Məhkəmə qərarları › İş №e-2(033)-888/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-888/2023

04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-888/2023 04.09.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını Zaqatala Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək aşağıdakıları müəyyən etdim İddia tələbinin dəlilləri İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra-"xxxx" MMC) kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə İMEİ KOD **********11255 XİAOMİ REDMİ NOTE 9 markalı telefon üçün 28.6 (iyirmi səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, 2.4 (iki manat qırx qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən MİNİ SOBA HOFFMANN, HOFFMANN LED üçün 256 (iki yüz əlli altı) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, HAYLOU GT6 qulaqlıq üçün 12.1 (on iki manat on qəpik) manat ödənilməmiş hissə, 1.9 (bir manat doxsan qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, PALTARYUYAN HOFFMANN üçün 459.78 (dörd yüz əlli doqquz manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə, 45.22 (qırx beş manat iyirmi iki qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********73487 XİAOMİ REDMİ NOTE 10S markalı telefon üçün 622 (altı yüz iyirmi iki) manat ödənilməmiş hissə, 62 (altmış iki) manat cərimə, ümumilikdə 1515 manat borc və 35.15 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərindəki müqavilələrinə əsasən, İMEİ KOD **********11255 XİAOMİ REDMİ NOTE 9 markalı telefon, MİNİ SOBA HOFFMANN HOFFMANN LED TV, HAYLOU GT6 qulaqlıq, PALTARYUYAN HOFFMANN, İMEİ KOD **********73487 XİAOMİ REDMİ NOTE 10S markalı telefon almış və nəticədə 1515 (bir min beş yüz on beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 518.4 (beş yüz on səkkiz manat qırx qəpik) manat (yəni 18 ay x 28.8 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KOD **********11255 XİAOMİ REDMİ NOTE 9 markalı telefon üçün ümumilikdə 31 (otuz bir) manat olmaqla ondan, 28.6 (iyirmi səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, 2.4 (iki manat qırx qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1155.6 (bir min yüz əlli beş manat altmış qəpik) manat (yəni 18 ay x 64.2 manat + 0 manat ilkin ödəniş) olan MİNİ SOBA HOFFMANN, HOFFMANN LED üçün ümumilikdə 281 (iki yüz səksən bir) manat olmaqla ondan 256 (iki yüz əlli altı) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 75 (yetmiş beş) manat (yəni 12 ay x 6.25 manat + 0 manat ilkin ödəniş) olan HAYLOU GT6 qulaqlıq üçün ümumilikdə 14 (on dörd) manat olmaqla ondan 12.1 (on iki manat on qəpik) manat ödənilməmiş hissə, 1.9 (bir manat doxsan qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 552.78 (beş yüz əlli iki manat yetmiş səkkiz qəpik) manat (yəni 18 ay x 30.71 manat + 0 manat ilkin ödəniş) olan PALTARYUYAN HOFFMANN üçün ümumilikdə 505 (beş yüz beş) manat olmaqla ondan 459.78 (dörd yüz əlli doqquz manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə, 45.22 (qırx beş manat iyirmi iki qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 788 (yeddi yüz səksən səkkiz) manat (yəni 15 ay x 52.1 manat + 6.5 manat ilkin ödəniş) olan, İMEİ KOD **********73487 XİAOMİ REDMİ NOTE 10S markalı telefon üçün ümumilikdə 684 (altı yüz səksən dörd) manat olmaqla ondan 622 (altı yüz iyirmi iki) manat ödənilməmiş hissə, 62 (altmış iki) manat cərimə; cavabdehin cəmi ödədiyi məbləğ 1711.3 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə 31 iyul 2023-cü il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir. İşin halları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22130880 nömrəli xx.xx.2020-ci il tarixli, 22341349 nömrəli xx.xx.2021-ci il tarixli, 029737 nömrəli xx.xx.2021-ci il tarixli, ******* nömrəli xx.xx.2022-ci il tarixli, ******* nömrəli xx.xx.2022-ci il tarixli müqavilələrdən və onların ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəllərindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə 518.4 (beş yüz on səkkiz manat qırx qəpik) manat məbləğində İMEİ KOD **********11255 XİAOMİ REDMİ NOTE 9 markalı telefon, 1155.6 (bir min yüz əlli beş manat altmış qəpik) manat məbləğində MİNİ SOBAHOFFMANN, HOFFMANN LED TV, 75 (yetmiş beş) manat məbləğində HAYLOU GT6 qulaqlıq, 552.78 (beş yüz əlli iki manat yetmiş səkkiz qəpik) manat məbləğində PALTARYUYAN HOFFMANN, 788 (yeddi yüz səksən səkkiz) manat məbləğində İMEİ KOD **********73487 XİAOMİ REDMİ NOTE 10S markalı telefon əldə etmiş, onların dəyərini "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilələrin tərkib hissəsi olan ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. 21 iyul 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-nə ümumilikdə 1378.48 manat əsas borcu və 136.52 manat cərimə olmaqla, cəmi 1515 manat borcu ödənilməmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixli müqavilələr üzrə öhdəliklərin icrasını gecikdirmiş və həmin müqavilələr üzrə öhdəlikləri yerinə yetirmədiyi halda aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdar edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 598.2-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olundu ki, 22130880 nömrəli xx.xx.2020-ci il tarixli, 22341349 nömrəli xx.xx.2021-ci il tarixli, 029737 nömrəli xx.xx.2021-ci il tarixli, ******* nömrəli xx.xx.2022-ci il tarixli, ******* nömrəli xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti dəyəri 518.4 (beş yüz on səkkiz manat qırx qəpik) manat məbləğində İMEİ KOD **********11255 XİAOMİ REDMİ NOTE 9 markalı telefonu, 1155.6 (bir min yüz əlli beş manat altmış qəpik) manat məbləğində MİNİ SOBAHOFFMANN, HOFFMANN LED TV-ni, 75 (yetmiş beş) manat məbləğində HAYLOU GT6 qulaqlığı, 552.78 (beş yüz əlli iki manat yetmiş səkkiz qəpik) manat məbləğində PALTARYUYAN HOFFMANN, 788 (yeddi yüz səksən səkkiz) manat məbləğində İMEİ KOD **********73487 XİAOMİ REDMİ NOTE 10S markalı telefonu alıcıya vermiş, Cavabdeh isə onları qəbul edib, avadanlıqların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələrin 2.6-cı bəndinə və müqavilələrə əlavə olan ödəniş cədvəlinin 2ci bəndinə əsasən alıcı ödənişini gecikdirdiyi halda, hər gün üçün gecikdirilən məbləğin 1 faizədək həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh İMEİ KOD **********11255 XİAOMİ REDMİ NOTE 9 markalı telefon, MİNİ SOBAHOFFMANN, HOFFMANN LED TV, HAYLOU GT6 qulaqlıq, PALTARYUYAN HOFFMANN, İMEİ KOD **********73487 XİAOMİ REDMİ NOTE 10S markalı telefon verilərək 22130880 nömrəli xx.xx.2020-ci il tarixli, 22341349 nömrəli xx.xx.2021-ci il tarixli, 029737 nömrəli xx.xx.2021-ci il tarixli, ******* nömrəli xx.xx.2022-ci il tarixli, ******* nömrəli xx.xx.2022-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində 22130880 nömrəli xx.xx.2020-ci il tarixli, 22341349 nömrəli xx.xx.2021-ci il tarixli, 029737 nömrəli xx.xx.2021-ci il tarixli, ******* nömrəli xx.xx.2022-ci il tarixli, ******* nömrəli xx.xx.2022-ci il tarixli müqavilələrin əlavəsi olan ödəniş cədvəlinə əsasən aylıq ödənişləri vaxtında ödəməmiş, müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qalıq qalmış əsas borcun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 22130880 nömrəli xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 28.6 manat məbləğində, 22341349 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 256 manat məbləğində, 029737 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 12.1 manat məbləğində, ******* nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 459.78 manat məbləğində, ******* nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 622 manat məbləğində əsas borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmənin qənaətinə görə borclu öhdəliyini lazımınca icra etmədiyindən, o cümlədən müəyyənləşdirilmiş müddətdə öhdəliyinin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etdiyindən, məhkəmə iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə 22130880 nömrəli xx.xx.2020-ci il tarixli, 22341349 nömrəli xx.xx.2021-ci il tarixli, 029737 nömrəli xx.xx.2021-ci il tarixli, ******* nömrəli xx.xx.2022-ci il tarixli, ******* nömrəli xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən hesablanmış müvafiq olaraq 2.4 manat, 25 manat, 1.9 manat, 45.22 manat və 62 manat cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia ərizəsi qeyd edilən hissədə də əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 22130880 nömrəli xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 28.6 manat əsas borc və 2.4 manat cərimə borcu olmaqla cəmi 31 manat borc, 22341349 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 256 manat əsas borc və 25 manat cərimə borcu olmaqla cəmi 281 manat borc, 029737 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 12.1 manat əsas borc və 1.9 manat cərimə borcu olmaqla cəmi 14 manat borc, ******* nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 459.78 manat əsas borc və 45.22 manat cərimə borcu olmaqla cəmi 505 manat borc, ******* nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 622 manat əsas borc və 62 manat cərimə borcu olmaqla cəmi 684 manat borc olmaqla, ümumilikdə 1515 manat borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia təmin edildiyindən Cavabdeh 35.15 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 284, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia təmin edilsin. Cavabdeh 22130880 nömrəli xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 28.6 (iyirmi səkkiz manat altmış qəpik) manat əsas borc və 2.4 (iki manat qırx qəpik) manat cərimə borcu olmaqla cəmi 31 (otuz bir) manat borc, 22341349 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 256 (iki yüz əlli altı) manat əsas borc və 25 (iyirmi beş) manat cərimə borcu olmaqla cəmi 281 (iki yüz səksən bir) manat borc, 029737 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 12.1 (on iki manat on qəpik) manat əsas borc və 1.9 (bir manat doxsan qəpik) manat cərimə borcu olmaqla cəmi 14 (on dörd) manat borc, ******* nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 459.78 (dörd yüz əlli doqquz manat yetmiş səkkiz qəpik) manat əsas borc və 45.22 (qırx beş manat iyirmi iki qəpik) manat cərimə borcu olmaqla cəmi 505 (beş yüz beş) manat borc, ******* nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 622 (altı yüz iyirmi iki) manat əsas borc və 62 (altmış iki) manat cərimə borcu olmaqla cəmi 684 (altı yüz səksən dörd) manat borc olmaqla, ümumilikdə 1515 (bir min beş yüz on beş) manat borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh 35.15 (otuz beş manat on beş qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar