Məhkəmə qərarları › İş №e-2(033)-728/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-728/2025

10.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-728/2025 10.06.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmənin iclas katibi X8 qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdehnə qarşı “əsassız hesablanmış borcun hesabdan silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi : İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 tərəfindən itirilmiş 2592 m3 qaz sərfiyyatına görə dəymiş ziyanın bərpasına dair hesablanmış 311.04 manat borcun silinməsinə dair qətnamə qəbull edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona məxsus fərdi yaşayış evi qaz xətti ilə təmin edilmişdir. İstifadəsində olan qaz sayğacı Cavabdeh İB-nin X11 İstismar İdarəsi tərəfindən 2010-da quraşdırılmışdır. 2024-cü il tarixində qaz sayğacını yoxlamaq üçün X3 əməkdaşları yaşayış ünvanına gəlmişdirlər. Yoxlama zamanı nəzarətçilər ona bildirdirmişdirlər ki, qaz sayğacı dəyişdirilməlidir. Bununla bağlı akt tərtib etmişlər. Aradan bir müddət keçdikdən ona məlum olmuşdur ki, ona cavabdeh orqan tərəfindən əsassız olaraq 311,04 AZN məbləğində borc hesablanmışdır, cavabdeh orqan tərəfindən hesablanmış borcu əsasız hesab edərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materialına əlavə etdiyi dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış itirilmiş 2592 m3 müəyyən edilmişdir. X7 tərəfindən hesablanmış dəymiş ziyanın bərpasına dair itirilmiş qaz sərfiyyatını əsassız hesab edərək hazırki iddia ilə məhkəməyə müraciət edir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh nümayəndəsi X2 etiraz ərizəsi ilə müraciət edərək İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 311.04 manat borcun silinməsi tələbi barədə iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Əbvülfəz qızı Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 311.04 manat borcun silinməsi tələbi barədə iddia ərizəsi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İddiaçı Əbvülfəz qızının adına rəsmiləşdirilmiş **********03010 saylı qaz hesabında 536.47 manat borc vardır. Həmin borcun 311.04 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı Əbvülfəz qızının istifadəsində olan G4 markalı **********5 nömrəli qaz sayğacı istismar müddəti bitdiyindən qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2024-ci il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə G-2.5 markalı 13709344 nömrəli sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən Azərbaycan Metrologiya İnstitutunun aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin plastmas qapağının üzərinə vurulan 3 ədəd plastmas plombdan sol üst 1 ədədin aşkar edilmədiyi qeyd edilmişdir. (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının nümayəndəsinin iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı akt tərtib etmişdir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmaqla onun miqdarı Zaqatala RQİİ-nin xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 2592 m3 (və ya 311.04 manat) həcmində müəyyən edilmişdir. Mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinə əsasən, qaz sayğacının zədələnməsi dedikdə onun hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s. başa düşülür. Abonentin və ya onunla razılıq əsasında digər şəxsin müdaxiləsi olmadan sayğacda baş vermiş həmin zədələnmələrə görə abonent heç bir məsuliyyət daşımır və zədələnmiş sayğacın dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilir. Lakin sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. Hazırki vəziyyətdə istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni, pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. Azərbaycan Respublikası “Qaz təchizatı haqqında” Qanunun 13.10-cu bəndinə əsasən paylacının səlahiyyətli şəxsinin bu qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011- ci il tarixli Qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların borcudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə əsasən istehlakçı bu Qanunun 3-cü bəndinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanunun 6.2.ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır Azərbaycan Respublikası MMnin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci madəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sayğacın işlək vəziyyətdə saxlanılmasına dair cavabdehlik məsələsi ilə əlaqədar analoji olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(102)-1758/2018 saylı qərarında göstərilmişdir ki, iddiaçının etibarlılığını mübahsiələndirdiyi xx.xx.2024-cü il tarixli ******* nömrəli aktdan görünür ki, iddiaçının yaşadığı evdə quraşdırılmış sayğacın hesablama mexanizminin plastmas qapağının üzərinə vurulan 3 ədəd plastmas plombdan sol üst 1 ədədin aşkar edilməməsi sayağac müdaxilə olunduğunu təsdiq edir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satıqısı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qərarın 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların borcudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə əsasən istehlakçı bu Qanunun 3-cü bəndinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Deməli iddiaçı qanunvericiliyin tələblərinə görə yaşadığı ünvan üzrə quraşdırılmış qaz sayğacının toxunulmazlığına cavabdeh olan şəxs hesab olunmaqla həmin sayğaca müdaxilə nəticəsində sayğacın sıradan çıxması nəticəsində paylayıcı Cavabdehnə dəymiş ziyana görə məsuliyyət daşıyır. Əlavə olaraq bildirmişdir ki, müdaxilə faktı aşkar edilmiş sayğacın çıxarılma aktını və ondan olan qeydlərin mübahisələndirməməsi belə qənaətə gəlməyə əsas verir ki, o, sayğaca müdaxilə edilməsi ilə razılaşmışdır. Digər tərəfdən, qaz sayğacı küçədə olduğuna görə onun qorunmasının mümkün olmaması barədə izahatlar istehlakçını məsuliyyətdən azad edilməsinə əsas ola bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı oğlu iddia tələbinə uyğun izahat verərək onun dəlillərini müdafiə etdiyini və iddia tələbinin təmin edilərək cavabdeh tərəfindən onun hesabına qalıq borc kimi yazılmış 311.04 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X2 etirazın məzmununa uyğun çıxış edərək iddianın rədd edilməsini xahiş etdi. İşin halları Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısına dair xx.xx.2018-cı il tarixli müqavilədən görünür ki, bir tərəfdən qaz paylayıcısı funksiyasını yerinə yetirən ünvan 1i ünvanında yaşayan istehlakçı İddiaçı müqavilə bağlamışlar. Həmin müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh X11 İstismar İdarəsinin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan Zaqatala rayonu Y.Tala kəndi ünvanında quraşdırılmış G-4 markalı, **********5 nömrəli qaz sayğacına istehlakçının iştirakı ilə baxış keçirilmiş, sayğac növbəti dövlət yoxlaması səbəbi ilə çıxarılmış, sayğacın elektron mexanizminin zədələnməsi müəyyən edilmiş və sayğacın əvəzində yeni 14452157 nömrəli qaz sayğacı quraşdırılmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, 15 avqust 2024-ci il tarixdə təsdiq edilmiş aktdan görünür ki, istehlakçı İddiaçı yaşadığı Zaqatala rayonu Y.Tala kəndi nömrəli mənzildə Cavabdeh Zaqatala X9 İdarəsinin əməkdaşları tərəfindən təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə göstərilmişdir ki, əsasən sayğacın hesablama mexanizminin plastmas qapağının üzərinə vurulan 3 ədəd plastmas plombdan sol üstü 1 ədədi aşkar olunmamışdır. xx.xx.2024-cü il tarixli 1137 nömrəli aktın 4-cü sətrindən görünür ki, zavod nömrəsi **********5 olan Zenner G-4 tipli sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizminin hesablama mexanizminin plastmas qapağının üzərinə vurulan 3 ədəd plastmas plombdan sol üstü 1 ədədi aşkar olunmamışdır. Sayğac istismara yararsızdır. 16 avqust 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Metrologiya Departamenti, Sayğacların müayinəsi laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2024-cü il tarixli 1137 nömrəli aktına əsasən G-4 markalı **********5 nömrəli sayğacın hesablama mexanizminin plastmas qapağının üzərinə vurulan 3 ədəd plastmas plombdan sol üstü 1 ədədi aşkar olunmadı. Nəticədə təbii qaz itkisi yaranmış, Mənzil daxilindəki qaz cihazlarından PQ-3 markalı qaz cihazının maksimal qaz sərfi 0.8 m3/saat xarici soba qaz cihazının maksimal qaz sərfi 1.6 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 0.8 x 12 x 90 =864 m3 1.6 x 12 x 90 =1728 m3 xx.xx.2025-ci il tarixli **********3 nömrəli Zenner G4T mexaniki sayğaclı abonentin saldosundan görünür ki, abonent kodu **********03010 olan, Zaqatala rayonu Y.Tala kəndi ünvanında yaşayan İddiaçı qalıq və aktlar üzrə 311,04 manat borcu vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə isə istehlakçı vəsait ödəməlidir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” ilə müəyyən edilir. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı Cavabdeh X11 İstismar İdarəsinin abonenti kimi müqavilə bağlamaqla ünvan 2i ünvanında yerləşən mənzildə cavabdeh tərəfindən satılan qazda istifadə barədə razılığa gəlmişdirlər. Cavabdeh X11 İstismar İdarəsinin mütəxəssisləri tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçının mülkiyyətində olan mənzildə istifadə edilən qazın həcminin müəyyən edilməsi üçün istifadə olunan G-4 markalı, **********5 nömrəli qaz sayğacına baxış keçirilmişdir. Sayğac növbəti dövlət yoxlamasına göndərilməsi üçün açılmış, onun əvəzinə yeni sayğac quraşdırılmışdır. xx.xx.2024-ci il tarixdə ******* nömrəli akt, akt əsasında isə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmiş, həmin akta əsasən sayğacın hesablama mexanizminin plastmas qapağının üzərinə vurulan 3 ədəd plastmas plombdan sol üstü 1 ədədi aşkar olunmaması müəyyən edilmişdir. İddiaçı ünvan 3i ünvanında yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə edilərək, dəyərini vaxtı-vaxtında ödədiyi halda, ərizə ilə məhkəməyə müraciət edildiyi dövr üçün son göstəricisi üzrə ödənilməmiş 311,04 manat borc təşkil etmiş və iddiaçı tərəfindən həmin borcun ödənilməsi təmin edilməmişdir. Həmin məbləğ akt əsasında qazdan istifadə qaydalarını pozulması nəticəsində itirilmiş təbii qaza görə aparılmış hesabata əsasən yaranmış borcdur. Ona görə də, İddiaçı hazırki tələbində 311,04 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, İddiaçı məxsus Zaqatala rayonu Y.Tala kəndində fərdi yaşayış evindən quraşdırılmış G-4 markalı, **********5 nömrəli qaz sayğacı Cavabdeh Zaqatala X9 İdarəsinin əməkdaşları tərəfindən sayğac dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, hesablama mexanizminin qoruyucu şüşəsinin sınıq olduğu müəyyən edilmişdir. G-4 markalı, **********5 nömrəli qaz sayğacının “sayğacın hesablama mexanizminin plastmas qapağının üzərinə vurulan 3 ədəd plastmas plombdan sol üstü 1 ədədi aşkar olunmadı” əsası ilə həmin idarə tərəfindən akt tərtib edilmişdir. Qeyd edilən aktda istehlakçının nümayəndəsi qrafasında İddiaçı. qeydi edilmiş və həmin qrafanın qarşısında imza edilmişdir. Göstərilən pozuntunun istehlakçı tərəfindən törədilməsi barədə həmin aktda hər hansı bir fikir göstərilməmişdir. Bundan başqa müdaxilə olunması göstərilən sayğac iddiaçının yaşadığı evin qapısından bayırda, yəni ictimai hissədə quraşdırılmışdır. Həmçinin sayğac çıxarılan zaman X10 əməkdaşları tərəfindən istehlakçı olan iddiaçıya heç bir məlumat verilməmiş, sayğacın yeni sayğacla əvəz edilmiş, sonradan iddiaçı tərəfindən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin sınması Azəriqaz İB-nin Zaqatala X9 İdarəsinin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da dəymiş ziyan hesablanmışdır. Həmçinin qeyd edilən akt göstərilən pozuntunun İddiaçı və ya onun ailə üzvü tərəfindən törədilməsi barədə həmin aktda hər hansı bir fikir göstərilməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən sayğacın iddiaçının yaşadığı evdən kənarda quraşdırılmış olması və bu səbəbdən İddiaçı sayğacı kənar müdaxilələrdən qorumaqda çətinlik çəkməsini nəzərə alaraq müdaxilənin məhz İddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, iddiaçı həmin akt üzrə hesablanmış 4320 kub metr qazın dəyəri olan 311,04 manat məbləğin silinməsini tələb etməkdə haqlıdır. Bundan əlavə, məhkəmə həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “Azəriqaz İB-nın Zaqatala X9 İdarəsinin aktına əsasən “sayğacın hesablama mexanizminin plastmas qapağının üzərinə vurulan 3 ədəd plastmas plombdan sol üstü 1 ədədi aşkar olunmadı” qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, Cavabdeh İB-nın Zaqatala X9 İdarəsinin 15 avqust 2024-ci il tarixdə təsdiq edilmiş aktına əsasən “sayğacın hesablama mexanizminin plastmas qapağının üzərinə vurulan 3 ədəd plastmas plombdan sol üstü 1 ədədi aşkar olunmadı” özü-özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsan hər iki tərəfin və ya üçüncü tərəfin hərəkəti (hərəkətsizliyi) nəticəsində, həmçinin tərəflərdən asılı olmayan səbəblərdən yarana bilər. Qeyd edilən hallar hüquq pozuntusunun iddiaçı və onun ailə üzvləri tərəfindən törədilməsi ilə bağlı İddiaçı təqsirli olmasını şübhə altına alır. Məhkəmə qeyd edilən akt və qərarda İddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Bundan başqa, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən və məhkəmə iclasında araşdırılan abonentin saldosundan da göründüyü kimi, əvvəlki illərin müvafiq aylarına münasibətdə də iddiaçının qaz sərfiyyatında önəmli bir artma və ya azalma müşahidə edilmir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək X3 Zaqatala X9 İdarəsinin tərtib etdiyi ******* nömrəli akta əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 311,04 manat borc İddiaçı hesabından silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, Qət etdi : İddia təmin edilsin. Cavabdeh X3 Zaqatala X9 İdarəsinin tərtib etdiyi ******* nömrəli akta əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 311,04 (üç yüz on bir manat dörd qəpik) manat borc İddiaçı hesabından silinsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zərifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar