Məhkəmə qərarları › İş №e-2(033)-834/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-834/2025

19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-834/2025 19.06.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını Zaqatala Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək aşağıdakıları müəyyən etdi: İddia tələbinin dəlilləri İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra-"xxxx" MMC) kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********29802 BLACKVİEW TAB 13 PRO markalı telefon, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA2 il xidməti üçün , 348.11 (üç yüz qırx səkkiz manat, 11 qəpik) manat ödənilməmiş hissə, 34.81 (otuz dörd manat, 81 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, İmei kod **********60077 İPHONE 13 markalı telefon, 2 ədəd VİNİL ŞƏFFAF, APPLE ADAPTER, PAKET XXXL xidməti, QİZİL ZƏMANƏT ULTRA3 il xidmət üçün, 1511.29 (min beş yüz on bir manat, 29 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 151.13 (yüz əlli bir manat, 13 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, SOYUDUCU BOSCH, ZƏMANƏT + 2 il xidmət üçün, 2621.38 (iki min altı yüz iyirmi bir manat, 38 qəpik) manat ödənilməmiş hissə, 262.14 (iki yüz altmış iki manat, 14 qəpik) manat cərimə ümumilikdə 4952.46 manat borc, 69.53 manat ödənilmiş dövlət rüsumuCavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış 2ş7.03.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********29802 BLACKVİEW TAB 13 PRO markalı telefon, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 il xidməti, İmei kod **********60077 İPHONE 13 markalı telefon, 2 ədəd VİNİL ŞƏFFAF, APPLE ADAPTER, PAKET XXXL xidməti, QİZİL ZƏMANƏT ULTRA3 il xidməti, SOYUDUCU BOSCH, ZƏMANƏT + 2 il xidmaəlmtiış və nəticədə 4952.46 (dörd min doqquz yüz əlli iki manat, 46 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 696.96 (altı yüz doxsan altı manat, 96 qəpik) manat (18 ay x 38.72 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********29802 BLACKVİEW TAB 13 PRO markalı telefon, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA2 il xidmətü içün ümumilikdə, 382.92 (üç yüz səksən iki manat, 92 qəpik) manat olmaqla ondan, 348.11 (üç yüz qırx səkkiz manat, 11 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 34.81 (otuz dörd manat, 81 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2383.48 (iki min üç yüz səksən üç manat, 48 qəpik) manat (18 ay x 126.86 manat + 100 manat ilkin ödəniş) İmei kod **********60077 İPHONE 13 markalı telefon, 2 ədəd VİNİL ŞƏFFAF, APPLE ADAPTER, PAKET XXXL xidməti, QİZİL ZƏMANƏT ULTRA3 il xidməütçiün ümumilikdə, 1686.02 (min altı yüz səksən altı manat, 02 qəpik) manat olmaqla ondan, 1511.29 (min beş yüz on bir manat, 29 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 151.13 (yüz əlli bir manat, 13 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3671.88 (üç min altı yüz yetmiş bir manat, 88 qəpik) manat (18 ay x 185.66 manat + 330 manat ilkin ödəniş) olan SOYUDUCU BOSCH, ZƏMANƏT + 2 il xidməütiçün ümumilikdə, 2883.52 (iki min səkkiz yüz səksən üç manat, 52 qəpik) manat olmaqla ondan, 2621.38 (iki min altı yüz iyirmi bir manat, 38 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 262.14 (iki yüz altmış iki manat, 14 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2271.54 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir. İşin halları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03216725 nömrəli xx.xx.2024-cü il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə 696.96 (altı yüz doxsan altı manat doxsan altı qəpik) manat məbləğində İmei kod **********29802 BLACKVİEW TAB 13 PRO markalı telefon, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA2 il xidmət almış, ilkin ödəniş etmədən onun dəyərini 18 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli əşyaların təhvil təslim aktından görünür ki, Cavabdeh 03216725 nömrəli xx.xx.2024-cü il tarixli müqavilənin predmeti olan əşyalar təhvil verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02135812 nömrəli xx.xx.2024-cü il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə 3671.88 (üç min altı yüz yetmiş bir manat səksən səkkiz qəpik) manat məbləğində SOYUDUCU BOSCH, ZƏMANƏT + 2 il xidməti almış, onun dəyərini 330 manat ilkin ödəniş etməklə 18 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, 02135812 nömrəli xx.xx.2024-cü il tarixli müqavilənin predmeti olan əşyalar təhvil verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09415330 nömrəli xx.xx.2024-cü il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə 2383.48 (iki min üç yüz səksən üç manat qırx səkkiz qəpik) manat məbləğində , İmei kod **********60077 İPHONE 13 markalı telefon, 2 ədəd VİNİL ŞƏFFAF, APPLE ADAPTER, PAKET XXXL xidməti, QİZİL ZƏMANƏT ULTRA3 il xidmət almış, 100 manat ilkin ödəniş etdikdən onun dəyərini 18 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli əşyaların təhvil təslim aktından görünür ki, Cavabdeh 09415330 nömrəli xx.xx.2024-cü il tarixli müqavilənin predmeti olan əşyalar təhvil verilmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin tərkib hissəsi olan ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2025-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehnun "xxxx" MMC-nə xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********29802 BLACKVİEW TAB 13 PRO markalı telefon, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA2 il xidmət üçün 348.11 (üç yüz qırx səkkiz manat on bir qəpik) manat ödənilməmiş hissə, 34.81 (otuz dörd manat səksən bir qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********60077 İPHONE 13 markalı telefon, 2 ədəd VİNİL ŞƏFFAF, APPLE ADAPTER, PAKET XXXL xidməti, QİZİL ZƏMANƏT ULTRA3 il xidmət üçün 1511.29 (bir min beş yüz on bir manat iyirmi doqquz qəpik) manat ödənilməmiş hissə, 23.6 manat İnnovativ Layihələr Mərkəzi Rüsumu 151.13 (bir yüz əlli bir manat on üç qəpik) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən SOYUDUCU BOSCH, ZƏMANƏT + 2 il xidməti almış nəticədə 2621.38 manat əsas borc 262.14 manat cərimə borcu olmaqla, ümumilikdə 4952.46 manat borc vardır. xx.xx.2025-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il, xx.xx.2024-cü il xx.xx.2024-cü il tarixli müqavilələr üzrə öhdəliklərin icrasını gecikdirmiş və həmin müqavilələr üzrə öhdəlikləri yerinə yetirmədiyi halda aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdar edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 598.2-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olundu ki, 03216725 nömrəli xx.xx.2024-cü il, müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti dəyəri 696.96 (altı yüz doxsan altı manat doxsan altı qəpik) manat məbləğində məbləğində İmei kod **********29802 BLACKVİEW TAB 13 PRO markalı telefon, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA2 il xidmət , 02135812 nömrəli xx.xx.2024-cü il 461.98 (dörd yüz altmış bir manat doxsan səkkiz qəpik) manat məbləğində, SOYUDUCU BOSCH, ZƏMANƏT + 2 il xidməti xx.xx.2024-cü il tarixli 09415330 nömrəli müqaviləyə əsasən İmei kod **********60077 İPHONE 13 markalı telefon, 2 ədəd VİNİL ŞƏFFAF, APPLE ADAPTER, PAKET XXXL xidməti, QİZİL ZƏMANƏT ULTRA3 il xidməti alıcıya vermiş, Cavabdeh isə onları qəbul edib, avadanlığın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə olan ödəniş cədvəlinin 2-ci bəndinə əsasən alıcı ödənişini gecikdirdiyi halda, hər gün üçün gecikdirilən məbləğin 1 faizədək həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh 2941.28 (iki min doqquz yüz qirx bir manat iyirmi səkkiz qəpik) manat məbləğində İmei kod **********29802 BLACKVİEW TAB 13 PRO markalı telefon, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA2 il xidmət və 461.98 (dörd yüz altmış bir manat doxsan səkkiz qəpik) manat məbləğində SOYUDUCU BOSCH, ZƏMANƏT + 2 il xidməti və İmei kod **********60077 İPHONE 13 markalı telefon, 2 ədəd VİNİL ŞƏFFAF, APPLE ADAPTER, PAKET XXXL xidməti, QİZİL ZƏMANƏT ULTRA3 il xidməti verilərək müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində 03216725 nömrəli xx.xx.2024-cü il və 02135812 nömrəli xx.xx.2024-cü il tarixli müqavilələrin əlavəsi olan ödəniş cədvəlinə əsasən aylıq ödənişləri vaxtında ödəməmiş, müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qalıq qalmış əsas borcun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 03216725 nömrəli xx.xx.2024-cü il tarixli müqavilə üzrə 348.11 (üç yüz qırx səkkiz manat on bir qəpik) manat, 02135812 nömrəli xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən 1511.29 (bir min beş yüz on bir manat iyirmi doqquz qəpik) manat və xx.xx.2024-cü il müqaviləyə əsasən 2621.38 (iki min altı yüz iyirmi bir manat otuz səkkiz qəpik) məbləğində əsas borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmənin qənaətinə görə borclu öhdəliyini lazımınca icra etmədiyindən, o cümlədən müəyyənləşdirilmiş müddətdə öhdəliyinin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etdiyindən, iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə 03216725 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 34.81 (otuz dörd manat səksən bir qəpik), 02135812 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış müvafiq olaraq 151.13 (bir yüz əlli bir manat on üç qəpik) manat və xx.xx.2024-cü il müqaviləsinə əsasən 262.14 (iki yüz altmış iki manat on dörd qəpik) cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia ərizəsi qeyd edilən hissədə qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Qanunvericinin cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğunu nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı 03216725 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 34.81 (otuz dörd manat səksən bir qəpik) manat cərimə qismən 3 (üç) manat həddində, 02135812 nömrəli xx.xx.2024-cü tarixli müqaviləyə əsasən 151.13 (bir yüz əlli bir manat on üç qəpik) manat cərimə qismən 15 (on beş) manat xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 262.14 (iki yüz altmış iki manat on dörd qəpik) manat 26 manat həddində təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 03216725 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 348.11 (üç yüz qırx səkkiz manat on bir qəpik) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə olmaqla cəmi 351.11 (üç yüz əlli bir manat on bir qəpik) 02135812 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1511.29 (bir min beş yüz on bir manat iyirmi doqquz qəpik) manat ödənilməmiş hissə 15 (on beş) manat cərimə borcu və 23.6 manat İnnovativ Layihələr Mərkəzi Rüsumu olmaqla cəmi 1549.89 (bir min beş yüz qırx doqquz manat səksən doqquz qəpik) manat və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2621.38 (iki min altı yüz iyirmi bir manat otuz səkkiz qəpik) manat əsas borcu 26 (iyirmi altı) manat cərimə borcu ümümilikdə 2647.38 (iki min altı yüz qırx yeddi manat otuz səkkiz qəpik) olmaqla ümumilikdə 4548.38 (dörd min beş yüz qırx səkkiz manat otuz səkkiz qəpik) manat borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Cavabdeh 69.53 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh 03216725 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 348.11 (üç yüz qırx səkkiz manat on bir qəpik) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə olmaqla cəmi 351.11 (üç yüz əlli bir manat on bir qəpik) 02135812 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1511.29 (bir min beş yüz on bir manat iyirmi doqquz qəpik) manat ödənilməmiş hissə 15 (on beş) manat cərimə borcu və 23.6 manat İnnovativ Layihələr Mərkəzi Rüsumu olmaqla cəmi 1549.89 (bir min beş yüz qırx doqquz manat səksən doqquz qəpik) manat və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2621.38 (iki min altı yüz iyirmi bir manat otuz səkkiz qəpik) manat əsas borcu 26 (iyirmi altı)manat cərimə borcu ümümilikdə 2647.38 (iki min altı yüz qırx yeddi manat otuz səkkiz qəpik) olmaqla ümumilikdə 4548.38 (dörd min beş yüz qırx səkkiz manat otuz səkkiz qəpik) manat borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh 69.53 (altmış doqquz manat əlli üç qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zərifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar