Məhkəmə qərarları › İş №e-2(033)-841/2023

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-841/2023

09.08.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-841/2023 09.08.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi, Ərizəçi və Maraqlı şəxs2 nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi Maraqlı şəxs2 və Şəki 1 saylı mediasiya təşkilatına qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəmənin binasında açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi iddia ərizəsi ilə müraciət edərək onunla Maraqlı şəxs2 arasında bağlanmış və Şəki 1 saylı mediasiya təşkilatının mediatoru tərəfindən təsdiq edilmiş 25 may 2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün həmin sazişin Maraqlı şəxs2 tərəfindən icra edilməyən, yəni birgə nikahlarından 17 iyul 2006-cı il təvəllüdlü X3 18 yaşı tamam olana kimi saxlanması üçün 25 may 2023-cü il tarixdən hesablanmaqla hər ay 170 manat sabit pul məbləğində alimentin maraqlı şəxs tərəfindən onun bankda açılan cari hesabına ödənilməsinə dair tələbin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi məhkəməyə ərizə təqdim edərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında ərizəsinin baxılmamış saxlanılmasını və geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Maraqlı şəxs2 nümayəndəsi X4 da məhkəməyə ərizə təqdim edərək Ərizəçi ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə ərizələri nəzərdən keçirib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildiyinə və cavabdeh hazırki işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar ərizənin baxılmamış saxlanılması üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsində nəzərdə tutulan nəticələri iddiaçıya izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260.4, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi Maraqlı şəxs2 və Şəki 1 saylı mediasiya təşkilatına qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar