Məhkəmə qərarları › İş №e-2(033)-783/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-783/2025

26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-783/2025 26.05.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını Zaqatala Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək aşağıdakıları müəyyən etdi: İddia tələbinin dəlilləri İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra -"xxxx" MMC) kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA2 İL (KONTAKT) xidməti, PAKET L xidməti, İMEİ KODU **********71085 XİAOMİ REDMİ NOTE 13 markalı telefon üçün 508.96 (beş yüz səkkiz manat,96 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 50.90 (əlli manat, 90 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, ZƏMANƏT + 3 İL xidməti, GENERATOR TOTAL üçün 341.40 (üç yüz qırx manat, 40 qəpik) manat ödənilməmiş hissə, 34.14 (otuz dörd manat, 14 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA2 İL (KONTAKT) xidməti, Paket M xidməti, İMEİ KODU **********17051 OPPO A18 markalı telefon almış üçün 242.60 (iki yüz qırx iki manat, 60 qəpik) manat ödənilməmiş hissə, 24.26 (iyirmi dörd manat, 26 qəpik) manat cərimə Ümumilikdə 1225.86 manat borc, 32.26 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, QİZİL ZƏMANƏT ULTRA2 İL (KONTAKT) xidməti, PAKET L xidməti, İMEİ KODU **********71085 XİAOMİ REDMİ NOTE 13 markalı telefon, ZƏMANƏT + 3 İL xidməti, GENERATOR TOTAL, QİZİL ZƏMANƏT ULTRA2 İL (KONTAKT) xidməti, Paket M xidməti, İMEİ KODU **********17051 OPPO A18 markalı telefon almış və nəticədə 1225.86 (min iki yüz iyirmi beş manat, 86 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 558.96 (beş yüz əlli səkkiz manat, 96 qəpik) manat (12 ay x 46.58 manat + 0 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA 2 İL (KONTAKT) xidməti, PAKET L xidməti, İMEİ KODU **********71085 XİAOMİ REDMİ NOTE 13 markalı telefon üçün ümumilikdə, 583.46 (beş yüz səksən üç manat,46 qəpik) manat olmaqla ondan, 508.96 (beş yüz səkkiz manat,96 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 50.90 (əlli manat, 90 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 409.68 (dörd yüz doqquz manat, 68 qəpik) manat (18 ay x 22.76 manat + 0 manat ilkin ödəniş) olan ZƏMANƏT + 3 İL xidməti, GENERATOR TOTAL üçün ümumilikdə, 375.54 (üç yüz yetmiş beş manat, 54 qəpik) manat olmaqla ondan, 341.40 (üç yüz qırx bir manat, 40 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 34.14 (otuz dörd manat, 14 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 397.80 (üç yüz doxsan yedi manat,80 qəpik) manat (18 ay x 22.10 manat + 0 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA 2 İL (KONTAKT) xidməti , Paket M xidməti, İMEİ KODU **********17051 OPPO A18 markalı telefon almış üçün ümumilikdə, 266.86 (iki yüz altmış altı manat,86 qəpik) manat olmaqla ondan, 242.60 (iki yüz qırx iki manat, 60 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24.26 (iyirmi dörd manat, 26 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 273.48 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışıqları, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir. İşin halları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03678477 nömrəli xx.xx.2024-cü il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə 558.96 manat məbləğində QİZİL ZƏMANƏT ULTRA2 İL (KONTAKT) xidməti, PAKET L xidməti, İMEİ KODU **********71085 XİAOMİ REDMİ NOTE 13 markalı telefon almış, ilkin ödəniş etmədən sonra onun dəyərini 12 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli əşyaların təhvil təslim aktından görünür ki, Cavabdeh 03678477 nömrəli xx.xx.2024-cü il tarixli müqavilənin predmeti olan əşya təhvil verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03525640 nömrəli xx.xx.2024-cü il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə 409.68 manat məbləğində ZƏMANƏT + 3 İL xidməti, GENERATOR TOTAL almış, onun dəyərini ilkin ödəniş etmədən 18 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, 03525640 nömrəli xx.xx.2024-cü il tarixli müqavilənin predmeti olan əşya təhvil verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 00141817 nömrəli xx.xx.2024-cü il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə 397.8 manat məbləğində QİZİL ZƏMANƏT ULTRA2 İL (KONTAKT) xidməti , Paket M xidməti, İMEİ KODU **********17051 OPPO A18 markalı telefon almış, onun dəyərini ilkin ödəniş etmədən 18 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, 00141817 nömrəli xx.xx.2024-cü il tarixli müqavilənin predmeti olan əşya təhvil verilmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin tərkib hissəsi olan ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. 14 aprel 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-nə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 508.96 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 manat rüsum, 50.90 manat cərimə borcu olmaqla cəmi 583.46 manat borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 341.4 manat əsas borc, 34.14 manat cərimə borcu olmaqla cəmi 375.54 manat borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 242.6 manat əsas borc, 24.26 manat cərimə borcu olmaqla cəmi 266.86 manat borcu ümumilikdə 1225.86 manat borcu vardır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə öhdəliklərin icrasını gecikdirmiş və həmin müqavilələr üzrə öhdəlikləri yerinə yetirmədiyi halda aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdar edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 598.2-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olundu ki, 03678477 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 558.96 manat məbləğində QİZİL ZƏMANƏT ULTRA2 İL (KONTAKT) xidməti, PAKET L xidməti, İMEİ KODU **********71085 XİAOMİ REDMİ NOTE 13 markalı telefonu, 03525640 nömrəli xx.xx.2024cü il tarixli müqaviləyə əsasən dəyəri409.68 manat məbləğində ZƏMANƏT + 3 İL xidməti, GENERATOR TOTAL , 00141817 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən dəyəri 397.8 manat məbləğində QİZİL ZƏMANƏT ULTRA2 İL (KONTAKT) xidməti , Paket M xidməti, İMEİ KODU **********17051 OPPO A18 markalı telefon alıcıya vermiş, Cavabdeh isə onları qəbul edib, avadanlıqların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələrə əlavə olan ödəniş cədvəlinin 2-ci bəndinə əsasən alıcı ödənişini gecikdirdiyi halda, hər gün üçün gecikdirilən məbləğin 1 faizədək həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh, 03678477 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 558.96 manat məbləğində QİZİL ZƏMANƏT ULTRA2 İL (KONTAKT) xidməti, PAKET L xidməti, İMEİ KODU **********71085 XİAOMİ REDMİ NOTE 13 markalı telefonu, 03525640 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən dəyəri409.68 manat məbləğində ZƏMANƏT + 3 İL xidməti, GENERATOR TOTAL , 00141817 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən dəyəri 397.8 manat məbləğində QİZİL ZƏMANƏT ULTRA2 İL (KONTAKT) xidməti , Paket M xidməti, İMEİ KODU **********17051 OPPO A18 markalı telefon verilərək 03678477 nömrəli xx.xx.2024-cü il tarixli, 03525640 nömrəli xx.xx.2024-cü il tarixli və 00141817 nömrəli xx.xx.2024-cü il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində 03678477 nömrəli xx.xx.2024-cü il tarixli, 03525640 nömrəli xx.xx.2024-cü il tarixli və 00141817 nömrəli xx.xx.2024-cü il tarixli müqavilələrin əlavəsi olan ödəniş cədvəlinə əsasən aylıq ödənişləri vaxtında ödəməmiş, müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qalıq qalmış əsas borcun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 03678477 nömrəli xx.xx.2024-cü il tarixli müqavilə üzrə 508.96 manat, 03525640 nömrəli xx.xx.2024-cü il tarixli müqavilə üzrə 341.4 manat, 00141817 nömrəli xx.xx.2024-cü il tarixli müqavilə üzrə 242.6 manat məbləğində əsas borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmənin qənaətinə görə borclu öhdəliyini lazımınca icra etmədiyindən, o cümlədən müəyyənləşdirilmiş müddətdə öhdəliyinin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etdiyindən, iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə 03678477 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 50.90 manat cərimənin, 03525640 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 34.14 manat cərimənin, 00141817 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 24.26 manat cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia ərizəsi qeyd edilən hissədə qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Qanunvericinin cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğunu nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı 03678477 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 50.90 manat cərimə qismən 5 manat həddində, 03525640 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 34.14 manat cərimə qismən 3 manat həddində, 00141817 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 24.26 manat cərimə qismən 2 manat həddində təmin edilməlidir. İddia tələbinin İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.6 (iyirmi üç manat altmış qəpik) manat rüsumun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd edir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığından və məhz borclunun müqavilə üzrə öhdəliklərin icrasından yayınmasına görə İnnovativ Layihələr Mərkəzi Rüsumu qoyulduğundan iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 03678477 nömrəli xx.xx.2024-cü il tarixli müqavilə üzrə 508.96 (beş yüz səkkiz manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 5 (beş) manat cərimə olmaqla cəmi 537.56 (beş yüz otuz yeddi manatəlli altı qəpik) manat, 03525640 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 341.4 (üç yüz qırx bir manat qırx ) manat ödənilməmiş hissə 3 (üç) manat cərimə borcu olmaqla cəmi 344.4 (üç yüz qırx dörd manat qırx qəpik) manat, 00141817 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 242.6 (iki yüz qırx iki manat altmış qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə borcu olmaqla cəmi 244.6 (iki yüz qırx dörd manat altmış qəpik) manat olmaqla, ümumilikdə 1126.56 (bir min bir yüz iyirmi altı manat əlli altı qəpik) manat borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Cavabdeh 32.26 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməli, 2.93 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh oğlundan 03678477 nömrəli xx.xx.2024-cü il tarixli müqavilə üzrə 508.96 (beş yüz səkkiz manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 5 (beş) manat cərimə olmaqla cəmi 537.56 (beş yüz otuz yeddi manatəlli altı qəpik) manat, 03525640 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 341.4 (üç yüz qırx bir manat qırx ) manat ödənilməmiş hissə 3 (üç) manat cərimə borcu olmaqla cəmi 344.4 (üç yüz qırx dörd manat qırx qəpik) manat, 00141817 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 242.6 (iki yüz qırx iki manat altmış qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə borcu olmaqla cəmi 244.6 (iki yüz qırx dörd manat altmış qəpik) manat olmaqla, ümumilikdə 1126.56 (bir min bir yüz iyirmi altı manat əlli altı qəpik) manat borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh iddia ərizəsinin verilməsi üçün ödənilmiş 32.26 (otuz iki manat iyirmi altı qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. 1.93 (bir manat doxsan üç qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zərifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar