Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-910/2023 30.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X4 katibliyi, Ərizəçi1 maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu, Gözbarax kəndində yaşayan torpaq sahəsi almaq hüququ olan vətəndaşların siyahısında 409-cu sırada qeyd olunmuş "Balayeva Şəhərgül Mirzə" qızına aid məlumatların xx.xx.1962-ci il tarixdə Zaqatala rayonu, Gözbarax kəndində doğulmuş Ərizəçi1 aid olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarına əsasən Ərizəçi2 və ailə üzvlərinin paylı mülkiyyətinə Zaqatala rayonu, Gözbarax kəndi ərazisində yerləşən ümumi ərazisi 0,84 ha olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin həmin dövrdə Aqrar İslahat Komissiyasının müvafiq qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında texniki səhv olaraq Ərizəçi2 arvadının adı Ərizəçi1 əvəzinə Balayeva Şəhərgül Mirzə qızı kimi qeyd edilmişdir. Lakin digər bütün sənədlərdə onun adı və soyadı Ərizəçi1 kimi qeyd edilmişdir. Hazırda onun və ailə üzvlərinin paylı mülkiyyətinə verilmiş sözügedən torpaq sahəsi üzərində əmlak hüquqlarının dövlət qeydiyyatına alınması üçün Zaqatala şəhəri ərazisində yerləşən "Səyyar Asan Xidməti" Məntəqəsinə müraciət etmişdir. Lakin həmin orqanda müraciəti ilə bağlı araşdırma aparılarkən müəyyən olunmuşdur ki, "Torpaq islahatının nəticələri barədə torpaq sahəsi almış vətəndaşların siyahısında" adı səhv qeyd olunmuşdur, buna görə də adlı siyahıda adının düzəldilməsi üçün "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X12 18 Saylı Zaqatala Ərazi İdarəsinə müraciət etməsi tövsiyyə olunmuşdur. Bununla bağlı olaraq, yəni həmin adlı siyahıda adlarının dəyişdirilməsi üçün Zaqatala rayonu Gözbarax kənd inzibati dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5-82-23-2/102/2023 və 5-82-23-2/103/2023 nömrəli arayışlar əsasında "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X12 18 Saylı Zaqatala Ərazi İdarəsinə müraciət etsə də, ərizədə qeyd olunan məsələnin həlli üçün məhkəməyə müraciət etməli olduqları onlara rəsmi qaydada xx.xx.2023-cü il tarixli 3-21-3- 47/2-B-00xx-xx/2023 və 3-21-3-47/2-B-00xx-xx/2023 nömrəli məktublarla bildirilmişdir. Hazırda Zaqatala rayonu Gözbarax kəndində yerləşən ümumi sahəsi 0,84 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onlara məxsus olan paylarının üzərində mülkiyyət hüquqlarından eləcə də sərəncam vermək hüquqlarından istifadə edə bilmirlər. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Qeyd etdiyi faktı yəni Aqrar İslahat Komissiyasının müvafiq qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında qeyd edilən Balayeva Şəhərgül Mirzə qızının Ərizəçi1 olması faktını ərizəyə əlavə etdiyi arayışlar, eləcə də məhkəməyə təqdim edəcəyi digər sənədlər (nikah haqqında şəhadətnamə), şahidlər, qohumları Zaqatala rayonu Gözbarax kənd sakinləri X8 (ş/v: AA1055609) və sair şahidlər təsdiq edə bilərlər. Ərizəyə qarşı etirazın dəlilləri Ərizəyə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Mülki iş üzrə Ərizəçi1 və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, Ərizəçi1 etibarnamə üzrə nümayəndəsi Ərizəçi2 məhkəməyə ərizə göndərərək iddianı müdafiə etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmiş, maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 18 saylı Zaqatala Ərazi İdarəsinin rəisi də məhkəməyə məktub göndərərək məhkəmə iclasında nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Zaqatala rayonu Gözbarax Bələdiyyəsi tərəfindən verilmiş 25 aprel 2023-cü il tarixli № 18 saylı arayışdan görünür ki, torpaq islahatı zamanı Ərizəçi2 və ailəsinə 3 (üç) nəfər olmaqla 0.84 ha torpaq payı sahəsi verilmişdir. Mənzil İstismar Hissəsi 11 saylı Komendant Sahəsi tərəfindən verilmiş 10 avqust 2023-cü il tarixli № 200 saylı və 11 avqust 2023-cü il tarixli № 288 saylı arayışlardan görünür ki, Xəzər rayonu Qala qəsəbəsi N nömrəli hərbi hissənin hərbi qulluqçularının və onların ailə üzvlərinin qeydiyyat kitabına uyğun olaraq 1996-cı ildə ev 2, mənzil 16 ünvanında yaşayan gizir Ərizəçi2 ailə tərkibi həyat yoldaşı-Ərizəçi1, qızı-X5 və digər qızı- X1 ibarətdir. Zaqatala RİHB-nin Gözbarax kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 aprel 2023-cü il tarixli № 5-82-23-2/102/2023 saylı arayışdan görünür ki, Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında texniki səhv olaraq Balayeva Şəhərgül Mirzə qızı qeyd edilmişdir. Odur ki, AZE ******** nömrəli şəxsiyyət vəsiqəsində qeyd olunan Ərizəçi1 ilə adlı siyahıda qeyd olunan Balayeva Şəhərgül Mirzə qızı eyni şəxsdir. Zaqatala RİHB-nin Gözbarax kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 aprel 2023-cü il tarixli № 5-82-23-2/103/2023 saylı arayışdan görünür ki, Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında texniki səhv olaraq X6 qeyd edilmişdir. Odur ki, AA ******* nömrəli şəxsiyyət vəsiqəsində qeyd olunan X7 ilə adlı siyahıda qeyd olunan X6 eyni şəxsdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 432196 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, həmin plan Zaqatala rayon Aqrar İslahatı Komissiyasının xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə Ərizəçi2 mülkiyyətinə verilmiş Zaqatala rayonu Gözbarax kəndində yerləşən 8399 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi ilə bağlı tərtib edilmiş və X13 kitabında xx.xx.2013-cü il tarixdə 63 nömrə ilə uçota alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 18 saylı Zaqatala Ərazi İdarəsinin 20 iyun 2023-cü il tarixli № 3-21-3-47/2-13-00xx-xx/2023 saylı Ərizəçi1 ünvanlanmış məktubdan görünür ki, Aqrar İslahat Komissiyasının qərarı əsasında torpaq payı almış mülkiyyətçilərin siyahısında onun adına olan texniki səhvi şəxsiyyət vəsiqəsinə uyğun düzəliş edilməsinə köməklik göstərilməsi barədə ərizəyə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Ərizədə qeyd olunan məsələnin həlli 18 saylı Zaqatala Ərazi İdarəsinin sələhiyyətləri daxilində deyildir. Odur ki, müraciətdə qaldırılan məsələnin həlli ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmələri məqsədəuyğun hesab edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 18 saylı Zaqatala Ərazi İdarəsinin 23 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Zaqatala rayonu Gözbarax kəndi üzrə subyektlər siyahısında 409-cu sırada qeyd olunan şəxslər Ərizəçi2, Balayeva Şəhərgül Mirzə qızı, X2r. AZE******** nömrəli Şəxsiyyət vəsiqəsindən görünür ki, vəsiqə xx.xx.1960-cı il tarixdə anadan olmuş Ərizəçi2 məxsusdur. AZE******** nömrəli Şəxsiyyət vəsiqəsindən görünür ki, vəsiqə xx.xx.1962-ci il tarixdə anadan olmuş Ərizəçi1 məxsusdur. AA0402166 nömrəli Şəxsiyyət vəsiqəsindən görünür ki, vəsiqə xx.xx.1984-cü il tarixdə anadan olmuş X3 məxsusdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarı Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Həmin qərarın 1.5-ci bəndində deyilir; Hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarına əsasən Ərizəçi2 və ailə üzvlərinin paylı mülkiyyətinə Zaqatala rayonu, Gözbarax kəndi ərazisində yerləşən ümumi ərazisi 0,84 ha olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin həmin dövrdə Aqrar İslahat Komissiyasının müvafiq qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında texniki səhv olaraq Ərizəçi2 arvadının adı Ərizəçi1 əvəzinə Balayeva Şəhərgül Mirzə qızı kimi qeyd edilmişdir. Zaqatala rayonu Gözbarax kəndi üzrə subyektlər siyahısında 409-cu sırada qeyd edilənlər həmin şəxsin şəxsiyyət vəsiqəsində və digər hüquq müəyyənedici sənədlərdə göstərilən müvafiq olaraq adı ilə düz gəlmir. Eyni zamanda, həmin sənəd hüquqmüəyyənedici sənəd olmaqla, məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Eyni zamanda, digər bütün sənədlərdə onun adı Ərizəçi1 kimi qeyd edilmişdir. Ona görə də Zaqatala rayonu Gözbarax kəndində yerləşən ümumi sahəsi 0,84 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onlara məxsus olan paylarının üzərində mülkiyyət hüquqlarından eləcə də sərəncam vermək hüquqlarından istifadə edə bilmir. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Zaqatala RİHB-nin Gözbarax kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 aprel 2023-cü il tarixli № 5-82-23-2/103/2023 saylı arayışdan görünür ki, Ərizəçi1 (şəxsiyyət vəsiqəsi AZE ********) ilə adlı siyahıda qeyd olunan Balayeva Şəhərgül Mirzə qızı eyni şəxsdir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarına əlavə edilmiş Zaqatala rayonu Gözbarax kənd ərazisində yaşayan torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında Ərizəçi2 ailə üzvü kimi qeyd edilmiş torpaq payı alan şəxslərin sırasında sıra nömrəsi 409 olan arvadı "Balayeva Şəhərgül Mirzə" qızının xx.xx.1962-ci il tarixdə Zaqatala rayonu, Gözbarax kəndində doğulmuş Ərizəçi1 kimi nəzərə alınmaqla həmin məlumatların Ərizəçi1 aid olması faktı müəyyən edilməlidir. Ərizəçinin dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat rüsum onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 307.2.5, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi Ərizə təmin edilsin. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarına əlavə edilmiş Zaqatala rayonu Gözbarax kənd ərazisində yaşayan torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında Ərizəçi2 ailə üzvü kimi qeyd edilmiş torpaq payı alan şəxslərin sırasında sıra nömrəsi 409 olan arvadı "Balayeva Şəhərgül Mirzə" qızının xx.xx.1962-ci il tarixdə Zaqatala rayonu, Gözbarax kəndində doğulmuş Ərizəçi1 kimi nəzərə alınmaqla həmin məlumatların Ərizəçi1 (şəxsiyyət vəsiqəsi AZE ********) aid olması faktı müəyyən edilsin. Ərizəçinin dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat rüsum onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-910/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-910/2023
30.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver