Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-772/2023 27.09.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Bazar kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh 5900 (beş min doqquz yüz) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2022-ci ilin sentyabr ayında Zaqatala rayonu, Bazar kənd sakini Cavabdeh “Mersedes” markalı 90-ZB- 452 dövlət qeydiyyat nişanlı avtomobili hissə-hissə ödəmək şərti ilə 10000 manata satmışdır. Aralarında olan razılaşmaya görə Cavabdeh ona həmin pulu 2023-cü ilin may ayınadək ödəməyə söz vermişdir, lakin cavabdeh bu günə qədər ona 5900 manat pulu ödəməmişdir. O, dəfələrlə cavabdehdən qalan pulu verməsini xahiş etsə də cavabdeh hər dəfə müxtəlif bəhanələrlə pulu ödəmir. Cavabdeh pulu xoşluqla ödəmədiyinə görə məhkəməyə müraciət edərək həmin pulu cavadehdən tələb etmək məcburiyyətində qalmışdır. Bu mübahisə ilə bağlı polis şöbəsində araşdırma aparılmış, araşdırma zamanı cavabdeh borcunu etiraf etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, Zaqatala Rayon Polis Şöbəsində araşdırılma aparılarkən cavabdehin ona 7100 manat borcu olmuş, lakin sonradan o 1200 manatı ödədiyindən hazırda cavabdehin ona 5900 manat borcu vardır. Məhkəmə hazırlıq iclası zamanı Cavabdeh izahat verərək göstərmişdir ki, həqiqətən də İddiaçı məxsus maşını 10000 manata nisyə almışdır. Maşını aldığı vaxt onun dəyərini hissə-hissə olmaqla 2023-cü ilin may ayınadək ödəməyi öhdəsinə götürmüşdür. Maşının dəyərinin bir hissəsini ödəmiş, lakin qalıq qalan 7100 manat hissəni ödəməmişdir. Bundan sonra iddiaçı Polis Şöbəsinə müraciət etmiş və həmin müraciətdən sonra o əlavə olaraq 1200 manat iddiaçıya ödəmişdir. Hazırda onun İddiaçı borcu var, lakin onu bir dəfəyə ödəmək imkanı yoxdur. Məhkəmədən əvvəl də iddiaçı ilə qalıq borcun hissə-hissə ödənilməsi ilə bağlı razılığa gəlməyə çalışdığını o bildirmişdir. İşin halları xx.xx.2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla müəyyən edilmiş hallardan görünür ki, Cavabdeh 2022-ci ilin sentyabr ayında Zaqatala rayonu Mamrux kənd sakini İddiaçı “Mersedes” markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobili 2022-ci ilin oktyabr ayında 400, noyabr ayında 400, dekabr ayında 2000, 2023-cü ilin yanvar ayında 400, fevral ayında 4000, mart ayında 400, aprel ayında 400 və may ayında 2000 manat olmaqla hissə-hissə ödəmək şərti ilə ümumilikdə 10000 manata almışdır. Lakin Cavabdeh bu günə qədər İddiaçı 2920 manat pul ödəmişdir. Hal-hazırda Cavabdeh İddiaçı 7100 manat borcu vardır. Cavabdeh xx.xx.2023-cü il tarixdə təxminən saat 14:00 radələrində İddiaçıla birlikdə “Mersedes” markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zaqatala şəhərində yerləşən “Modern” hazırlıq kursuna getmiş və avtomobili küçədə saxlayıb “Modern” hazırlıq kursuna daxil olmuşdur. Həmin vaxt sərnişin qismində avtomobildə əyləşmiş İddiaçı açarı üzərində olan “Mersedes” markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək “Modern” hazırlıq kursunun qarşısından uzaqlaşıb yaxınlıqdakı mağazaya özü üçün siqaret almağa getmişdir. Həmin vaxt Cavabdeh ödənişi vaxtıvaxtında ödəyə bilmədiyi üçün İddiaçı “Mersedes” markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırdığını düşünərək DİN-in “102” xidmətinə avtomobilinin qaçırıldığı barədə məlumat vermiş və ardınca dərhal rayon polis şöbəsinə yaxınlaşıb ərizə ilə müraciət etmişdir. İddiaçı müraciətlərindən sonra həmin gün Cavabdeh avtomobili qaytarmışdır. Həmin qərarda qeyd edilmiş Cavabdeh izahatından görünür ki, o, 2022-ci ilin sentyabr ayında Zaqatala rayonu Mamrux kənd sakini İddiaçı “Mersedes” markalı **-ZB- *** dövlət qeydiyyat nişanlı avtomobili hissə-hissə ödəmək şərti ilə 10000 manata almışdır. Aralarında olan razılığa görə o, Elmana 2022-ci ilin oktyabr ayında 400, noyabr ayında 400, dekabr ayında 2000, 2023-cü ilin yanvar ayında 400, fevral ayında 4000, mart ayında 400, aprel ayında 400 və may ayında 2000 manat olmaqla ümumilikdə 10000 manat pulu ödəməyə söz vermişdir. Lakin maddi vəziyyəti ilə bağlı o, bu günə qədər Elmana 2920 manat pul ödəyə bilmişdir. Hal-hazırda onun Elmana 7100 manat borcu vardır. xx.xx.2023cü il tarixdə təxminən saat 13:00 radələrində o, Zaqatala şəhərində Elmanla görüşmüş və Elmana avtomobilin ödənişinin qalan hissəsini xx.xx.2023-cü il tarixdə ödəyəcəyini bildirmişdir. Elman həmin vaxt narazılıq etmiş və buna görə aralarında söz-söhbət olmuşdur. Sonra o, həmin gün təxminən saat 14:00 radələrində Elmanla birlikdə “Mersedes” markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Zaqatala şəhərində yerləşən “Modern” hazırlıq kursuna getmişdir. O, avtomobilini küçədə saxlayıb “Modern” hazırlıq kursuna daxil olmuşdur. Həmin vaxt sərnişin qismində avtomobildə əyləşmiş Elman açarı üzərində olan “Mersedes” markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək “Modern” hazırlıq kursunun qarşısından uzaqlaşmışdır. O, həmin vaxt ödənişi vaxtı-vaxtında ödəyə bilmədiyi üçün Elmanın “Mersedes” markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırdığını düşünmüş və zəng vurub Elmandan avtomobil ilə hara getdiyini soruşmadan DİN-in “102” xidmətinə müraciət edərək avtomobilinin qaçırıldığı barədə məlumat vermişdir. Müraciətindən sonra o, Elmanın avtomobili qaçırmadığını, Elmanın avtomobil ilə yaxınlıqdakı marketə siqaret almağa getdiyini bilmişdir. O, izahatında hal-hazırda avtomobilin özündə olduğunu, İddiaçı 7100 manat borcu qaldığını, həmin borcu 2023-cü ilin iyul ayına qədər Elmana ödəyəcəyini, “Mersedes” markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobili Elmandan alarkən Elmanın ona etibarnamə verdiyini, həmin etibarnamə əsasında həmin avtomobili tanışı X5 adına keçirdiyini, Səmidin isə ona həmin avtomobili idarə etmək üçün etibarnamə verdiyini göstərmişdir. Onun heç bir şikayəti tələbi yoxdur. X2 adından İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ƏN-Vİİİ seriyalı 541936 nömrəli Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, X4 mülkiyyətində olan 1998-ci il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 230” markalı minik avtomobilini Cavabdeh sürücülük hüququ olduqda idarə etməyi, bağışlamağı, ipoteka qoymağı, sərəncam verməyi və digər hərəkətlər etməyi, qeydiyyata salmağı, qeydiyyatdan çıxarmağı, ərizə verməyi etibar etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.2-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu 9.1 və 9.1.20-ci maddələrinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər Dövlət rüsumu ödəməkdən azad olunurlar Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olundu ki, 2022-ci ilin sentyabr ayında İddiaçı ilə Cavabdeh arasında iddiaçının sərəncamında olan “Mersedes” markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobilin nisyə alqı satqısını dair razılaşma olmuşdur. Həmin razılaşmaya əsasən iddiaçı Elman X1 mülkiyyəti kimi qeydə alınmış və öz sərəncamında olan “Mersedes” markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh oğlunun sərəncamına verməyi, cavabdeh isə həmin avtomobilin dəyəri olan 10000 manatı hissəhissə oktyabr ayında 400, noyabr ayında 400, dekabr ayında 2000, 2023-cü ilin yanvar ayında 400, fevral ayında 4000, mart ayında 400, aprel ayında 400 və may ayında 2000 manat olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixədək “Mersedes” markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə verilərək həmin avtomobil faktiki olaraq cavabdehin sərəncamına verilmişdir. Razılaşmanın digər tərəfi olan Cavabdeh avtomobilin dəyəri olan 10000 manatın bir hissəsi olan 2920 manatı ödəmiş və həmin məbləğin digər hissəsini ödəmədiyindən iddiaçı Zaqatala Rayon Polis Şöbəsinə müraciət etmişdir. İddiaçının müraciəti Zaqatala Rayon Polis Şöbəsində araşdırılarkən Cavabdeh iddiaçıya 7100 manat borcu olduğu müəyyən edilmiş və bu hal xx.xx.2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda öz təsdiqini tapmışdır. Sonradan cavabdeh iddiaçıya olan borcundan 1200 manat hissəsini də ödəmişdir. Hazırda 2022-ci ilin sentyabr ayında cavabdehlə aralarında olan şifahi razılaşma əsasında cavabdehin iddiaçıya 5900 manat borcu qalmışdır. İddiaçı hazırki iddia tələbi ilə müraciət edərək cavabdehlə aralarında olan şifahi razılaşmaya (nisyə alqı-satqı müqaviləsi) əsasən cavabdeh tərəfindən “Mersedes” markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan və ona ödənilməli olan 10000 manat pul vəsaitinin ödənməmiş hissəsi olan 5900 manatın cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Zaqatala Rayon Polis Şöbəsində və məhkəmə hazırlıq iclasında Cavabdeh 2022-ci ilin sentyabr ayında iddiaçı ilə aralarında şifahi razılaşma olduğunu və həmin razılaşma üzrə iddiaçı qarşısında 5900 manat borcunun olduğunu bildirmişdir. Göründüyü kimi, İddiaçı tərəfindən Cavabdeh sərəncamına “Mersedes” markalı **- ZB-*** dövlət qeydiyyat nişanlı avtomobil verilərək 2022-ci ilin sentyabr ayında aralarında bağlanmış razılaşma (şifahi alqı-satqı müqaviləsi) üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində razılaşmada şərtləndirildiyi qaydada aylıq ödənişləri vaxtında ödəməmiş, müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də, İddiaçı qalıq qalmış borcun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia təmin edilsin. Cavabdeh 5900 (beş min doqquz yüz) manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-772/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-772/2023
27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver