Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-845/2022 14.12.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X6 katibliyi Cavabdeh və onun qanuni nümayəndəsi X10 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 (üç min) manat pul vəsaitinin və 50 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə İddiaçı ASC-də sığortalanmış Cavabdeh tərəfindən idarə edilən ZAZ 968M minik markalı 20CV011 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində Gəncə şəhəri ərazisində 99CP459 dövlət qeydiyyat nişanlı KİA Optima markalı avtomobili ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Gəncə şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXM-nin 327.2-ci və 332.4-cü maddələri ilə xx.xx.2022-ci il tarixli protokol yazılmışdır. KİA Optima markalı, 99CP459 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 3000 (üç min) manat ödəniş verilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə əlavə edilmiş iddiaçının nümayəndəsi Şəfahət Xudiyevin məhkəməyə ünvanladığı ərizədən görünür ki, o, mülki işə onun iştirakı olmadan baxılıb, qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Belə vəziyyətdə məhkəmə iddiaçının nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəbini üzrlü hesab edərək, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək, iddia tələbinin təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh nümayəndəsi X12 izahat verərək bildirdi ki, cavabdeh onun oğludur və xx.xx.2022-ci il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan ZAZ968 M markalı avtomobili idarə etmiş və yol nəqliyyat hadisəsini törətmişdir. X15 markalı ** CP *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. İddianı qəbul edir. 3000 (üç min) manat pul vəsaitini hissə-hissə ödəyəcəkdir. İşin halları İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X7 məxsus “ZAZ 968 M” markalı, ** CV *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyətində PAZ********** saylı sığorta müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sığorta edilmişdir. 08 iyul 2022-ci il tarixli CML-3863/2022-AKT4220/2022 nömrəli Sığorta Aktından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X9 arasında xx.xx.2021-ci il tarixdə sığorta müqaviləsi bağlanmış “ZAZ 968 M” markalı, ** CV *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq xx.xx.2021 – xx.xx.2022-ci il tarixə sığorta müddətində sığorta təminatı almışdır. “ZAZ 968 M” markalı, ** CV *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi üzrə 15 iyun 2022-cı il tarixdə baş vermiş sığorta hadisəsində zərərçəkən X4 məxsus “Kia Optima” markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 3000 manat məbləğində müəyyən olunmuş və müvafiq olaraq X4 hesablanan sığorta ödənişi 3000 manat miqdarında olmuşdur. 22 iyul 2022-cı il tarixli ödəniş tapşırığından görünür ki, 3000 manat vəsait Azsığorta ASC tərəfindən X4 ödənmişdir. X3 Ekspertizasının xx.xx.2022-ci il tarixli 5751 nömrəli ekspert rəyindən görünür ki, “Kia Optima” markalı ** CP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələrinə dəymiş zərərin bazar qiyməti 2150 manat, işçilik xidmətləri isə 850 manat müəyyən olunur. Avtomobilə dəymiş cəmi zərər 3000 manatdır. AB seriyalı 716459 nömrəli X5 Şəhadətnaməsindən görünür ki, Kia Optima” markalı ** CP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X1r. İXP seriyalı ******* nömrəli xx.xx.2022-ci il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə ZAZ968M minik markalı ** CV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 30.3-cü maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar vurduqları ziyana görə bu Məcəlləyə uyğun məsuliyyət daşıyırlar. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1104.1-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. 1104.2-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 49.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanunu 6.1-6.2-ci maddələrinə görə icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. 13.1, 13.2 və 13.3-cü maddələrinə görə icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Bu Qanunun məqsədləri üçün fərdi qəzadan icbari sığortada müvafiq sığorta müqaviləsində müəyyən edilmiş hallarda baş verən fərdi qəza nəticəsində sığorta olunanın sağlamlığına zərər dəyməsi sığorta hadisəsi sayılır. 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olundu ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X9 arasında xx.xx.2021-ci il tarixdə sığorta müqaviləsi bağlanmış “ZAZ 968 M” markalı, ** CV *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq xx.xx.2021 – xx.xx.2022-cı il sığorta müddətində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “ZAZ 968 M” markalı, ** CV *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş və nəticədə “Kia Optima” markalı ** CP *** minik avtomobilinə ziyan vurmuşdur. “Kia Optima” markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərər X3 Ekspertizasının xx.xx.2022-ci il tarixli 5751 nömrəli ekspert rəyinə əsasən 3000 manat həcmində qiymətləndirilmiş və həmin məbləğ 22 iyul 2022-cı il tarixli ödəniş tapşırığına əsasən həmin nəqliyyat vasitəsinin sahibi X2 ödənilmişdir. İddiaçı iddianın təmin edilməsini xahiş edir. Cavabdeh də iddia tələbini qəbul edir və iddia ərizəsinin təmin edilməsinə etiraz etmir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını iddia tələbi üzrə tətbiq edərək hesab edir ki, zərərçəkənə dəymiş zərərin əvəzini ödədiyindən, tələb etmək hüququ ödənilmiş məbləğ həddində iddiaçıya keçmişdir və ona görə də, dəymiş zərər həddində iddia tələbi təmin edilməlidir. İşdən görünür ki, İXP seriyalı ******* nömrəli xx.xx.2022-ci il tarixli İnzibati xəta haqqında protokol da Cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını sadalanan qanunvericilik normaları baxımından təhlil edərək, belə nəticəyə gəlir ki, Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan “ZAZ 968 M” markalı, ** CV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuş və nəticədə “Kia Optima” markalı ** BE *** dövlət nömrə nişanlı avtomaşınla toqquşaraq, yol nəqliyyat hadisəsini törətmişdir. Həmin hadisə nəticəsində “Kia Optima” markalı ** BE *** dövlət nömrə nişanlı avtomaşına 3000 manat zərər dəymiş və yol nəqliyyat hadisəsinə (sığorta hadisəsinə) görə "xxxx" Açıq Səhmdar Cəmiyyəti (sığortaçı) tərəfindən zərərçəkmiş şəxsə ödənilən (sığorta məbləği) 3000 manat məbləğində sığorta ödənişinin cavabdehdən tutulması qanuni və əsaslıdır. Göründüyü kimi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 3000 manat sığorta ödənişini «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs və nəqliyyat vasitəsini idarə etməyə hüququ olmayan şəxs olan Cavabdeh tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3000 manat sığorta ödənişi tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia təmin edildiyindən Cavabdeh 50 manat dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 3000 (üç min) manat sığorta ödənişi və 50 (əlli) manat dövlət rüsumu, cəmi 3050 (üç min əlli) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-845/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-845/2022
14.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver