Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-731/2024 29.05.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 ərizəçi X3 vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi X3 Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri Ərizəçi X8 ərizə ilə məhkəməyə müraciət edərək, X3 Maraqlı şəxs ilə birgə nikahından xx.xx.2019-cu il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat aliment ödəməsi üçün xx.xx.2023-cü il tarixdə Zaqatala rayon Mediasiya Şurasında bağlanmış Barışıq sazişinin məcburi icrası üçün Barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X8 tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə X8 və Həsrətov X9 rayon Mediasiya Şurasında razılığa gələrək Barışıq sazişi bağlamışlar. Həmin Barışıq sazişinə əsasən Maraqlı şəxs ilə birgə nikahdan xx.xx.2019-cu il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla, hər ay 200 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin Həsrətov X1 əməl etməyərək, razılığı pozaraq alimenti ödəmir. Könüllü olaraq ödəmə müddətindən çox vaxt keçib. X8 məcbur qalaraq Barışıq sazişinin məcburi icraya yönəldilməsi üçün onun təsdiq edilməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən ərizəçi X3 nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini və Şəki 1 saylı Mediasiya Təşkilatının mediatoru X12 tərəfindən təsdiq edilmiş, 29 sentyabr 2023-cü il tarixli “Barışıq sazişi” nin məcburi icrası üçün sazişin təsdiq edilməsini xahiş etdi. O əlavə olaraq ərizəçi ilə maraqlı şəxsin nikahın pozulması və aliment tələbi ilə bağlı barışıq sazişi imzaladıqlarını, nikahın sonradan məhkəmə qaydasında ləğv edildiyini, lakin maraqlı şəxsin barışıq sazişində razılaşdırılan aliment məbləğini ödəməkdən imtina etdiyini və buna görə iddia tələbi ilə müraciət etmək məcburiyyətində qaldıqlarını bildirdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə ərizəçi və maraqlı şəxsin məlumatlandırılmalarına baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 29 sentyabr 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Maraqlı şəxs və X4 nikahı haqqında 15 oktyabr 2016-cı il tarixdə 267 nömrəli akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə Həsrətov, arvada isə Həsrətova soyadı verilmişdir. Rusiya Federasiyası Tümen vilayəti Tümen şəhər Vətəndaşlıq vəziyyəti aktlarının Qeydiyyatı Komitəsi tərəfindən 3 iyun 2021-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, 17 iyun 2019-cu il tarixdə anadan olmuş X7 atası Maraqlı şəxs, anası X6r. Mediasiya haqqında Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə əsasən hazırlanmış xx.xx.2023-cü il tarixli Maraqlı şəxs ilə X3 nümayəndəsi X2 nümayəndəsi Nümayəndə arasında bağlanmış Barışıq sazişindən görünür ki, tərəflər, mediasiyaya edilən, nikahın pozulması tələbi ailə mübahisəsi ilə əlaqədar, nikahın davam etdirilməsində razılığa gələ bilmədilər və nikahın pozulması məqsədi ilə məhkəməyə müraciət etməyə, uşağın ananın himayəsinə verilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, tərəflərin birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2019-cu il təvəllüdlü X7 anası X3 himayəsində qalmasına razılığa gəldilər, mediasiyaya edilən alimentin müəyyən edilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, tərəflərin birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2019-cu il təvəllüdlü X7, 18 yaşı tamam olana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs X3 bankda açılan cari hesabına ödəyəcəyinə, atanın uşaqla ünsiyyət hüququnun tanınması tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2019-cu il təvəllüdlü X11 ilə atası Maraqlı şəxs hər həftənin altıncı günü saat 18:00-dan saat 19:00-a kimi, video görüntülü ünsiyyətdə olmalarına razılığa gəlmişdirlər. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-100/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X8 ilə cavabdeh Maraqlı şəxs arasında Zaqatala rayon qeydiyyat şöbəsində qeyd edilmiş 15 oktyabr 2016-cı il tarixli 267 nömrəli nikah pozulmuş , tərəflərin uşaqları olan-17 iyun 2019-cu il təvəllüdlü X11 anası X3 himayəsində saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 305.1 və 305.1.17-ci maddələrinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanunu 33.1-ci maddəsinə əsasən Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer; tərəflər haqqında məlumat; mübahisənin predmeti; mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. 33.2-ci maddəsinə əsasən barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmənin mövqeyi Belə ki, məhkəmə araşdırılması zamanı təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, ərizəçi X8 ilə Maraqlı şəxs birgə nikahlarından 17 iyun 2019-cu il tarixdə X11 adlı uşaqları dünyaya gəlmişdir. Mülki iş üzrə tərəflər yetkinlik yaşına çatmayan uşaqları olan 17 iyun 2019-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 200 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən X3 bankda açılan hesabına ödəməsinə dair razılığa gəlmiş və 29 sentyabr 2023-cü il tarixə qeyd edilən şərtlərlə barışıq sazişi imzalamışdırlar. Ərizəçi X8 Maraqlı şəxs tərəfindən barışıq sazişinin şərtlərinə əməl edilmədiyini əsas gətirərək “Barışıq sazişi”nin icra edilməyən hissəsinin, yəni, “mediasiya zamanı tərəflər, mediasiyaya edilən alimentin məbləğinin müəyyən edilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları, 17 iyun 2019-cu il təvəllüdlü X7 18 yaşı tamam olana kimi saxlanılmaları üçün, xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən X3 bankda açılan cari hesabına ödəyəcəyinə razılığa gəldilər” hissəsinin təsdiq edilməsi barədə hazırki ərizə ilə müraciət etmişdir. Məhkəmə hesab edir ki, 29 sentyabr 2023-cü il tarixli barışıq sazişinin “mediasiya zamanı tərəflər, mediasiyaya edilən alimentin məbləğinin müəyyən edilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları, 17 iyun 2019-cu il təvəllüdlü X7 18 yaşı tamam olana kimi saxlanılmaları üçün, xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən X3 bankda açılan cari hesabına ödəyəcəyinə razılığa gəldilər” hissəsi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun bağlanmış, sazişdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26-cı maddəsində sadalanmış halların olması müəyyən edilmir, saziş “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununa zidd deyil və sazişin təsdiq edilməsindən imtina olunması üçün heç bir əsas yoxdur. Məhkəmə araşdırmasında müəyyən edilmiş hallardan da görünür ki, Maraqlı şəxs 29 sentyabr 2023-cü il tarixdə bağlanmış barışıq sazişinin könüllü icra etməkdən imtina edir və barışıq sazişinin məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Göründüyü kimi, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin alimentin ödənilməsinə dair hissəsinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçi X8 ilə Maraqlı şəxs arasında bağlanmış 29 sentyabr 2023-cü il tarixli barışıq sazişi “X8 ilə Maraqlı şəxs yetkinlik yaşına çatmayan uşaqları olan 17 iyun 2019-cu il təvəllüdlü X7 18 yaşları tamam olana kimi saxlanılmaları üçün, xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən X3 bankda açılan cari hesabına ödəyəcəyinə” dair hissəsi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi Ərizə təmin edilsin. Ərizəçi X8 ilə Maraqlı şəxs arasında bağlanmış 29 sentyabr 2023-cü il tarixli barışıq sazişinin “X8 ilə Maraqlı şəxs yetkinlik yaşına çatmayan uşaqları olan 17 iyun 2019-cu il təvəllüdlü X7 18 yaşları tamam olana kimi saxlanılmaları üçün, xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən X3 bankda açılan cari hesabına ödəyəcəyinə” dair hissəsi təsdiq edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(033)-731/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-731/2024
29.05.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver