Məhkəmə qərarları › İş №e-2(033)-825/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-825/2023

20.12.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-825/2023 20.12.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X4 katibliyi, ərizəçi X5, onun nümayəndəsi və vəkili Nümayəndə1 və maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanının nümayəndəsi Nümayəndə3 iştirakları ilə, ərizəçi X5 maraqlı şəxs Zaqatala rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayə Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi X11 maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanına qarşı ərizə ilə müraciət edərək xx.xx.1987-ci il tarixli X6 fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə Zaqatala rayonu, Əlibayramlı kəndində yaşayır. xx.xx.1987-ci il tarixdə X12 adlı övladı anadan olmuşdur. Övladı anadangəlmə qüsurludur. Əqli cəhətdən geri qalmışdır. Övladına "uşaq serebral iflici sağ tərəfi, hemiglegiya, motor afaziya diaqnozu" qoyulmuşdur. Əmək qabiliyyəti yoxdur. 1-ci qrup əlildir. Hal-hazırda övladının 36 yaşı var. Övladı yetkinlik yaşına çatana qədər qanuni nümayəndəsi olaraq bütün hüquq və vəzifələr onun tərəfindən həyata keçirilirdi. Yetkinlik yaşına çatdığı üçün hüquq və vəzifələrinin həyata keçirilməsində iştirak edə bilmir. Bunun üçün övladı fəaliyyət qabiliyyəti olmayan hesab edilməli və onun üzərində qəyyum təyin olunmalıdır. Bunun üçün övladının fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına dair ərizə ilə məhkəməyə müraciət edir. Ərizəyə qarşı etirazın dəlilləri Ərizəyə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclası zamanı ərizəçi X5 nümayəndəsi və vəkili Nümayəndə1 ərizəni müdafiə edərək ərizənin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, bununla bağlı ekspertiza da təyin olunmuşdur və ekspert rəyi ilə də şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi müəyyən edilmişdir. Hesab edir ki, X1 şəxsin köməyinə ehtiyacı vardır. Hesab edir ki, onun üzərində qəyyum təyin olunmalıdır. Ərizə əsaslıdır. Ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı ərizəçi X11 ərizəni müdafiə edərək nümayəndəsinin dedikləri ilə razı olduğunu, uşağa özünün baxdığını, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanının nümayəndəsi Nümayəndə3 izahat verərək göstərdi ki, iş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X14 X18 X15 tərəfindən keçirilmiş psixiatrik ekspertizasının rəyi ilə tanış olmuşdur və 18 fevral 1987-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə etiraz etmir. İşin halları AZE № 15184726 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X12 xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. Zaqatala rayonu Əlibayramlı kənd soveti tərəfindən 26 mart 1987-ci il tarixdə verilmiş 16 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1987-ci il tarixdə Zaqatala rayonu, Əlibayramlı kəndində doğulmuşdur. 18 fevral 1987-ci il təvəllüdlü X6 atası X11, anası isə X13r. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli məlumatına əsasən X9 xx.xx.2014-cü il tarixində uşaq serebral iflici sağ tərəfli, hemiplegiya, motor afaziya diaqnozu ilə birinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X14 X18 X8 28 sentyabr 2023-cü il tarixli, 623 nömrəli rəyində göstərilmişdir ki, yoxlanılan şəxs X7 halhazırda YÜNGÜL DƏRƏCƏLİ KƏMAGİLLİQ (İFADƏ OLUNMUŞ DEBİLLİK SƏVİYYƏSİNDƏ), DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F70.1 müəyyən edilir. Bunu mülki iş materialları, həmin mülki işindəki tibbi sənədlər (TSEK-dən verilmiş xx.xx.2014-cü il tarixli şəhadətləndirilmə aktı), anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (ekspertiza zamanı bələdliyinin zamana, məkana və öz şəxsiyyətinə görə bir qədər pozulması, yaddaşının zəifləməsi, təfəkküründə konkretliyə meyillilik müşahidə edilməsi, oxumaq, yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını düzgün aparsa da daha mürəkkəb hesablama əməliyyatlarında (vurma və bölmə əməliyyatları) səhvlər etməsi, maraq dairəsinin nisbətən daralması, kəskin psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar edilməməsi, adi məişət problemlərini sərbəst həll etmək qabiliyyətində olması, özünü bir qədər gərgin aparması, emosiya və affektiv reaksiyalarının nisbətən davamsız olması, intellektinin inkişafdan yüngül geri qalması və şəxsiyyətində yüngül qüsur aşkar olunması, İQ=52% və s.) sübut edir. Ekspert psixiatr mülki iş materiallarının, həmin mülki işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırki ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: X2 YÜNGÜL DƏRƏCƏLİ KƏMAĞİLLİQ (İFADƏ OLUNMUŞ DEBİLLİK SƏVİYYƏSİNDƏ), DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F70.1 xəstəliyi aşkar edilir. X3 YÜNGÜL DƏRƏCƏLİ KƏMAĞİLLİQ (İFADƏ OLUNMUŞ DEBİLLİK SƏVİYYƏSİNDƏ), DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F70.1 xəstəlik uşaq yaşlarından etibarən meydana gəlmişdir. X12 psixi vəziyyətinə görə öz hərəkətinin mənasını dərk etmək və onu idarə etmək iqtidarında deyildir. X12 hal-hazırda FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN şəxs hesab edilə bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, 18 fevral 1987-ci il tarixdə anadan olmuş X12 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək, öz hərəkətlərinə rəhbərlik edə bilmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X9 atası olan iş üzrə ərizəçi X11 himayədarlıq edir. Ərizəçi X11 ərizə ilə məhkəməyə müraciət edərək X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini tələb edir. Göründüyü kimi, X12 psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X6 fəaliyyət qabiliyyəti olmayan hesab olunması ilə bağlı ekspert komissiyasının da müvafiq rəyi vardır. X6 atası olan hazırki iş üzrə ərizəçi onun psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 18 fevral 1987-ci il tarixdə Zaqatala rayonu Əli Bayramlı kəndində doğulmuş və orada yaşayan X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Bundan başqa, ərizəçi ərizəsi ilə əlaqədar dövlətə ödədiyi dövlət rüsumunu tələb etmədiyindən həmin rüsum xərci özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə ərizəçinin tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, ərizə təmin edilməli, 18 fevral 1987-ci il tarixdə Zaqatala rayonu Dağlı kəndində doğulmuş və orada yaşayan X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli, ərizəçi X5 dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat rüsum onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi Ərizəçi X5 ərizəsi təmin edilsin. 18 fevral 1987-ci il tarixdə Zaqatala rayonu Dağlı kəndində doğulmuş və orada yaşayan xəstə-X12 (AZE ********) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizəçi X5 dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat rüsum onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar