Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-737/2025 28.07.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, X11 qızının katibliyi, Ərizəçinın, Maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə, Ərizəçinın maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi : Ərizənin dəlilləri Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanına qarşı ərizə ilə müraciət edərək xx.xx.1965-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1965-ci il 21 yanvar tarixdə doğulmuş, Zaqatala rayon Aşağı Çardaxlar kəndində qeydiyyatda olan X4 onun bacısıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının müvafiq (üzvi mənşəli şəxsiyyət pozuntusu koqnitiv funksiyaların kəskin enməsi davranış pozuntusu və özünə xidmətin olmaması ilə başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, üzvi mənşəli ağıl zəifliyi koqnitiv funksiyaların kəskin enməsi davranış pozuntusu və özünə xidmətin olmaması) diaqnozuna əsasən ona birinci dərəcəli əlillik təyin edilib. X4 əqli qüsurludur və əmək qabiliyyətsizdir. Onun kənar şəxsin qulluğuna ehiyacı vardır. Hazırda ona ərizəçi və yoldaşı baxır. Xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətləri üzərində rəhbərlik edə bilmir. Buna görə də onun üzərində qəyyum təyin edilməsi zərurəti vardır. Qəyyum təyin edilməsi üçün şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Ərizəçi ərizə ilə müraciət edərək ərizəsinin xahiş edirəm hissəsində və ərizənin əsaslandırıcı hissəsində xəstə bacısı olan Nabat Şakir qızının familiyasını səhvən “Mustafayeva” qeyd etmişdir. Onun pasportda familiyası “Musayeva” olduğuna görə qərar qəbul edərkən onun familiyasının “X8” kimi qeyd olunmasını xahiş etmişdir. Ərizəçi ərizə ilə müraciət edərək ödədiyi 100 manat dövlət rüsumun ona qaytarılmasını xahiş etmişdir. Ərizəyə qarşı etirazın dəlilləri Ərizəyə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizəsinin dəlillərinə uyğun izahat verdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, qardaşı xəstədir. Öz hərəkətlərinin mənasını dərk etmir. Məhkəmə iclasında maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının səlahiyyətli nümayəndəsi X5 ekspert rəyi ilə tanış olduqlarını, rəylə razı olduqlarını bildirmiş və ərizənin təmin edilib edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını qeyd etmişdir. İşin halları Zaqatala VVAQ Bürosu tərəfindən verilmiş xx.xx.1970-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci il tarixdə doğulmuşdur. Onun atası X10, anası isə X1r. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli məlumatından görünür ki, X6 üzvi mənşəli şəxsiyyət pozuntusu koqnitiv funksiyaların kəskin enməsi davranış pozuntusu və özünə xidmətin olmaması ilə başqa rubrikalarda təsnif edilən. Digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, üzvi mənşəli ağıl zəifliyi koqnitiv funksiyalarınkəskin enməsi davranış pozuntusu və özünə xidmətin olmaması diaqnozu ilə müddətsiz olaraq İ qrup əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə psixiatrik ekspertiza mərkəzi” X15 X9 Şöbəsinin ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 348 saylı rəyindən görünür ki, X8 ÜZVİ MƏNŞƏLİ AĞİL ZƏİFLİYİ (DEMENSİYA), DAVRANİŞ POZĞUNLUQLARİ İLƏ xəstəliyindən əziyyət çəkir. X3 psixi qüsuru sonradan qazanılma xəstəlikdir. X8 psixi vəziyyətinə görə öz hərəkətininmənasını tam dərk etmək və onu tam idarə etmək iqtidarına deyildir. X8 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. AZE17775683 nömrəli Şəxsiyyət vəsiqəsindən görünür ki, X8 xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikası Mülki Məcəlləsi 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. 319-cu maddəsinə əsasən Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, 21 yanvar 1965-ci il tarixdə anadan olmuş X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək, öz hərəkətlərinə rəhbərlik edə bilmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X6 qardaşı olan iş üzrə Ərizəçi himayədarlıq edir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini tələb edir. Göründüyü kimi, X8 psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X3 fəaliyyət qabiliyyəti olmayan hesab olunması ilə bağlı ekspert komissiyasının da müvafiq rəyi vardır. X3 qardaşı olan hazırki iş üzrə ərizəçi onun psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 21 yanvar 1965-ci il tarixdə Zaqatala rayonu Aşağı Çardaxlar kəndində doğulmuş, Zaqatala rayonu Aşağı Çardaxlar kəndində yaşayan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə geri qaytarılmalıdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, ərizə təmin edilməli, 21 yanvar 1965-ci il tarixdə Zaqatala rayonu Aşağı Çardaxlar kəndində doğulmuş, Zaqatala rayonu Aşağı Çardaxlar kəndində yaşayan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi : Ərizəçi ərizəsi təmin edilsin. 21 yanvar 1965-ci il tarixdə Zaqatala rayonu Aşağı Çardaxlar kəndində doğulmuş, Zaqatala rayonu Aşağı Çardaxlar kəndində yaşayan xəstə - X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat rüsum dövlət büdcəsində ərizəçiyə geri qaytarılsın. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №e-2(033)-737/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-737/2025
28.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver