 (qırx üç manat, iyirmi üç qəpik) manat olmaqla ondan, 39.3 (otuz doqquz manat otuz qəpik) manat ödənilməmiş hissə, 3.93 (üç manat, doxsan üç qəpik) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 553.18 (beş yüz əlli üç manat, on səkkiz qəpik) manat (18 ay x 23.51 manat + 130 manat ilkin ödəniş) olan SU QİZDİRİCİ ARİSTON, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti üçün 154.66 (bir yüz əlli dörd manat, altmış altı qəpik) manat olmaqla ondan, 140.6 (bir yüz qırx manat, altmış qəpik) manat ödənilməmiş hissə, 14.06 (on dörd manat, altı qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 400.6 (dörd yüz manat, altmış qəpik) manat (24 ay x 16.4 manat + 7 manat ilkin ödəniş) olan X2QAZAN DƏSTİ üçün 306.35 (üç yüz altı manat otuz beş qəpik) manat olmaqla ondan 278.5 (iki yüz yetmiş səkkiz manat, əlli qəpik) manat ödənilməmiş hissə, 27.85 (iyirmi yeddi manat, səksən beş qəpik) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1051.2 (bir min əlli bir manat, iyirmi qəpik) manat (24 ay x 43.8 manat + 0 manat ilkin ödəniş) olan LEGER - YUMSAQ – KUNC üçün 529.43 (beş yüz iyirmi doqquz manat, qırx üç qəpik) manat olmaqla ondan 481.3 (dörd yüz səksən bir manat, otuz qəpik) manat ödənilməmiş hissə, 48.13 (qırx səkkiz manat, on üç qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1245.28 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbi əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. İşin halları Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə iddia ərizəsi 01 aprel 2025-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15632757 nömrəli xx.xx.2023-cü il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə dəyəri 180 (bir yüz səksən) manat məbləğində Tekstil-yataq dəsti əldə etmiş, onun dəyərini "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15862950 nömrəli xx.xx.2023-cü il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə 1051.20 (bir min əlli bir manat iyirmi qəpik) manat məbləğində Leger-yumşaq-kunc əldə etmiş, onun dəyərini "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13685386 nömrəli xx.xx.2023-cü il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə 553.18 (beş yüz əlli üç manat on səkkiz qəpik) manat məbləğində Ultra 3 il qızıl zəmanət, Ariston su qızdırıcı əldə etmiş, onun dəyərini "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03986577 nömrəli xx.xx.2024-cü il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə 400.60 (dörd yüz altmış qəpik) manat məbləğində X1 dəsti əldə etmiş, onun dəyərini "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilələrin tərkib hissəsi olan ödəniş cədvəllərinin 2ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 15632757 nömrəli xx.xx.2023-cü il tarixli müqavilə üzrə 39.30 manat əsas borcu, 3.93 manat cərimə borcu, olmaqla cəmi 43.23 manat borcu, 15862950 nömrəli xx.xx.2023-cü il tarixli müqavilə üzrə 140.60 manat əsas borcu, 14.06 manat cərimə borcu, olmaqla cəmi 154.66 manat borcu, 13685386 nömrəli xx.xx.2023-cü il tarixli müqavilə üzrə 481.30 manat əsas borcu, 48.13 manat cərimə borcu, olmaqla cəmi 529.43 manat borcu, 03986577 nömrəli xx.xx.2024-cü il tarixli müqavilə üzrə 278.50 manat əsas borcu, 27.85 manat cərimə borcu, olmaqla cəmi 306.35 manat borcu, ümumilikdə 939.70 manat əsas borcu və 93.97 manat cərimə olmaqla, cəmi 1033.67 manat borcu ödənilməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə öhdəliklərin icrasını gecikdirmiş və həmin müqavilələr üzrə öhdəlikləri yerinə yetirmədiyi halda aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ərizənin verilməsi üçün Zaqatala Rayon Məhkəməsinin hesabına 30.34 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 598.2-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olundu ki, 15632757 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti dəyəri 180 manat məbləğində Tekstil-yataq dəsti, 15862950 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti dəyəri 1051.20 manat məbləğində Legeryumşaq-kunc, 13685386 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti dəyəri 553.18 manat məbləğində Ultra 3 il qızıl zəmanət, Ariston su qızdırıcı, 03986577 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti dəyəri 400.60 manat məbləğində X1 dəstini alıcıya vermiş, Cavabdeh isə onları qəbul edib, avadanlıqların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələrə əlavə olan ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən alıcı ödənişini gecikdirdiyi halda, hər gün üçün gecikdirilən məbləğin 1 faizədək həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh Tekstil-yataq dəsti, Ultra 3 il qızıl zəmanət, Ariston su qızdırıcı, X1 dəsti və Leger-yumşaqkunc verilərək 15632757 nömrəli xx.xx.2023-cü il tarixli, 15862950 nömrəli xx.xx.2023-cü il tarixli, 13685386 nömrəli xx.xx.2023-cü il tarixli və 03986577 nömrəli xx.xx.2024-cü il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində sözügedən müqavilələrin əlavəsi olan ödəniş cədvəllərinə əsasən aylıq ödənişləri vaxtında ödəməmiş, müqavilələrin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qalıq qalmış əsas borcun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 15632757 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 39.30 manat məbləğində əsas borc, 15862950 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 481.30 manat məbləğində əsas borc, 13685386 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 140.60 manat məbləğində əsas borc və 03986577 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 278.50 manat məbləğində əsas borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin, iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə 15632757 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən hesablanmış 3.93 manat, 15862950 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən hesablanmış 48.13 manat, 03986577 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 27.85 manat, 13685386 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən hesablanmış 14.06 manat cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, cərimənin (dəbbə pulunun) bu qədər artmasında iddiaçının özü də təqsirlidir və eyni zamanda iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğunu nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı 15632757 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən hesablanmış 3.93 manat cərimə 1 manat, 15862950 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən hesablanmış 48.13 manat cərimə 18 manat, 03986577 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 27.85 manat cərimə 6 manat, 13685386 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 14.06 manat cərimə 2 manat həddində təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli Cavabdeh 15632757 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 39.30 manat əsas borc və 1 manat cərimə borcu, 15862950 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 481.30 manat əsas borc və 18 manat cərimə borcu, 03986577 nömrəli xx.xx.2024cü il tarixli müqaviləyə əsasən 278.50 manat əsas borc və 6 manat cərimə borcu, 13685386 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 140.60 manat əsas borc və 2 manat cərimə borcu olmaqla cəmi 966.70 manat borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 30.34 manat dövlət rüsumunun 0.34 manatı iddiaçıya aid edilməli, 30 manatı isə Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 284-6, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 15632757 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 39.30 (otuz doqquz manat otuz qəpik) manat əsas borc və 1 (bir) manat cərimə borcu, 15862950 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 481.30 (dörd yüz səksən bir manat otuz qəpik) manat əsas borc və 18 (on səkkiz) manat cərimə borcu, 03986577 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 278.50 (iki yüz yetmiş səkkiz manat əlli qəpik) manat əsas borc və 6 (altı) manat cərimə borcu, 13685386 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 140.60 (bir yüz qırx manat altmış qəpik) manat əsas borc və 2 (iki) manat cərimə borcu olmaqla, cəmi 966.70 (doqquz yüz altmış altı manat yetmiş qəpik) manat borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Ödənilmiş 30.34 (otuz manat otuz dörd qəpik) manat dövlət rüsumunun 0.34 (otuz dörd qəpik) manatı iddiaçıya aid edilsin, 30 (otuz) manatı isə Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-700/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-700/2025
05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver