Məhkəmə qərarları › İş №e-2(033)-875/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-875/2025

27.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-875/2025 27.10.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmənin iclas katibi X26 qızının katibliyi, İddiaçının nümayəndəsi vəkil Nümayəndə və Cavabdeh1 nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı̇ qızının cavabdehlər Cavabdeh1̇ oğluna, Səfərova Çı̇ mnaz Əlı̇ qızına, Cavabdeh3̇ qızına, Gözəl İ̇sgəndərova İ̇sgəndər qızına və Cavabdeh5 qarşı “miras üzərində vərəsəlik hüququ üzrə payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi : İddia tələbinin dəlilləri İddiaçı̇ qızı iddia ərizəsi ilə müraciət edərək İddiaçı, Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən fərdi yaşayış evi və 0,4117 ha həyətyanı torpaq sahəsinin 18 may 2023-cü il tarixdə ölmüş X19 məxsus hissənin 8/10 hissəsinə vəsiyyətnamə üzrə vərəsəlik hüququ ilə və Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,4117 ha həyətyanı torpaq sahəsinin 16 dekabr 2018-ci il tarixdə ölmüş X5 məxsus hissənin 1/3 hissəsinə qanun üzrə vərəsəlik hüququ ilə paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı anası X9 16 dekabr 2018-ci il tarixdə, atası X24 isə 18 may 2023-cü il tarixdə ölmüşdür. S onuncuların ölümndən sonra Zaqatala rayonu, Yuxarı Tala kəndində fərdi yaşayış evi və 0,4117 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Qeyd olunan daşınmaz əmlak üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. İddia ərizəsinə əlavə olunmuş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan da göründüyü kimi, Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən fərdi yaşayış evi tək mərhum X15, 0,4117 ha həyətyanı torpaq sahəsi isə mərhumlar X24 və İddiaçı, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh5, o cümlədən, X11, X21 və X1 ümumi birgə mülkiyyətindədir. 18 may 2023-cü il tarixdə ölmüş X24 özünə məxsus Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini qızı – iş üzrə İddiaçı vəsiyyət etmişdir. 18 may 2023-cü il tarixdə ölmüş X24 və 16 dekabr 2018-ci il tarixdə ölmüş X2 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən daşınmaz əmlakları sonuncuların ölümündən sonra miras əmlakı həmin əmlaklara faktiki sahibliyi həyata keçirməklə İddiaçı, o cümlədən, cavabdehlər Cavabdeh5 və Cavabdeh1 qəbul etmişdirlər. Yerdə qalan vərəsələr - Cavabdeh3 və Cavabdeh2 isə miras əmlakı qanunvericiliklə müəyyən edilmiş 6(altı) ay müddətində qəbul etməmişdirlər. Qeyd olunan miras əmlaklara vəsiyyətnamə və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr alınması üçün İddiaçı iş üzrə cavabdeh Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu X3 müraciət etmiş, lakin, miras şərikləri arasında mübahisə olması əsası ilə notariat ofisinin xüsusi notariusu müvafiq şəhadətnamələrin verilməsindən imtinaetmişdir. Nəticədə, İddiaçı, Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən fərdi yaşayış evi və0,4117 ha həyətyanı torpaq sahəsinin atası - 18 may 2023-cü il tarixdə ölmüş X19 məxsus hissənin 8/10 hissəsinə vəsiyyətnamə üzrə vərəsəlik hüququ ilə payının müəyyən edilməsi (səbəb - Cavabdeh3 və Cavabdeh2 miras əmlakdan məcburi pay hüququ ilə hər birinə çatacaq 1/10 (ümumilikdə 2/10) pay da qanunvericiliklə müəyyən edilmiş 6(altı) ay müddətində qəbul edilmədiyi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1262 və 1273-1-ci maddələrinə əsasən vəsiyyət üzrə vərəsənin payına əlavə edilir) və Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,4117 ha həyətyanı torpaq sahəsinin anası - 16 dekabr 2018-ci il tarixdə ölmüş X5 məxsus hissənin 1/3 hissəsinə qanun üzrə vərəsəlik hüququ ilə payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Azərbaycan RespublikasıZaqatala Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq mülki iş üzrə cavabdeh Zaqatala rayon 2 saylı Notariat ofisinin xüsusi notariusu X8 və Səfərova Çı̇ mnaz Əlı̇ qızı, Cavabdeh3̇ qızı və Cavabdeh5 məhkəmə baxışı iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının 185-ci maddəsinə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Vəkil2 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, mirası qəbul etməyən 2 vərəsə var və ona görə evdə pay müəyyən edilərkən əmlak 3 nəfər vərəsə nəzərə alınmaqla bölünməli və iddiaçının payı 4/6 kimi müəyyən edilməli və evin ölçüləri sənəd üzrə müəyyən edilmiş 62 kv.m kimi göstərilməklə bölgü aparılmalıdır. Həmin evdə daha sonradan təmir və tikinti işləri aparılmış və evin həcmi həddən artıq böyükdür. İddia tələbini torpaq sahəsinə aid hissədə qəbul edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, vəkilinin dedikləri ilə razıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Səfərova Çı̇ mnaz Əlı̇ qızı çıxış edərək bildirmişdir ki, o payını bacısı Laləyə bağışlayır. Həmin əmlaklarda onun da payı var. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3̇ qızı çıxış edərək bildirmişdir ki, atası sağlığında bölüb torpağı, evinə də pilləkən qoysun o evdən işləsən. O, atasından qalan evə girə bilmir. Bacısı təkdir və onun yanına gedə bilmirlər. Həyətdə 1 ev var. Atasından qalan evdir. Atadan qaldığı vəziyyətdədir. Payını bacısı Laləyə verib. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh5 izahat verərək bildirdi ki, istəyirlər ki bacısının evi girişi çıxışı bilinsin. Lalənin rahat oturmasını istəyirlər. Həmin həyətə kişilər girir, yad şəxslər girir buna görə onun əmlakının ayrılmasını istəyirlər. İşin halları Zaqatala Rayon 2 saylı notariat ofisinin notariusu X8 tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli vəsiyyətnamədən görünür ki, X25 fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini qızı İddiaçı vəsiyyət etmişdir. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X16 ailə tərkibi xx.xx.2018-ci il tarixdə vəfat etmiş X2, İddiaçı, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 ibarətdir. Zaqatala RİHB-nin Yuxarı Tala kənd İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2018ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X25 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Yuxarı Tala kənd Soveti tərəfindən verilmiş xx.xx.1963-cü il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X22 ilə X12 15 fevral 1963-cü il tarixdə nikah bağlamışdırlar. AZ-T250261 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1976-cı il tarixdə anadan olmuş İddiaçı atası X22, anası X6r. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,4117 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X4, X15, İddiaçı, Cavabdeh1, Cavabdeh5, X7, X13 və X1 ümumi birgə mülkiyyəti kimi, . Həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 62 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X16 mülkiyyəti kimi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsı 29-cu mаddəsinin Vİİ hissəsinə əsasən Dövlət vərəsəlik hüququna təminat verir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsi 1133-cü mаddəsinə əsasən ölmüş şəxsin (mirаs qоyаnın) əmlаkı bаşqа şəxslərə (vərəsələrə) qаnun üzrə və yа vəsiyyət üzrə və yа hər iki əsаslа keçir. Qаnun üzrə vərəsəlik (ölmüş şəxsin əmlаkının qаnundа göstərilmiş şəxslərə keçməsi) о zаmаn qüvvədə оlur ki, mirаs qоyаn vəsiyyətnаmə qоymur, yаxud vəsiyyətnаmə tаmаmilə və yа qismən etibаrsız sаyılır. 1134.1-cü mаddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı mаddəsinə əsаsən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1243.1-ci mаddəsinə əsаsən mirаsı istər qаnun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. 1301-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. 3-cü bəndinə əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Məhkəmənin mövqeyi Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdırıb tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, xx.xx.2018ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,4117 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X4, X15, İddiaçı, Cavabdeh1, Cavabdeh5, X7, X13 və X1 ümumi birgə mülkiyyəti kimi, .həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 62 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X14 mülkiyyəti kimi qeydiyyata alınmışdır. Torpaq sahəsinin mülkiyyətçilərindən X9 xx.xx.2018-ci il tarixdə, fərdi yaşayış evinin mülkiyyətçisi və torpaq sahəsinin mülkiyyətçilərindən X24 xx.xx.2023-cü il tarixdə vəfat etmişdirlər. X9 ilə X24 xx.xx.1963-cü il tarixdə nikaha daxil olmuş və onların İddiaçı, Cavabdeh1, Cavabdeh5, X21,Cavabdeh3 adlı övladları anadan olmuşdur. X9 xx.xx.2018ci il tarixdə vəfat etmiş və ondan miras qalmış əmlak İddiaçı, Cavabdeh1, Cavabdeh5 tərəfindən qəbul edilmiş, Cavabdeh3 və Cavabdeh2 isə miras əmlakı qanunvericiliklə müəyyən edilmiş müddətdə qəbul etməmişdirlər. İddiaçı iddia ərizəsi ilə müraciət edərək X2 miras qalmış torpaq sahəsi üzərində 1/3 payının müəyyən edilməsini xahiş etmişdir, cavabdehlər iddia tələbini qeyd edilən hissədə qəbul etmişdirlər. X24 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir və o bütün əmlakını xx.xx.2018-ci il tarixli vəsiyyətnamə əsasında İddiaçı vəsiyyət etmişdir. Onun vəsiyyət əsasında miras qoyduğu əmlak Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən torpaq sahəsini və fərdi yaşayış evini əhatə edir. İddiaçı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh3 və Cavabdeh2 mirası qəbul etmədiklərini nəzərə alaraq X15 mülkiyyətində olmuş Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,4117 ha torpaq sahəsinin miras qoyana məxsus hissədə və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə münasibətdə 8/10 hissədə payının müəyyən edilməsini xahiş etmişdir. Cavabdeh1 iddia tələbini qeyd edilən hissədə qəbul etməmiş və iddiaçının payının 4/6 müəyyən edilməsini, Cavabdeh3 və Cavabdeh2 mirası qəbul etmədiklərini nəzərə alaraq miras bölünərkən onlara pay hesablanmalı olmadığını, mirasın 3 vərəsə arasında bölünməli olduğunu bildirmişdir. Məhkəmə ilk öncə iddia tələbinin “Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,4117 ha torpaq sahəsinin xx.xx.2018-ci il tarixdə vəfat etmiş X5 məxsus hissəsində 1/3 hissəsinə qanun üzrə vərəsəlik hüququ əsasında payının müəyyən edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi qeyd edilən hissədə tərəflər arasında mübahisələndirilmir və təmin edilməlidir. Məhkəmə iddia tələbinin “Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,4117 ha torpaq sahəsinin X15 mülkiyyətində olan hissə üzərində və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin 8/10 hissəsinə vəsiyyətnamə üzrə vərəsəlik hüququnun müəyyən edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının tələbi qeyd edilən hissədə də əsaslıdır. Belə ki, məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, X24 bütün əmlakını vəsiyyətnamə əsasında qızı İddiaçı vəsiyyət etmişdir. X14 beş vərəsəsindən ikisi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 mirasdan imtina etmişdirlər və məhkəmə iclasında İddiaçı xeyrinə imtina etdiklərini bildirmişdirlər. X22 tərəfindən İddiaçı xeyrinə vəsiyyətnamə qoyulduğundan mirasqoyanın birinci növbədən olan vərəsələrinin məcburi pay tələb etmək hüququ yaranmış və bu hüquq əsasında qanun üzrə vərəsəlik zamanı onlara çatacaq miras əmlakın yarısını məcburi pay qismində almalıdırlar. Məcburi pay almaq hüququ olan 2 vərəsə iddiaçının xeyrinə miras əmlakdan imtina etdiyindən onlara çatacaq məcburi pay da iddiaçının payına əlavə edilir və iddiaçının payı 2/10 nisbətdə artaraq 8/10 pay həcminə çatır. Məhkəmə qeyd edir ki, Zaqatala rayonu Yuxarı Tala kəndində 0,4117 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 62 kv.m olan fərdi yaşayış evinin göstəriciləri daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata uyğun müəyyən edilməlidir. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları iddia tələbinin təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, Qət etdi : İddia təmin edilsin. Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən, Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli Çıxarışda göstərilmiş 0,4117 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin xx.xx.2018-cı il tarixdə vəfat etmiş X5 məxsus hissəsi üzərində İddiaçı qanun üzrə vərəsəlik hüququ müəyyən edilməklə 1/3 pay verilsin. Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən, Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli Çıxarışda göstərilmiş 0,4117 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin xx.xx.2023-cü il tarixdə vəfat etmiş X19 məxsus hissəsi və həmin torpaq sahəsi üzərində yerləşən 62 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi üzərində İddiaçı vəsiyyətnamə üzrə vərəsəlik hüququ müəyyən edilməklə 8/10 pay verilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zərifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar