Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-714/2023 13.12.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi, Ərizəçi və maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanına qarşı oğlu-X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanına qarşı ərizə ilə müraciət edərək 24 noyabr 1994-cü il tarixdə Zaqatala rayonu Lahıc kəndində doğulmuş, Zaqatala rayonu Lahıc kəndində yaşayan X4 (AA4691979) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu X8 24 noyabr 1994-cü il tarixdə Zaqatala rayonu Lahıc kəndində doğulmuşdur. Oğluna anadan gəlmə uşaq serebral iflici (Dərin tetraparez. Oliqofreniya. Tez-tez təkrarlanan qıcolma sindrom ilə. Kyozkolur İİİ dərəcə.) diaqnozu qoyulmuşdur. Hazırda oğlu yetkinlik yaşına çatmışdır və o, onunla birlikdə yaşayır. Oğlu daimi birinci qrup əlildir və birinci qrup əlilliyə görə sosial müavinət alır. Xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətləri üzərində rəhbərlik edə bilmir. Buna görə də qərara gəlmişdir ki, onun üzərində qəyyum təyin etdirsin. Bunun üçün əvvəlcə şəxs məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməlidir. Ərizəyə qarşı etirazın dəlilləri Ərizəyə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Ərizəçi ərizəni müdafiə edərək ərizəsinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, bununla bağlı ekspertiza da təyin olunmuşdur və ekspert rəyi ilə də oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi müəyyən edilmişdir. Oğlu anadangəlmə xəstədir, birinci qrup əlildir. Hesab edir ki, onun üzərində qəyyum təyin olunmalıdır. Ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanının nümayəndəsi Nümayəndə izahat verərək göstərdi ki, iş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Gəncə Şəhər psixonevroloji Dispanseri tərəfindən keçirilmiş psixiatrik ekspertizasının rəyi ilə tanış olmuşdur və 24 noyabr 1994-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmir. İşin halları AA4691979 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X8 xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Lahıc kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, X8 doğulduğu gündən anası Ərizəçi himayəsindədir və hal-hazırda anası baxır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli məlumatına əsasən X5 xx.xx.2012-ci il tarixində uşaq serebral iflici diaqnozu ilə birinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X9 X11 X6 12 sentyabr 2023-cü il tarixli, 577 nömrəli rəyində göstərilmişdir ki, yoxlanılan şəxs X7ə halhazırda AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK, DAVRANİŞ POZUNTULARİ, UŞAQLİ SEREBRAL İFLİCİNİN QALİQ ƏLAMƏTLƏRİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularıın beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 müəyyən edilir. Bunu mülki iş materialları, həmin mülki işindəki tibbi sənədlər (TSEK-dən verilmiş xx.xx.2012-ci il tarixli şəhadətləndirilmə aktı), anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (ekspertiza zamanı onda davranış pozğunluğu müşahidə olunması, bələdliyinin pozulması, verilən suallara heç bir reaksiya verməməsi, bəzən anlaşılmaz səslər çıxarması, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını, ətrafda baş verənləri söyləyə bilməməsi, əhvalının davamsız olması, onda bir qədər narahatlıq və gərginlik müşahidə edilməsi, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq, yazmaq vərdişlərinin olmaması, maraq dairəsinin çox daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, tənqidi funksiyalarının kobud pozulması, intellektinin inkişafdan kəskin geri qalması, şəxsiyyətində qüsur aşkar edilməsi, İQ=28% və s.) sübut edir. Ekspert psixiatr mülki iş materiallarının, həmin mülki işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları belə cavablandırır: X2 AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK, DAVRANİŞ POZUNTULARİ, UŞAQLİ SEREBRAL İFLİCİNİN QALİQ ƏLAMƏTLƏRİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularıın beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyindən əziyyət çəkir. X1 psixi qüsuru anadan olduğu vaxtdan etibarən meydana gəlmişdir. X8 öz hərəkətlərinin mənasını dərk etmək və ya onları idarə etmək iqtidarında olmadığından onu FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN şəxs hesab etməyə əsas verir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, 24 noyabr 1994-cü il tarixdə anadan olmuş X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək, öz hərəkətlərinə rəhbərlik edə bilmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X5 anası olan iş üzrə Ərizəçi himayədarlıq edir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək oğlu-X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini tələb edir. Göründüyü kimi, X8 psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X4 fəaliyyət qabiliyyəti olmayan hesab olunması ilə bağlı ekspert komissiyasının da müvafiq rəyi vardır. X4 anası olan hazırki iş üzrə ərizəçi onun psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 24 noyabr 1994-cü il tarixdə Zaqatala rayonu Lahıc kəndində doğulmuş və orada yaşayan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Bundan başqa, ərizəçi ərizəsi ilə əlaqədar dövlətə ödədiyi dövlət rüsumunu tələb etmədiyindən həmin rüsum xərci özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə ərizəçinin tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, ərizə təmin edilməli, 24 noyabr 1994-cü il tarixdə Zaqatala rayonu Lahıc kəndində doğulmuş və orada yaşayan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli, Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat rüsum onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi Ərizəçi ərizəsi təmin edilsin. 24 noyabr 1994-cü il tarixdə Zaqatala rayonu Lahıc kəndində doğulmuş və orada yaşayan xəstə - X8 (AA4691979) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat rüsum onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-714/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-714/2023
13.12.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver