Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-971/2023 25.12.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X5 katibliyi Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə3 iştirakları ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X22 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Balakən Rayon Dövlət Arxivindən “X14”, “Rəcəb-Rəcab-Racab-R-Hazrat H.-İbrahim R” adlı şəxsin adına verilmiş, xx.xx.2021-cı il tarixli 111 nömrəli əmək haqqı və sair barədə arxiv arayışının ona məxsus olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 1971 - 1974-cü il tarixdən, 1977-1983-cü il tarixədək Balakən rayon İtitala kəndi "M.F.Axundov" adına kolxozda kolxozçu, çoban, fermer işçisi işləmişdir. 30 oktyabr 1974-cü ildən 5 noyabr 1976-cı ilədək hərbi xidmətdə olmuşdur. 05 fevral 1977-ci il tarixdən 01 sentyabr 1978-ci il tarixədək Balakən rayon İtitala poçt şöbəsində poçtalyon, 1984-cü il tarixdən 1990-cı il tarixədək Gürcüstan SSSR-nin Çitezi Çkaro rayonunun Zemokedi kolxozunda kolxozçu, traktorist, sürücü, xx.xx.1990-cı ildən avtobus parkında sürücü, xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Zaqatala 2720 saylı avtomobil bazasında sürücü işləmişdir. xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maraqlı şəxsə müraciət etmişdir. Belə ki, Balakən Rayon Dövlət Arxivindən verilmiş xx.xx.2021-cı il tarixli 111 nömrəli əmək haqqı və sair barədə arxiv arayışda Ərizəçi əvəzinə “X14”, “Rəcəb-Rəcab-Racab-R-Hazrat H. - İbrahim R” kimi göstərilmişdir. Soyadı “Ərizəçi” əvəzinə “Mamedov İbrahim, ata adı isə “Rəcəbəliyeviç” əvəzinə “Rəcəb-Rəcab-Racab-R-Hazrat H. - İbrahim R” kimi qeyd edilmişdir. Bu hal işçilərin səhlənkərlığından baş vermişdir. “1971-1974-cü il tarixlərdə və 1977-1983-cü il tarixədək Balakən rayon İtitala kəndi “M.F.Axundov adına kolxozda işlədiyinə dair şəxsi hesab kitabında işçilərin səhlənkərlığından ata adı “Rəcəbəliyeviç” əvəzinə Hazrat H. - İbrahim R., 1971, 1973, 1977, 1981-1983-cü illərdə “Rəcəb”, 1974-cü ildə “Rəcab”, 1979cu ildə “Racab”, 1972, 1980, 1982 və 1983-cü illərdə “R “ kimi qeyd edilmişdir.” Bu səbəbdən maraqlı şəxs ona pensiyanın təyin edilməsindən imtina etmişdir. Odur ki, sənədin şəxsə məxsus olması barədə ərizə ilə məhkəməyə müraciət edir. Ərizəyə qarşı etirazın dəlilləri Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək Ərizəçi Rəcəbəlıyeviçin maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun və Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ənzə ilə müraciət etmişdir. Hesab edirik ki, 2(033)-971/2023 nömrəli ış üzrə ərizə əsassızdır və təmin edilməməlidir. Bununla əlaqədar olaraq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik. Ərizəçi məhkəməyə müraciət edərək Balakon rayon Dövlət Arxivindən “X14”, “Rəcəb-Rəcab-Racab-R-Hazrat H -İbrahim R” adlı şəxsin adına verilmiş 09 07 2021-ci il tarixli 111 nömrəli əmək haqqı və sair barədə arxiv arayışının Ərizəçi məxsus olması ilə bağlı hüquqi faktın müəyyən edilməsini xahiş etmişdir. Nəzərinizə çatdırıram ki, məhkəmələr hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işləri qüvvədə olan qanunvericiliyə uyğun, dövlət, huquqi və fiziki şəxslərin qanunla müdafiə olunan mənafelərini təmin etməklə əsasən düzgün həll etməlidirlər. Bununla yanaşı, bu kateqoriyadan olan işlərə baxılarkən məhkəmələr tərəfindən bir sıra hallarda maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verilir, prosessual qanunverciliyin tələblərinə əməl edilmir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixlı 03 saylı qərarı) Belə ki, ərizələrə lazımı sənədlərin əldə edilməsinin, yaxud itirilmiş sənədlərin bərpa edilməsinin qeyri-mümkün olmasını təsdiq edən subutlar əlavə edilmədiyi, işə xüsusi icraat qaydasında baxılması istisna edildiyi halda və yaxud heç bir hüquqi nəticə doğurmayan hüquqi faktların müəyyən edilməsinə dair ərizələrə baxılaraq qətnamə qəbul edilir. Eləcə də hüquqi faktın müəyyən edilməsində maraqlı şəxslərin dairəsi müəyyən edilərək onlar işə cəlb edilmir, bəzən faktın müəyyən edilməsi ilə əlaqədar məsələlər məhkəmələr tərəfindən kifayət qədər tam, hərtərəfli və obyektiv araşdırılmır, iş üzrə qəbul edilmiş məhkəmə aktları prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib ediİmir. Xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPM-nin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nın 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarlarının 1-ci maddəsində Məhkəmələrin diqqəti hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb edilməsini qeyd edir. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar huquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Hazırda ərizəçinin müəyyən etmək istədiyi fakt onun ad, soyad və ata adındakı uyğunsuzluğun məhkəmə qətnaməsi ilə aradan qaldırılmasıdır. Belə olduğu təqdirdə məhkəmə tərəfindən ilk oncə huquqmüəyyənedici sənəddə uyğunsuzluğun aradan qaldırılması üçün ərizəçiyə həmin sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilib- edilmədiyi araşdırılmalıdır. Bundan başqa, Ali Məhkəmənin qeyd olunan Plenum qərarının 6-cı maddəsində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-cı maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və va soyadı ilə düzgün gəlmədiyi halda huquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- səxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir), ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır, üçüncüsü – məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Belə ki, qanunvericiliyin tələblərinə müvafiq olaraq ərizəçi arayışı verən müvafiq orqana sənəddəki səhvlərin aradan qaldırılması ilə bağlı müraciət etməli, yalnız həmin orqan tərəfindən səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edildikdən, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirildikdən sonra hüquqmüəyyənedici sənədlərin həmin səxsə məxsus olması faktı məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxıla bilər. Göründuyü kimi, hazırki işdə hüquqmüəyyənedici sənəddə olan uyğunsuzluqlar aradan qaldırılmasına dair müraciət və hər hansı imtina və ya həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması barədə cavab mövcud deyildir. Ərizəçi lazımı sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ile əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki. onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi- ərizəsinin məzmununa uyğun izahat verərək, onun dəlillərini müdafiə etdiyini bildirmiş və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə3 etiraz ərizəsini müdafiə etdiyini, ərizənin təmin edilməsinə etiraz etdiyini bildirdi. Şahid qismində dindirilmiş X11 çıxış edərək bildirdi ki, Ərizəçi ilə birlikdə Balakən rayonu İtitala kəndində fermada işləmişlər. Təxmini olaraq 1980-cı ildən 5-6 il birlikdə işləmişlər. Birlikdə işlədikləri dövrdə ərizəçini Mamedov İbrahim kimi tanımışdır. Mamedov İbrahim o dövrdə kolxozda sağıcı işləmişdir. Kolxozda onu X7 deyə çağırırdılar. Şahid qismində dindirilmiş X17 çıxış edərək bildirdi ki, ərizəçi ilə qonşudurlar, həmkəndlidirlər. Onu kənddə hər kəs X4 tanıyıbdır. Ondan 2-3 yaş böyükdür. Əvvəllər ərizəçi fermada işləyib. Mamulaşvili soyadı ilə bağlı heç bir sual verməmişdir. Əvvəllər Gürcüstana yaşayıb. Ərizəçinin atasını da tanıyır. Ayrı-ayrı fermalarda işləyiblər. Ərizəçini sadəcə qonşu kimi tanımışdır. İşin halları Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 12 avqust 2022-ci il tarixdə verilmiş AZ-T seriyalı 212752 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1956-cı il tarixdə anadan olmuş X2 atası X12, anası X3r. Zaqatala Rayon Mənzil İstismar İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Ərizəçi Zaqatala şəhəri SMD-20 ev 2 mənzil 2-də yaşayır. Balakən Rayon İcra Hakimiyyəti Başçısının İtitala kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Ərizəçi həqiqətən 1971-1974-cü il tarixlərdə və 1977-1983-cü il tarixədək Balakən rayon İtitala kəndi "M.F.Axundov" adına kolxozda şəxsi hesab kitablarında ad və soyad "Mamedov İbrahim", ata adı isə 1971, 1973, 1977, 1981-1983-cü illərdə "Rəcəb", 1974-cü ildə "Rəcab", 1979-cu ildə "Racab", 1972, 1980, 1982 və 1983-cü illərdə "R", AA ******* şəxsiyyət vəsiqəsində olan Ərizəçilə eyni şəxsdir. Balakən Rayon İcra Hakimiyyəti Başçısının İtitala kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, həqiqətən X7 AA ******* şəxsiyyət vəsiqəsində olan Ərizəçilə eyni şəxsdir. AA******* nömrəli Şəxsiyyət Vəsiqəsindən görünür ki, vəsiqə xx.xx.1956-cı il tarixdə anadan olmuş Ərizəçi məxsusdur. Gürcüstan Respublikası Siteli-Skaro VVAQ bürosu tərəfindən xx.xx.1989-cu il tarixdə verilmiş Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1956-cı il tarixdə anadan olmuş Ərizəçi atası X6, anası X1r. Balakən Rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivi tərəfindən 09 iyul 2021-ci il tarixdə və 10 oktyabr 2023-cü il tarixdə verilmiş arxiv arayışlarından görünür ki, Balakən rayonu İtitala kəndi “M.F.Axundov” adına kolxozun şəxsi hesab kitablarına əsasən X8 işlədiyi zaman əmək haqqı və günləri aşağıdakılar kimi qeyd edilmişdir: kolxozçu kimi - 1971-9,35; 1972-7,12; 1973-21,22; 1974-54,18; 1977-4,27; 1979-103,85; çoban kimi 1980-1779,29; ferma işçisi kimi- 1981-1212,66; 1982-1234,47; 1983-638,04. Qeyd: 1971,1973,1977,1981 -1983-cü illərdə atasının adı Rəcəb. 1974-cü ildə Rəcab, 1979-cu ildə Racab, 1971, 1973-cü illərdə R. kimi qeyd edilib. 1972, 1980, 1982, 1983-cü illərdə atasının adı qeyd edilməyib. 1971-ci ildə Hazrat H. yazılıb, üstündən xətt çəkilib İbrahim R. yazılıb. Balakən Rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivi tərəfindən 10 oktyabr 2023-cü il tarixdə verilmiş məktubundan görünür ki, təqdim edilmiş sənədlər əsasında Ərizəçi Balakən regional Asan Xidmət Mərkəzi vasitəsilə X9 Balakən rayonu İtitala kəndi “M.F.Axundov” adına kolxozun şəxsi hesab kitablarına əsasən 1971-1974, 1977, 1979- 1983-cü illərdə işlədiyi barədə arayışı göndərilmişdir. Arayış hazırlanarkən arxiv sənədlərindəki məlumatlar olduğu kimi arayışlarda qeyd edilir, arxiv sənədlərində düzəliş etmək qanun pozuntusudur. Balakən Rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivi tərəfindən 14 dekabr 2023-cü il tarixdə verilmiş arxiv arayışından görünür ki, Balakən rayonu İtitala kəndi “M.F.Axundov” adına kolxozun şəxsi hesab kitablarına əsasən X13 1982-1996-cı illərdə kolxozçu vəzifəsində işləmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarı Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, Ərizəçi adına Balakən Rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivi tərəfindən 09 iyul 2021-ci il tarixdə və 10 oktyabr 2023-cü il tarixdə verilmiş arxiv arayışlarında ərizəçinin 1971, 1973, 1977, 1981-1983-cü illərdə atasının adı Rəcəb, 1974cü ildə Rəcab, 1979-cu ildə Racab, 1971, 1973-cü illərdə R. kimi qeyd edilib. 1972, 1980, 1982, 1983-cü illərdə atasının adı qeyd edilməyib. 1971-ci ildə Hazrat H. yazılıb və üstündən xətt çəkilib, İbrahim R. kimi qeyd edilib. Əlavə olaraq onun adı arayışlarda X4 də qeyd edilib. Həmin arxiv arayışlarındakı ərizəçinin soyadı, atasının adı həmin şəxsin şəxsiyyət vəsiqəsində və digər hüquq müəyyənedici sənədlərdə göstərilən müvafiq olaraq soyadı və ata adı ilə düz gəlmir, yəni üst-üstə düşmür. Eyni zamanda, Balakən Rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivi tərəfindən 09 iyul 2021-ci il tarixdə verilmiş arxiv arayışı hüquqmüəyyənedici sənəd olmaqla, məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Qeyd edilmişdir ki, arayış hazırlanarkən arxiv sənədlərindəki məlumatlar olduğu kimi arayışlarda qeyd edilir, arxiv sənədlərində düzəliş etmək qanun pozuntusudur. Eyni zamanda, digər bütün sənədlərdə onun adı Ərizəçi kimi qeyd edilmişdir. Ona görə də, ərizəçi sosial təminat hüquqlarından istifadə edə bilmir. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Balakən Rayon İcra Hakimiyyəti Başçısının İtitala kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, X7 AA ******* şəxsiyyət vəsiqəsində olan Ərizəçilə eyni şəxsdir. Bundan başqa, məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunanlar və qanunvericiliyin tələbləri hazırki ərizəyə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılması üçün əsasdır. Belə ki, Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 1.5-ci bəndində deyilir; Hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Balakən Rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivi tərəfindən 09 iyul 2021-ci il tarixdə verilmiş 111 nömrəli arxiv arayışında qeyd edilmiş X14, Hazrat H., İbrahim R.-nin xx.xx.1956-cı il tarixdə doğulmuş Ərizəçi kimi, Rəcəb, Racab, Rəcab, R. kimi qeyd edilmiş ata adının isə Rəcəbəliyeviç kimi nəzərə alınmaqla həmin sənədin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Ərizəçinin dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat rüsum onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 307.2.5, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi Ərizə təmin edilsin. Balakən Rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivi tərəfindən 09 iyul 2021-ci il tarixdə verilmiş 111 nömrəli arxiv arayışında qeyd edilmiş X14, Hazrat H., İbrahim R.-nin xx.xx.1956-cı il tarixdə doğulmuş Ərizəçi kimi, Rəcəb, Racab, Rəcab, R. kimi qeyd edilmiş ata adının isə Rəcəbəliyeviç kimi nəzərə alınmaqla həmin sənədin Ərizəçi (şəxsiyyət vəsiqəsi AA 0507274) məxsus olması faktı müəyyən edilsin. Ərizəçinin dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat rüsum onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-971/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-971/2023
25.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver