Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-772/2024 21.10.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, Ərizəçi Maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının səlahiyyətli nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 11 may 1996-cı il tarixdə Zaqatala rayonu, Dağlı kəndində doğulmuş və yaşayan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 11 may 1996-cı il tarixdə Zaqatala rayonu Dağlı kəndində doğulmuş X7 onun doğma oğludur. O, anadangəlmə xəstədir, görmə əngəlli birinci qrup əlildir. X7 xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətləri üzərində rəhbərlik edə bilmir, iş qabiliyyəti yoxdur. O, kənar şəxsin baxım və köməyinə ehtiyac tələb edən “Torlu qişanın anadangəlmə distsafiyası” diaqnozu ilə ciddi davranış pozuntulu, çox ağır əqli geriliyi olan, qulluq tələb edən, davranış pozuntulu özünə qulluq qabiliyyəti olmayan, kənar şəxslərin qulluğuna ehtiyaclı 1-ci dərəcə əlilliyi olan şəxsdir. Oğluna o baxır, onun himayəsindədir, onun hər bir qayğısını o çəkir. Oğlu gözdən əlil olduğu üçün, eyni zamanda əqli geriliyi olduğu üçün özü yemək yeyə bilmir, özü paltarını soyunub-geyinə bilmir, özü sərbəst hərəkət edə bilmir, köməksiz heç bir şey edə bilmir. Buna görə də qərara gəlmişdir ki, onun üzərində qəyyum təyin etdirsin. Bunun üçün əvvəlcə şəxs məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməlidir. Ərizəyə əlavə etdiyi sənədlərdən görünür ki, xəstə X7 birinci qrup əlildir, onun himayəsində yaşayır və baxıma ehtiyacı vardır. Məhkəmə işə baxarkən xəstənin fəaliyyət qabiliyyətli olub-olmaması barədə ekspertiza təyin etməlidir. Ərizəyə qarşı etirazın dəlilləri Ərizəyə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizəsinin dəlillərinə uyğun izahat verdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının səlahiyyətli nümayəndəsi X8 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. İşin halları İş materiallarında olan Zaqatala rayonu Əlibayramlı kənd İƏD üzrə icra nümayəndəliyində qeyd edilmiş 31 may 1996-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 11 may 1996-cı ildə doğulmuş X4 atası X1, anası X9r. İş materiallarında olan 052013 saylı vəsiqənin surətindən görünür ki, X7 birinci qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş müraciət vərəqəsindən görünür ki, X7 barəsində birinci dərəcəli gözdən əlilliyə görə Prezident təqaüdü təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əldə edilmiş xx.xx.2024-cü il tarixli sosial müavinətlər və təqaüd haqqında arayışdan görünür ki, sonuncu olaraq xx.xx.2024-cü il tarixdən başlayaraq X7 barəsində ümumi səbəbdən birinci dərəcəli əlilliyə görə Azərbaycan Respublikası Prezident təqaüdü müəyyən edilmişdir. İş materiallarında olan Zaqatala rayon X2 X10 Poliklinikanın 04 iyun 2024-cü il tarixli 387 saylı arayışından görünür ki, X7 psixiatrik və göz xəstəlikləri kabinetində qeydiyyatdadır. Diaqnozu ağır dərəcəli əqli gerilik, anadan gəlmə görmə sinirinin atrofiyasıdır. İş materiallarına olan Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin 16 saylı Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-01 N 000236 saylı arayışından görünür ki, X7 torlu qişanın anadangəlmə distrofiyası diaqnozu ilə xəstədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə psixiatrik ekspertiza mərkəzi” X14 X11 Şöbəsinin ambulator məhkəmə psixiatrik ekspertizasının 20 avqust 2024-cü il tarixli 599 saylı rəyindən görünür ki, X7 orta dərəcəli əqli gerilik, davranış pozuntusu ilə XTB-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xəstəliyindən əziyyət çəkir. X7 orta dərəcəli əqli gerilik, davranış pozuntusu ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F 71.1 xəstəliyi keçirməsi səbəbindən öz hərəkətlərini dərk etmək və iqtidarında deyildir. O, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikası Mülki Məcəlləsi 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında ərizəçinin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, 11 may 1996-cı il tarixdə Zaqatala rayonu, Dağlı kəndində doğulmuş X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək, öz hərəkətlərinə rəhbərlik edə bilmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X5 anası iş üzrə ərizəçi olan Ərizəçi himayədarlıq edir. X4 fəaliyyət qabiliyyəti olmayan hesab olunması ilə bağlı ekspert komissiyasının da müvafiq rəyi vardır. Ərizəçi övladının psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 11 may 1996-cı il tarixdə Zaqatala rayonu, Dağlı kəndində doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi Ərizəçi ərizəsi təmin edilsin. 11 may 1996-cı il tarixdə doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-772/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-772/2024
21.10.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver