Məhkəmə qərarları › İş №e-2(033)-866/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-866/2022

31.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-866/2022 31.10.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X9 katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X35 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1988-ci il tarixdə Rusiya Federasiyası, Moskva şəhərində anadan doğulmuş Ərizəçi ilə X20 eyni şəxs olması faktının müəyyən edilməsinə dair, Zaqatala rayonu, Əliabad qəsəbəsində yaşayan torpaq sahəsi almaq hüququ olan vətəndaşların siyahısında 610-cu sırada qeyd olunmuş "X41" qızına aid məlumatların xx.xx.1988-ci il tarixdə Rusiya Federasiyası, Moskva şəhərində doğulmuş Ərizəçi aid olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 1988-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuşdur. Adı, soyadı və ata adı Ərizəçidır. O, Zaqatala rayonu Əliabad qəsəbəsində 2 saylı orta məktəbi 2005-ci ildə bitirmişdir. Onu uşaqlıqdan xalası X14 böyüdüb. Xalası onu məktəbə yazdıranda adını X16 yazdırmışdır. Sonradan məktəbdə o ata adını Serqeyevna kimi düzəldə bilmişdir. Məktəbdən verilən attestatda da adı soyadı Arzu Məmmədova kimi qalmışdır. Lakin digər bütün sənədlərdə onun adı, soyadı və ata adı X33 yazılmışdır. Hazırda da qəsəbədə hamı onu Arzu kimi tanıyır. Əsl adını bilmirlər. Bundan başqa, Əliabad qəsəbəsində 1996-cı ildə aparılmış torpaq islahatının nəticəsində onun və ailə üzvlərinin ümumi mülkiyyətinə Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,02 ha həyətyanı, 0,79 ha bağ və 0,81 ha əkin üçün torpaq sahələri verilmişdir. Qəsəbədə islahat başa çatmadığına görə onlara dövlət aktı təhkim edilməmişdir. "Torpaq islahatının nəticələri barədə torpaq sahəsi almış vətəndaşların siyahısında" həmin torpaq sahələrinin mülkiyyətçisi kimi onun adı Ərizəçi deyil, X16 qeyd edilmişdir. xx.xx.2021-ci il tarixdə anası X10 və qardaşı X19 ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində onlara məxsus olan paylarını onun adına keçirilməsi üçün Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə notarial təsdiq edilmiş ərizə ilə müraciət etmişlər. Həmin ərizələr Zaqatala rayonu 2 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən tərtib edilərkən onun soyadı, adı və ata adı yanlışlıqla X16 qeyd edilmişdir. Notariusda tərtib edilmiş ərizələrdə də yanlışlıqla onun adının X16 yazılmasına səbəb isə Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında soyad, ad və ata adının texniki səhv olaraq X16 yazılması olmuşdur. Bundan sonra həmin ərizələr əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3/4 hissəsi üzərində olan xüsusi mülkiyyət hüququnun qeydə alınmasına dair daşınmaz əmlakın Dövlət reyestrindən **********64 reyestr nömrəli Çıxarış verilmişdir. Həmin çıxarışda da adı X16 yazılmışdır. Həmin Çıxarışda soyadı, adı və ata adının dəyişdirilməsi üçün Zaqatala rayonu Əliabad qəsəbə inzibati dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 1289 nömrəli arayış əsasında Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə müraciət etsə də, Zaqatala rayonu, Əliabad qəsəbəsində aparılmış "torpaq islahatının nəticələri barədə torpaq sahəsi almış vətəndaşların siyahısında" qeyd olunan torpaq sahələrinin mülkiyyətçisi Ərizəçi deyil, X16 qeyd olunduğu, buna görə də məhkəməyə müraciət etməli olduğu ona rəsmi qaydada xx.xx.2021ci il tarixli **********1 nömrəli məktubla bildirilmişdir. Hazırda Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona məxsus olan 3/4 payının üzərində mülkiyyət hüquqlarından, eləcə də sərəncam vermək hüququndan istifadə edə bilmir. Buna görə də, məhkəməyə müraciət etməli olmuşdur. Qeyd etdiyi faktı, yəni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********64 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilən X20 Ərizəçi olması faktını ərizəyə əlavə etdiyi sənədlər, eləcə də məhkəməyə təqdim edəcəyi şahidlər, qonşuları Zaqatala rayonu Əliabad qəsəbə sakinləri X17 (ş/v: AA3616343), X21 (ş/v: AZE ********), X3 (ş/v: AZE ********), həmçinin anası X10 (Rusiya Federasiyası vətəndaşı) təsdiq edə bilərlər. Ərizəçi iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək Zaqatala rayonu Əliabad qəsəbəsində yaşayan torpaq sahəsi almaq hüququ olan vətəndaşların siyahısında 610-cu siyahıda qeyd olunmuş X27 aid məlumatların xx.xx.1988-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuş Ərizəçi aid olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə qarşı etirazın dəlilləri Ərizəyə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Ərizəçi ərizəni müdafiə edərək ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə maraqlı şəxs «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X35 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, maraqlı şəxsin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasında nümayəndənin iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi dindirilmiş X30 göstərmişdir ki, o, uzun müddətdir ki, Zaqatala rayon Əliabad qəsəbəsində yerləşən 2 saylı tam orta məktəbinin direktoru vəzifəsində işləyir. X16 tanıdıqları daha sonra X7 ata adı dəyişdirilmiş şəxs həmin məktəbdə təhsil almışdır. Hazırda məhkəmə iclasında ərizəçi qismində çıxış edən Ərizəçi X1 kimi tanıdıqları Zaqatala rayonu Əliabad qəsəbə 2 saylı tam orta məktəbində təhsil almış və 2005-ci ildə həmin məktəbi bitirmiş şəxsdir. Onlar eyni şəxsdir. Ərizəçi xalası X5 şifahi dediklərinə əsasən onun adını Arzu Məmmədova kimi qeyd etmişlər, ona görə də, məktəbə aid bütün sənədlərdə də onun adı Arzu Məmmədova kimi yazılmışdır. Halbuki ərizəçinin əsl adının Ərizəçi olduğunu bilmişdir. İşin halları X-MO seriyalı 437166 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1988-ci ildə Rusiya Federasiyası Moskva şəhərində doğulmuşdur. X36 Viktoroviç və anası X6r. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, vəsiqə xx.xx.1988-ci il tarixdə Rusiya Federasiyası Moskva şəhərində anadan olmuş Ərizəçi məxsusdur. «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X35 18 saylı Zaqatala Ərazi İdarəsinin 26 iyul 2021-ci il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində aparılmış torpaq islahatlarının nəticələri barədə torpaq sahəsi almış vətəndaşların siyahısında qeyd olunan torpaq sahələrinin mülkiyyətçisi Ərizəçi deyil, X16 qeyd edilmişdir. Qeyd olunan uyğunsuzluğun aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Zaqatala rayon Əliabad bələdiyyəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 85 nömrəli arayışdan görünür ki, təsərrüfat nömrəsi 610 olan X11 1996-cı ildə torpaq islahatı ilə bağlı tərtib edilmiş siyahıda ona və ailəsinə (4 nəfər- X18 0,40 ha, X34 0,40 ha, X37 0,40 ha, X33 0,40 ha) 0,02 ha həyətyanı, 0,79 ha bağ və 0,81 ha əkin pay İİ keyfiyyət qrupu torpaq sahəsi verilmişdir. Qəsəbədə islahat başa çatmadığına görə vətəndaşa dövlət aktı təhkim edilməmişdir. Zaqatala RİHB-nin Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 1864 nömrəli arayışdan görünür ki, Ərizəçi həqiqətən Əliabad qəsəbə sakinidir. Zaqatala RİHB-nin Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 1868 nömrəli arayışdan görünür ki, Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında texniki səhv olaraq X33 qeyd edilmişdir. Ərizəçi (şəxsiyyət vəsiqəsi AZE ********) ilə adlı siyahıda qeyd olunan X33 eyni şəxsdir. Zaqatala rayonu Əliabad qəsəbə 2 saylı orta məktəbi tərəfindən 25 iyun 2005-ci ildə verilmiş BN 240231 seriyalı attestatın təsdiq olunmuş surətindən görünür ki, X2 rayonu Əliabad qəsəbə 2 saylı orta məktəbi bitirmişdir. Zaqatala RİHB-ın Əliabad qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X15 ilə Ərizəçi nikahlarını 12 iyul 2017-ci ildə bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Cəbrayılova soyadı verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə payı ¼ hissə olmaqla X4 və payı ¾ hissə olmaqla X20 adına daşınmaz əmlakın dövlət reyestrində 213 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində qeydiyyata alınmışdır. Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisində yaşayan torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında 610-cu sətrdə X18, X34, X37 və X20 adları qeyd olunmuşdur. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Əliabad qəsəbəsi üzrə nümayəndəliyinin 25 may 1996-cı il tarixli 8 nömrəli sərəncamından çıxarışdan görünür ki, Rayon qəyyumluq və himayə orqanının 131 nömrəli rəyi nəzərə alınmaqla X12 valideyn himayəsindən kənarda qalmış, xx xxxxxxxx 1988-ci il tarixdə anadan olmuş Ərizəçi Sergeyevna üzərində 01 yanvar 1996-cı il tarixdən himayəçi qəyyum təyin edilmişdir. Zaqatala RPŞ-nin 201-23140-1221 nömrəli məktubundan görünür ki, xx xxxxxxxx 1988-ci il tarixdə Rusiya Federasiyası Moskva şəhərində anadan olmuş Ərizəçi adlı şəxs ilk dəfə Zaqatala RPŞ-dən 29 avqust 2008-ci il tarixdə AZE ******** FİN 5 DE1ALB nömrəli şəxsiyyət vəsiqəsi almışdır. xx xxxxxxxx 1988-ci il təvəllüdlü X33 Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almadığı üçün həmin şəxsin kimliyini müəyyən etmək mümkün olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında ərizəçinin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli qərarına əlavə edilmiş Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisində yaşayan torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında X8 ailə üzvü kimi torpaq payı alan şəxslərin sırasında sıra nömrəsi 610 olan X33 qeyd edilmişdir. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli qərarına əlavə edilmiş Əliabad qəsəbəsi ərazisində yaşayan torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında X8 ailə üzvü kimi qeyd edilmiş X20 adı, soyadı və ata adı Ərizəçi AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən soyadı, adı və ata adı ilə düz gəlmir. Ərizəçinin ad, soyad və ata adının “Ərizəçi”” olması işdə olan tədqiq edilmiş mötəbər sübut və sənədlərlə, eyni zamanda şahid ifadəsi ilə bir daha öz təsdiqini tapır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli qərarına əlavə edilmiş Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisində yaşayan torpaq payı almaq hüququ olan vətəndaşların adlı siyahısında torpaq payı alan şəxslərin sırasında sıra nömrəsi 610 olan X8 ailə üzvü kimi qeyd edilmiş X20 xx.xx.1988-ci il tarixdə anadan olmuş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi kimi nəzərə alınmaqla həmin sənədin ərizəçiyə məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-217, 219-220, 227, 233, 307.2.5, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi Ərizə təmin edilsin. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli qərarına əlavə edilmiş Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisində yaşayan torpaq payı almaq hüququ olan vətəndaşların adlı siyahısında torpaq payı alan şəxslərin sırasında sıra nömrəsi 610 olan X8 ailə üzvü kimi qeyd edilmiş X20 xx.xx.1988-ci il tarixdə anadan olmuş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində qeyd olunan Ərizəçi kimi nəzərə alınmaqla həmin sənədin Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Ərizəçinin dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat rüsum onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar