Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-759/2023 25.07.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 ərizəçi Səmədova (Əfəndiyeva) Şahilə Zülfüqarovnanın və Maraqlı şəxs1 iştirakları ilə, Ərizəçi Səmədova (Əfəndiyeva) Şahilə Zülfüqarovnanın maraqlı şəxslər Maraqlı şəxs1 və Şəki 1 saylı Mediasiya Təşkilatının mediatoru X11 qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin bir hissəsinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri Ərizəçi Səmədova (Əfəndiyeva) Şahilə Zülfüqarovna ərizə ilə məhkəməyə müraciət edərək, Səmədova (Əfəndiyeva) Şahilə Zülfüqarovna ilə Maraqlı şəxs1 arasında bağlanmış və Şəki 1 saylı Mediasiya Təşkilatının mediatoru X14 tərəfindən təsdiq edilmiş, 28 oktyabr 2022-ci il tarixli “Barışıq sazişi”nin məcburi icrası üçün, həmin sazişin Maraqlı şəxs1 tərəfindən icra edilməyən, yəni, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarişda göstərilən, Maraqlı şəxs1 adına olan, Zaqatala şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 0,04 hektar ölçüdə torpaq sahəsinin tərəflər (X5 və Maraqlı şəxs1) arasında bərabər olaraq hər birinə 1/2 hissəsində ayrılması (bölünməsi)” hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Səmədova (Əfəndiyeva) Şahilə Zülfüqarovna tələbini onunla əsaslandırmışdır ki, Səmədova (Əfəndiyeva) Şahilə Zülfüqarovna ilə Maraqlı şəxs1 14 noyabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Həmin nikahdan 10 iyul 2011-ci il tarixdə Hümmət adlı oğlan övladları doğulmuşdur. Səmədova (Əfəndiyeva) Şahilə Zülfüqarovna ilə Maraqlı şəxs1 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən nikahlarının pozulması, uşaqları -10 iyul 2011-ci il tarixdə doğulmuş X6 iddiaçının yanında qalması, aliment ödənilməsi və birgə nikah müddətində əldə olunmuş əmlaka payın müəyyən edilməsi tələbi ilə bağlı Mediasiya Təşkilatına müraciət etmişlər. Mediator tərəfindən təsdiq edilmiş 28 oktyabr 2022-ci il tarixli barışıq sazişinə əsasən tərəflər nikahın pozulması istisna olmaqla yerdə qalan bütün məsələlərlə bağlı razılığa gəlmişdir. 28 oktyabr 2022-ci il tarixli "Barışıq sazişi"nə əsasən tərəflər aşağıdakı razılığa gəlmişdirlər: Mediasiya zamanı tərəflər, Səmədova (Əfəndiyeva) Şahilə Zülfüqarovnanın etibarnamə əsasında nümayəndəsi, vəkil X16 və Maraqlı şəxs1 mediasiyaya edilən nikahin pozulması tələbi ailə mübahisəsi ilə əlaqədar, nikahın davam etdirilməsində razılığa gələ bilmədilər. Tərəflər, aralarında bağlanmış nikahin pozulması məqsədi ilə məhkəməyə müraciət etməyə razılığa gəldilər. Mediasiya zamanı tərəflər, X2 etibarnamə əsasında nümayəndəsi, vəkil X16 və Maraqlı şəxs1 mediasiyaya edilən uşağın ananın himayəsində saxlanılması tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikah dövründə anadan olmuş uşaqları xx.xx.2011-ci il təvəllüdlü X6 18 yaşı tamam olana kimi anası X2 himayəsinə verilməsinə razılığa gəldilər. Mediasiya zamanı tərəflər, X2 etibarnamə əsasında nümayəndəsi, vəkil X16 və Maraqlı şəxs1 mediasiyaya edilən alimentin təyin edilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, uşaqları xx.xx.2011-ci il tarixdə anadan olmuş X6 18 yaşı tamam olana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən hesablanmaqla hər ay, 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs1 X2 bankda açılan çari hesabına ödəyəcəyinə razılığa gəldilər. Mediasiya zamanı tərəflər, X2 etibarnamə əsasında nümayəndəsi, vəkil X16 və Maraqlı şəxs1 mediasiyaya edilən xx.xx.2008-ci il tarixdən birgə nikahda olduqları müddətdə əldə etdikləri əmlakın bölünməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikah dövründə əldə etdikləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın dövlət Reyestri Xidməti, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışda göstərilən, Maraqlı şəxs1 adına olan, Zaqatala şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən ümumi sahəsi 81.20 kvadratmetr olan fərdi yaşayış evinin və 0,04 hektar ölçüdə torpaq sahəsinin tərəflər arasında bərabər olaraq hər birinə 1/2 hissəsinin ayrılmasına razılığa gəldilər. Mediasiya zamanı tərəflər, X2 etibarnamə əsasında nümayəndəsi, vəkil X16 və Maraqlı şəxs1 mediasiyaya edilən birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikah dövründə əldə edilmiş, ban nömrəsi KNADE**********73 olan KİA RİO markalı, 2006-cı il istehsalı olan, ** ED *** dövlət nömrə nişanlı minik sedan avtomobilinə X2 heç bir iddiasının olmamasına razılığa gəldilər. Səmədova (Əfəndiyeva) Şahilə Zülfüqarovna 28 oktyabr 2022-ci il tarixli "Barışıq sazişi"nə əsasən götürdüyü öhdəlikləri tam icra etməsinə baxmayaraq Maraqlı şəxs1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışda göstərilən paylı mülkiyyətində olan, Zaqatala şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 0,04 hektar ölçüdə torpaq sahəsinin 1/2 hissəsinə X2 payının müəyyən edilməsi hissəsində barışıq sazişinin tələblərinə əməl etməkdən imtina etmişdir. Belə ki, Səmədova (Əfəndiyeva) Şahilə Zülfüqarovna ər və arvadın nikah müddətində əldə etdikləri əmlaka "Mülkiyyət hüququ haqqında Şəhadətnamə" almaq üçün müraciət etmiş, lakin Maraqlı şəxs1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışda göstərilən, mülkiyyətində olan, Zaqatala şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə "Mülkiyyət hüququ haqqında Şəhadətnamə" verilməsinə razılıq verərək, torpaq sahəsinin birgə nikah müddətində almadıqlarını bəyan etməklə torpaq sahəsinin 1/2 hissəsinə X2 payının müəyyən edilməsinə etiraz etmişdir. Hansı ki, Maraqlı şəxs1 alimentin miqdarının az təyin edilməsi və birgə nikah dövründə əldə edilmiş, ban nömrəsi KNADE**********73 olan KİA RİO markalı, 2006-ci il istehsalı olan, ** ED *** dövlət nömrə nişanlı minik sedan avtomobilə X2 payının müəyyən edilməməsinin müqabilində olan, Zaqatala şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən ümumi sahəsi 81.20 kvadratmetr olan fərdi yaşayış evinin və 0,04 hektar ölçüdə torpaq sahəsinin arasında bərabər olaraq hər birinə 1/2 hissəsinin ayrılmasına razılıq vermişdir. Əgər, Maraqlı şəxs1 barışıq sazişi bağlanan zaman Zaqatala şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 0,04 hektar ölçüdə torpaq sahəsinin 1/2 hissəsinə X2 payının müəyyən edilməsindən imtina etsə idi, onda, təbii olaraq Səmədova (Əfəndiyeva) Şahilə Zülfüqarovna alimentin miqdarı ilə razılaşmayacaq, o cümlədən, birgə nikah dövründə əldə edilmiş, ban nömrəsi KNADE**********73 olan KİA RİO markalı, 2006-ci il istehsalı olan, ** ED *** dövlət nömrə nişanlı minik sedan avtomobilin 1/2 hissəsinə payını tələb edəcəkdi. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini və Şəki 1 saylı Mediasiya Təşkilatının mediatoru X14 tərəfindən təsdiq edilmiş, 28 oktyabr 2022-ci il tarixli “Barışıq sazişi” nin məcburi icrası üçün sazişin ərizədə qeyd edilən və icra edilməyən hissəsinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Maraqlı şəxs1 izahat verərək bildirdi ki, ərizədə qeyd edilən və mediasiya prosesi vaxtı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi ilə bağlı razılığa gələrkən Zaqatala şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 0,04 hektar ölçüdə torpaq sahəsində paylar müəyyən edilmişdir. O, qeyd edir ki həmin torpaq sahəsi nikah bağlanmazdan əvvəl şəxsən onun tərəfindən alınmış əmlakdır və həmin əmlak üzərində ərizəçinin hər hansı hüququ yoxdur və həmin torpaq birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünə bilməz. O ərizə ilə razılaşmır və barışıq sazişinin ərizədə qeyd edilən hissədə təsdiq edilməsindən imtina edilməsini xahiş edir. Əvvəlki məhkəmə baxışı iclasında iştirak edən maraqlı şəxs X14 izahat verərək bildirmişdir ki, o Şəki 1 saylı Mediasiya Təşkilatının mediatorudur. Ərizəçi ilə Maraqlı şəxs1 arasında tam mediasiya prosesi həyata keçirilmiş və 28 oktyabr 2022-ci il tarixdə barışıq sazişi bağlanmaqla mediasiya prosesi yekunlaşmışdır. Tam mediasiya prosesi zamanı barışıq sazişinin şərtləri müəyyən edilərkən sazişdə yer alan əmlaklara dair sənədlər sazişin tərəfləri olan ərizəçi və maraqlı şəxs tərəfindən təqdim edilmişdir. Ərizədə qeyd edilən torpaq sahəsi Daşınmaz əmlakın Dövlət reyestrində 2015-ci ildə qeydiyyata alındığından həmin əmlakın da birgə nikah dövründə əldə edilmiş əmlak olduğunu hesab edərək, həmin əmlakla bağlı da payların bölünməsini barışıq sazişinə əlavə etmişlər. İşin halları Zaqatala şəhər Bələdiyyə Şurasının 05 iyul 2005-ci il tarixli 10 nömrəli qərarından görünür ki, Zaqatala şəhəri Bələdiyyə fondundan kənd təsərrüfatına yararsız 0,05 ha torpaq sahəsinin fərdi tikinti məqsədi ilə Maraqlı şəxs1 satılması və torpaq sahəsinin dəyərinin Maraqlı şəxs1 tərəfindən normativ qiymətlərdən az olmamaq şərti ilə Zaqatala şəhər Bələdiyyəsinin bankdakı hesabına ödəməklə həmin qəbzin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsinə təqdim etməsi qərara alınmışdır. X20 filialı tərəfindən verilmiş 02 avqust 2005-ci il tarixli 30 nömrəli qəbzdən görünür ki, Zaqatala Bələdiyyəsinin hesabına Maraqlı şəxs1 tərəfindən 720000 manat keçirilmişdir. Zaqatala rayon torpaq şöbəsində 15 avqust 2005-ci il tarixdə 129 nömrə ilə qeydiyyata alınmış Zaqatala şəhər Bələdiyyəsinin sədri X9 və Maraqlı şəxs1 iştirakı ilə 03 avqust 2005-ci il tarixdə tərtib edilmiş torpaqların alqı-satqısına dair aktdan görünür ki, Maraqlı şəxs1 Zaqatala şəhər bələdiyyə orqanına xx.xx.2005-ci il tarixdə torpaq satın almaq məqsədi ilə müraciət etmişdir, onun tərəfindən Zaqatala rayon X1 hesabına 720 000 manat haqq ödəmişdir. Qəbz 30, xx.xx.2005. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən verilmiş 15 yanvar 2015-ci il tarixli 15 nömrəli arayışdan görünür ki, Zaqatala Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı qərarı ilə 0,04 ha torpaq sahəsinin Maraqlı şəxs1 həyətyanı məqsədlə satılması nəzərdə tutulmuşdur. Zaqatala Rayon İcra Hakimiyyətinin 16 fevral 2015-ci il tarixli 4/196 nömrəli məktubundan görünür ki, Maraqlı şəxs1 müraciətinə əsasən Zaqatala şəhəri Şimal-qərb yaşayış massivində mülkiyyətində olan torpaq sahəsində inşası başa çatdırılmış fərdi yaşayış evinə yerində baxış keçirilmiş və binada tikinti-quraşdırma işlərinin yekunlaşdırılmış olması, daxili və xarici suvaq işlərinin tamamlanmış olması, tavanı, döşəməsi qapı və pəncərə bloklarının quraşdırılmış olması, daxili bəzək işlərinin aparılmış olması və yaşayış evinin istismara qəbul edilməsi üçün hazır olması müəyyən edilmiş, fərdi yaşayış evinin inşaat norma və qaydalarına, uyğun inşa edildiyi nəzərə alınmaqla Memarlıq və tikinti şöbəsi evin qeydiyyata alınmasına etiraz etməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, reyestr nömrəsi **********28-10301 olan Zaqatala şəhəri Mehdi Hüseynzadə küçəsində 0,04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 81,20 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında xüsusi mülkiyyət kimi Maraqlı şəxs1 adına qeydiyyata alınmışdır. 28 oktyabr 2022-ci il tarixli Barışıq sazişinin 1.3-cü bəndindən görünür ki, mediasiya zamanı tərəflər, X2 etibarnamə əsasında nümayəndəsi, vəkil X16 və X12 mediasiyaya edilən xx.xx.2008-ci il tarixdən birgə nikahda olduqları müddətdə əldə etdikləri əmlakın bölünməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikah dövründə əldə etdikləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın dövlət Reyestri Xidməti, Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışda göstərilən, Maraqlı şəxs1 adına olan, Zaqatala şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən ümumi sahəsi 81.20 kvadratmetr olan fərdi yaşayış evinin və 0,04 hektar ölçüdə torpaq sahəsinin tərəflər arasında bərabər olaraq hər birinə 1/2 hissəsinin ayrılmasına razılığa gəlmişdirlər. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-189/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək iddiaçı X5 ilə cavabdeh Maraqlı şəxs1 arasında 14 noyabr 2008-ci il tarixdə Zaqatala rayon qeydiyyat şöbəsində bağlanmış 308 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 20 aprel 2023-cü il tarixdə verilmiş AZ-İ seriyalı 454048 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs1 ilə X2 nikahı Zaqatala Rayon Məhkəməsinin 2(033)-189/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuş və xx.xx.2023-cü il tarixdə nikaha xitam verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 225.1-ci maddəsinin tələbinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 305.1 və 305.1.17-ci maddələrinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanunu 33.1-ci maddəsinə əsasən Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer; tərəflər haqqında məlumat; mübahisənin predmeti; mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. 33.2-ci maddəsinə əsasən barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. “E.Şahbazovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2021-ci il tarixli qərarı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmələr tərəfindən ərarvadın ümumi əmlakının bölünməsi və ya vərəsəlik qaydasında keçməsi ilə bağlı işlərə baxılarkən, ilk növbədə, həmin əmlakın ər-arvadın birgə nikah dövründə və onların ümumi gəlirləri hesabına əldə olunması məsələsi araşdırılmalı, bu zaman tərəflərin öz tələblərini əsaslandırdığı hallar, etiraz və dəlillər ətraflı müzakirə edilməli, bununla bağlı verilmiş vəsatətlər həll edilərək əsaslandırılmış qərar qəbul edilməlidir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmamalı, barışıq sazişinin təsdiq edilməsindən imtina olunmalıdır. Belə ki, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, ərizəçi Səmədova ( Əfəndiyeva) Şahilə Zülfüqarovna ilə Maraqlı şəxs1 14 noyabr 2008-ci il tarixdə nikaha daxil olmuş və Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2(033)-189/2023 nömrəli qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdə onların nikahlarına xitam verilmişdir. Maraqlı şəxs1 xx.xx.2005-ci il tarixdə torpaq satın almaq məqsədi ilə Zaqatala şəhər yerli özünüidarə etmə orqanına müraciət etmiş və Zaqatala şəhər Bələdiyyə Şurasının 05 iyul 2005-ci il tarixli 10 nömrəli qərarı ilə Zaqatala şəhəri Bələdiyyə fondundan kənd təsərrüfatına yararsız 0,05 ha torpaq sahəsinin dəyəri normativ qiymətlərdən az olmamaq şərti ilə ödənməklə ona satılması qərara alınmışdır. Torpaq sahəsinin dəyəri olan 720000 manat Maraqlı şəxs1 tərəfindən 02 avqust 2005-ci il tarixdə X3 Bank ASC-nin Zaqatala filialında olan bank hesabına ödənmişdir. Zaqatala şəhər Bələdiyyəsinin sədri X9 və Maraqlı şəxs1 iştirakı ilə 03 avqust 2005-ci il tarixdə torpaqların alqı-satqısına dair akt tərtib edilmiş və həmin akt Zaqatala rayon torpaq şöbəsində 15 avqust 2005-ci il tarixdə 129 nömrə ilə qeydiyyata alınmışdır. Zaqatala şəhəri Mehdi Hüseynzadə küçəsində yerləşən həmin torpaq sahəsi üzərində 2015-ci il tarixdə ümumi sahəsi 81,20 kv.m fərdi yaşayış evi tikilmiş və həmin əmlak X7 adına Daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən eyni zamanda müəyyən edilmişdir ki, X7 mülkiyyəti kimi Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış Zaqatala şəhəri Mehdi Hüseynzadə küçəsində yerləşən 0,04 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən 81.20 kvadratmetr olan fərdi yaşayış evinin birgə nikah dövründə əldə edilmiş əmlak kimi Ərizəçi ilə Maraqlı şəxs1 hər birinə 1/2 pay müəyyən edilməklə aralarında ayrılmasını da nəzərdə tutan Şəki 1 saylı Mediasiya Təşkilatının mediatoru X10 iştirakı ilə 28 oktyabr 2022-ci il tarixli barışıq sazişi bağlanılmışdır. İddiaçı Səmədova (Əfəndiyeva) Şahilə Zülfüqarovna ərizə ilə müraciət edərək Şəki 1 saylı Mediasiya Təşkilatının mediatoru X14 tərəfindən təsdiq edilmiş, 28 oktyabr 2022-ci il tarixli “Barışıq sazişi” nin məcburi icrası üçün, həmin sazişin Maraqlı şəxs1 adına olan, Zaqatala şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 0,04 hektar ölçüdə torpaq sahəsinin tərəflər (X5 və Maraqlı şəxs1) arasında bərabər olaraq hər birinə 1/2 hissəsində ayrılması (bölünməsi)” hissəsinin təsdiq edilməsini xahiş etmişdir. Maraqlı şəxs1 ərizədə qeyd edilənlərlə razılaşmayaraq ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə ərizədə göstərilən tələblə bağlı dəyərləndirmə apararaq bu qənaətə gəlir ki, mülki iş üzrə tərəflər arasında 28 oktyabr 2022-ci il tarixdə bağlanmış və Şəki 1 saylı Mediasiya Təşkilatının mediatoru X14 tərəfindən təsdiq edilmiş Barışıq sazişinin 1.3-cü bəndi qanuna zidd olduğundan barışıq sazişinin həmin hissəsinin təsdiqindən imtina edilməlidir. Belə ki, Maraqlı şəxs1 adına Daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış Zaqatala şəhəri Mehdi Hüseynzadə küçəsində yerləşən ümumi sahəsi 81,20 kv.m fərdi yaşayış evi Ərizəçi ilə maraqlı şəxsin birgə nikahları dövründə inşa edilməsinə baxmayaraq həmin fərdi yaşayış evinin yerləşdiyi 0,04 ha torpaq sahəsi Maraqlı şəxs1 tərəfindən ərizəçi ilə nikaha daxil olmazdan əvvəl, yəni 2005-ci il tarixdə əldə edildiyindən torpaq sahəsi ərizəçi ilə Maraqlı şəxs1 ümumi birgə mülkiyyəti sayıla bilməz və həmin əmlakın birgə nikah dövründə əldə edilmiş əmlakların siyahısına əlavə edilməklə bölünməsi Maraqlı şəxs1 qanunla qorunan mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsində tələblərinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılması göstərilsə də elə həmin maddədə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyaların, qiymətli kağızların və sair ər-arvadın ümumi birgə mülkiyyətinə daxil olması qeyd edilmişdir. Azərbaycan Respublikasının mülki qanunvericiliyində də ərlə arvadın birgə nikah dövründə qazandıqları əmlakın onların ümumi mülkiyyəti olması göstərilmişdir. İş materiallarından da görünür ki, Zaqatala şəhəri Mehdi Hüseynzadə küçəsində yerləşən 0,04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin dəyəri tərəflər nikaha daxil olmazdan (14 noyabr 2008-ci il) əvvəl, yəni 02 avqust 2005-ci il tarixdə Maraqlı şəxs1 tərəfindən X3 Bank ASC-nin Zaqatala filialında olan bank hesabına ödənilmiş, 03 avqust 2005-ci il tarixdə torpaqların alqı-satqısına dair akt tərtib edilmiş və həmin akt Zaqatala rayon torpaq şöbəsində 15 avqust 2005-ci il tarixdə 129 nömrə ilə qeydiyyata alınmışdır. Ərizəçi tərəfindən isə iddia predmeti olan daşınmaz əmlakın maraqlı şəxslə onun ümumi gəlirləri hesabına əldə edilməsinə dair sübut təqdim edilməmişdir. Bundan başqa, məhkəmənin qənaətinə görə Zaqatala şəhəri Mehdi Hüseynzadə küçəsində yerləşən torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinin X7 adına Daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2015-ci il tarixdə, yəni tərəflər birgə nikahda olduqları vaxtda ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınması əsas vermir ki, həmin torpaq sahəsi ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən əmlak hesab edilsin. Məhkəmə hesab edir ki, mübahisələndirilən torpaq sahəsi tərəflərin ümumi gəlirləri hesabına əldə edilmədiyindən həmin əmlak xx.xx.2008 və xx.xx.2023-cü illər ərzində ərarvad olmuş tərəflərin ümumi birgə mülkiyyətlərinə daxil deyil və həmin əmlak nikaha daxil olanadək Maraqlı şəxs1 məxsus olan əmlak olmaqla onun ayrıca tam mülkiyyətindədir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməməli, ərizəçi Səmədova (Əfəndiyeva) Şahilə Zülfüqarovna ilə Maraqlı şəxs1 arasında bağlanmış və Şəki 1 saylı Mediasiya Təşkilatının mediatoru X14 tərəfindən təsdiq edilmiş 28 oktyabr 2022-ci il tarixli Barışıq sazişinin 1.3-cü bəndində nəzərdə tutulan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın dövlət Reyestri Xidməti, Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışda göstərilən, Maraqlı şəxs1 adına olan 0,04 hektar ölçüdə torpaq sahəsinin tərəflər arasında bərabər olaraq hər birinə 1/2 hissəsinin ayrılması (bölünməsi) hissəsində təsdiq edilməsindən imtina edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ərizə ilə bağlı dövlətə ödədiyi 100 manat məbləğində dövlət rüsumu xərci ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi Ərizəçi Səmədova (Əfəndiyeva) Şahilə Zülfüqarovnanın maraqlı şəxslər Maraqlı şəxs1 və Şəki 1 saylı Mediasiya Təşkilatının mediatoru X11 qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin bir hissəsinin təsdiq edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Ərizəçi Səmədova (Əfəndiyeva) Şahilə Zülfüqarovna ilə Maraqlı şəxs1 arasında bağlanmış və Şəki 1 saylı Mediasiya Təşkilatının mediatoru X14 tərəfindən təsdiq edilmiş 28 oktyabr 2022-ci il tarixli Barışıq sazişinin 1.3-cü bəndində nəzərdə tutulan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın dövlət Reyestri Xidməti, Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışda göstərilən, Maraqlı şəxs1 adına olan 0,04 hektar ölçüdə torpaq sahəsinin tərəflər arasında bərabər olaraq hər birinə 1/2 hissəsinin ayrılması (bölünməsi) hissəsində təsdiq edilməsindən imtina edilsin. Ərizəçi Səmədova (Əfəndiyeva) Şahilə Zülfüqarovna tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov
Məhkəmə qərarları › İş №e-2(033)-759/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-759/2023
25.07.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver