Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-939/2022 26.09.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu sədrliyi, məhkəmə iclasının katibi X4, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X10 Təsərrüfatı Mərkəzinin nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Zaqatala X1rşı barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X10 Təsərrüfatı Mərkəzi ilə əvvəllər işlədiyi X9 və Bərpası Müəssisəsindən xx.xx.2017-ci il tarixli 54 nömrəli əmri ilə işdən çıxarılarkən, üzərinə qoyulmuş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci madəsinin “c” bəndinin üzərindən götürülməsinə və gələcəkdə işə bərpa olunmağı barədə 27 yanvar 2022-ci il tarixli MŞİH 13587 nömrəli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.2005-ci il tarixdən (X9 və Bərpası Müəssisəsində) X10 Təsərrüfatı Mərkəzində meşə gözətçisi işləmişdir. X10 Təsərrüfatı Mərkəzinin direktor əvəzi olmuş, Həbib Poladovun xx.xx.2017-ci il tarixi 54 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci madəsinin “c” bəndi ilə işdən azad olunmuşdur. Belə ki, 27 yanvar 2022-ci il tarixli MŞİH 13587 nömrəli barışıq sazişinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X10 Təsərrüfatı Mərkəzi ilə əvvəllər işlədiyi X9 və Bərpası Müəssisəsindən xx.xx.2017-ci il tarixli 54 nömrəli əmrlə işdən çıxarılarkən, üzərinə qoyulmuş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci madəsinin “c” bəndinin üzərindən götürülməsinə və gələcəkdə işə bərpa olunmağı barədə razılığa gəlinmişdir. Maraqlı şəxs barışıq sazişini könüllü icra etməkdən imtina edir. Hazırda barışıq sazişinin məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Ona görə də məhkəməyə ərizə ilə müraciət edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X10 Təsərrüfatı Mərkəzinin nümayəndəsi X6 izahat verərək bildirdi ki, ərizənin təmin edilməsinə etiraz etmir. İcra sənədi olduğu halda Ərizəçi işə bərpa olunacağını bildirdi. İşin halları 27 yanvar 2022-ci il tarixli MŞİH-11434 nömrəli Barışıq sazişinin 2.1-ci bəndindən görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin, X10 Təsərrüfatı Mərkəzinin səlahiyyətli nümayəndəsi X2 Vüqar Məmməd oğlunun əvvəllər işlədiyi X9 və Bərpası Müəssisəsindən 18 may 2017-ci il tarixdə 54 nömrəli əmrlə işdən çıxarılarkən üzərinə qoyulmuş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "C" bəndinin onun üzərindən götürülməsinə və gələcəkdə işə bərpa olunmasında razılığa gəlmişlər. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin, X10 Təsərrüfatı Mərkəzinin xx.xx.2022-ci il tarixli 27/14/99- 005 nömrəli məktubundan görünür ki, X9 və Bərpası Müəssisəsindən 2017-ci ilin may ayında işdən çıxarılarkən üzərinə qoyulmuş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "C” bəndinin götürülməsi və işə bərpa olunması tələbi ilə bağlı xx.xx.2022-ci il tarixli, №MŞİH-13587 nömrəli mediasiya şurasının Zaqatala rayon filialı ilə bağlanmış Barışıq Sazişi № MŞİH- 11434 -nə cavab olaraq könüllü icranın mümkünsüz olduğu üçün məhkəmənin məcburi icra vərəqəsini Mərkəzə təqdim etməsi Ərizəçi xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 305.1 və 305.1.17-ci maddələrinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanunu 33.1-ci maddəsinə əsasən Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer; tərəflər haqqında məlumat; mübahisənin predmeti; mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. 33.2-ci maddəsinə əsasən barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununu 9.1 və 9.1.1-ci maddələrinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tərəflərin izahatları, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, ərizəçi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "C" bəndinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X10 Təsərrüfatı Mərkəzindən 18 may 2017-ci il tarixli 54 nömrəli əmrlə işdən çıxarılmışdır. 27 yanvar 2022-ci il tarixli MŞİH-11434 nömrəli Barışıq sazişinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin, X10 Təsərrüfatı Mərkəzinin səlahiyyətli nümayəndəsi X2 Vüqar Məmməd oğlunun əvvəllər işlədiyi X9 və Bərpası Müəssisəsindən 18 may 2017-ci il tarixdə 54 nömrəli əmrlə işdən çıxarılarkən üzərinə qoyulmuş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "C" bəndinin onun üzərindən götürülməsinə və gələcəkdə işə bərpa olunmasında razılığa gəlmişlər. Ərizəçi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X10 Təsərrüfatı Mərkəzinə müraciət edərək 18 may 2017-ci il tarixdə 54 nömrəli əmrlə işdən çıxarılarkən üzərinə qoyulmuş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "C" bəndinin onun üzərindən götürülməsinə və gələcəkdə işə bərpa olunmasına dair barışıq sazişinin icra olunmasını tələb etmiş, lakin könüllü icranın mümkünsüz olduğu ona bildirilmiş və məhkəmənin məcburi icra vərəqəsini Mərkəzə təqdim etməsi Ərizəçi tələb edilmişdir. Ərizəçi Barışıq sazişinin maraqlı şəxs tərəfindən icra edilməməsinə əsaslanaraq məcburi icra üçün barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir, maraqlı şəxs nümayəndəsi ərizənin təmin edilməsinə etirazının olmadığını bildirir. Məhkəmə hesab edir ki, 27 yanvar 2022-ci il tarixli barışıq sazişi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun bağlanmış, sazişdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26-cı maddəsində sadalanmış halların olması müəyyən edilmir, saziş “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununa zidd deyil və sazişin təsdiq edilməsindən imtina olunması üçün heç bir əsas yoxdur. Məhkəmə araşdırmasında müəyyən edilmiş hallardan da görünür ki, maraqlı şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X10 Təsərrüfatı Mərkəzi 27 yanvar 2022-ci il tarixdə bağlanmış barışıq sazişinin könüllü icra etməkdən imtina edir və barışıq sazişinin məcburi icra edilməsi üçün onun məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Göründüyü kimi, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi əvvəllər işlədiyi X9 və Bərpası Müəssisəsindən xx.xx.2017-ci il tarixli 54 nömrəli əmri ilə işdən çıxarılarkən üzərinə qoyulmuş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinin üzərindən götürülməsi və gələcəkdə işə bərpa olunması barədə maraqlı şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X10 Təsərrüfatı Mərkəzi arasında bağlanmış 27 yanvar 2022-ci il tarixli MŞİH 13587 nömrəli barışıq sazişi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi Ərizə təmin edilsin. Ərizəçi əvvəllər işlədiyi X9 və Bərpası Müəssisəsindən xx.xx.2017-ci il tarixli 54 nömrəli əmri ilə işdən çıxarılarkən üzərinə qoyulmuş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinin üzərindən götürülməsi və gələcəkdə işə bərpa olunması barədə maraqlı şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X10 Təsərrüfatı Mərkəzi arasında bağlanmış 27 yanvar 2022-ci il tarixli MŞİH 13587 nömrəli barışıq sazişi təsdiq edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov
Məhkəmə qərarları › İş №e-2(033)-939/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-939/2022
26.09.2022 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver