Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-1/2025 17.03.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmməbağır qızının katibliyi, Cavabdeh X2 iştirakı ilə, İddiaçı «X8 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X3 qarşı «pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: Kreditor “Optimal Elektronika» (X8 Olmayan Kredit Təşkilatı) Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, borcludan müqavilə üzər 3164.35 manat qalıq borc və 1186.72 manat cərimə borcunun və 20 manat ödənilmiş dövlət rüsmunun tutulmasına dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin 2(034)-613/2021 nömrəli, 27 avqust 2021-ci il tarixli məhkəmə əmri ilə kreditorun tələbi təmin edilmişdir. Borclu Cavabdeh 25 noyabr 2024-cü il tarixdə məhkəməyə müraciət edərək Zəngilan Rayon Məhkəməsinin 2(034)-613/2021 nömrəli, 27 avqust 2021-ci il tarixli əmrinə etirazını təqdim etmiş və əmrin ləğv edilərək iddia icraatına keçilməsini xahiş etmişdir. Borclu ərizəsini onunla əsasdandırmşıdr ki, onun borcu məhkəmə əmrindən göstərilən qədər deyil, yanlışlıq var. Məhkəmə əmrindən isə Binəqədi rayon İcra şöbəsində olarkən, yəni 16 noyabr 2024-cü il tarixdə məlumatı olmuşdur. Zəngilan Rayon Məhkəməsinin e-2(034)-767/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Zəngilan Rayon Məhkməsinin 27 avqust 2021-ci il tarixli, 2(034)-613/2021 nömrəlit məhkəmə əmri ləğv edilmiş, iş üzrə materiallar Azərbaycan Respublikası MPM ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirilmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı «X8 Olmayan Kredit Təşkilatı» (Optimal Elektronika) Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017 -ci il tarixli ORK01010 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, borcluya 1499 manat, xx.xx.2017-ci il tarixli ORK01041 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 808.70 manat, xx.xx.2018-ci il tarixli ORK01144 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən isə 1994 manat dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul borcluya təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Borcluya dəfələrlə tərəfərindən yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Müqavilənin tələbinə əsasən, borclu müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yertirmədiyi təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Borclunun kreditor qarşısında ORK01010 saylı müqavilə üzrə qalıq borcu 799 manat, ORK01041 saylı müqavilə üzrə qalıq borcu 713.70 manat, ORK01144 saylı müqavilə üzrə isə 1651.65 təşkil edir. Müqavilənin tələbinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 %-i həcmində cərimə (dəbbə) pulu ödəməyi borclu öhdəsinə götürmüşdür. Borclunun kreditor qarşısında müqavilə üzrə cərimə borcu müvafiq müqavilələr üzrə 2890.70, 2708,49, 6268,01 manat təşkil etmişdir. Hazırda borcluya qarşı kreditor tərəfindən güzəşt siyasəti tətbiq edildiyi üçün hesablanmış cərimə məbləğinin yalnız 10%-ni ödəməyi borcludan tələb edir. Həmin məbləğin 10%-i isə 1186.72 manat təşkil edir. İddiaçı «X8 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il tarixli, ORK01010 saylı müqavilə üzrə 799 əsas, 395.57 cərimə, 6.67 manat dövlət rüsumu, cəmi 1201.24 manat, xx.xx.2017-ci il tarixli, ORK01041 saylı müqavilə üzrə 713.70 manat əsas, 395.57 manat cərimə, 6.67 manat dövlət rüsumu, cəmi 1115.94 manat, 450 manat əsas borca ödənilmiş, əsas borc üzrə 263.70 manat qalıq və 395.57 manat cərimə, 6.67 manat dövlət rüsumu, ümumilikdə cəmi 665.94 manat, xx.xx.2018-ci il tarixli, ORK01144 saylı müqavilə üzrə 1651.65 manat əsas, 395.57 manat cərimə 6.67 manat dövlət rüsumu, cəmi 2053.89 manat. 560 manat əsas borca ödənilmiş, əsas borc üzrə 1091.65 manat qalıq və 395.57 manat cərimə, 6.67 manat dövlət rüsumu, ümumilikdə cəmi 1493.89 manat borc var. Ümumilikdə qeyd olunan müqavilələr üzrə 3164.35 manat əsas, 1186.71 manat cərimə, 20 manat dövlət rüsumu, ümumilikdə 4371.06 manat borcdan 1010 manatı əsas ödənilmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixinə hər üç müqavilə üzrə qalıq borc 2154.35 manat əsas, 1186.71 manat cərimə və 20 manat dövlət rüsumu, cəmi 3361.06 manat təşkil etməsini bildirmişdir. İddiaçı «X8 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi, hüquq Departamentinin direktoru Erol Əliyev ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini tam müdafiə etdiklərini, cavabdeh tərəfindən ödəniş edilmədiyni bildirərək mülki işə onların iştirakları olmadan baxıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin, iddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iştirak edərkən, izahatında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq cavabdehin 4004,42 manat borcdan 1010 manat ödəniş etməsini, 2994,42 manat borcu qalmasını, 2021-ci ildə əmr icraatı qaydasında işə baxarkən məhkəmə tərəfindən məbləğin yüksək yazılması və həmin məbləğin ləğv olunması zərurəti yaranmasını, 3163,65 manat hər üç müqavilə üzrə borcun yaranmasını bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, o, müqavilələr üzrə 1050 manat və 980 manat məbləğlərində ödəniş etmiş, ümumi borcu isə 3600 manat olmuşdur. Qarşı tərəfin onu məhkəməyə verməsindən məlumatı olmamasını, sonda isə məhkəmədən borcların silinməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan İddiaçı ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2017 -ci il tarixli ORK01010 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, borcluya 1499 manat, xx.xx.2017-ci il tarixli ORK01041 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 808.70 manat, xx.xx.2018-ci il tarixli ORK01144 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən isə 1994 manat dəyərində məişət məhsulu nisyə satılmışdır. -İş materiallarına əlavə edilmiş Zəngilan Rayon Məhkəməsinin 2(0344)-613/2021 nömrəli, xx.xx.2021-ci il tarixli məhkəmə əmrindən görünür ki, cavabdeh X1 6724.51 manat borc və 20 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmuşdur. -İş materiallarında olan "xxxx" Bank Olmayan Kredit X4 Cəmiyyəti tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli, OP-Ü285 nömrəli məlumatdan görünür ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(034)-613/2021 saylı məhkəmə əmrinə əsasən borclu Cavabdeh 2777,70 manat əsas, 120672 manat cərimə, 20 manat dövlət rüsumu, ümumilikdə 4004.42 manat borcun tutularaq İddiaçı MMC-yə ödənilməsi əmr edilmiş, lakin qətnamədə 2777.70 manat əsas borcla, 1206.72 manat cərimə borcunun cəmi məbləği mexaniki olaraq səhv hesablanmış və nəticədə qeyd olunan məhkəmə qətnaməsi üzrə ümumi borc məbləği 6724.51 manat və 20 manat dövlət rüsumu kimi qeyd olunmuşdur. Qeyd olunan icra sənədi üzrə borclu Cavabdeh İddiaçı MMC-yə olan 4004.42 manat borcundan cəmi 1010 manat ödəniş etmiş, hal- hazırda onun 2994.42 manat borcu qalmış, tələbkar İddiaçı MMC və "xxxx" MMC ilə BOKT "xxxx" MMC arasında bağlanmış müqavilələrə əsasən İddiaçı MMC-nin və "xxxx" MMC-nin tələbkar olduğu icra sənədləri üzrə alınmalı pul vəsaitlərini tələb etmək səlahiyyəti BOKT "xxxx" MMC-yə həvalə edilməsi bildirilmişdir. -İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 01 nömrəli Faktorinq Müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC-nin pul vəsaitlərini tələb etmək səlahiyyəti BOKT "xxxx" MMC-yə həvalə edilmişdir. -Tş materiallarına əlavə edilmiş öəniş qəbzlərindən görünür ki, cavabdeh kredit borcundan müəyyən məbləğlərdə ödənişlər etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 600. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı «X8 Olmayan Kredit Təşkilatı» (Optimal Elektronika) Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli ORK01010 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdehə 1499 manat, xx.xx.2017-ci il tarixli ORK01041 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 808.70 manat, xx.xx.2018-ci il tarixli ORK01144 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən isə 1994 manat dəyərində məişət məhsulu nisyə satılmış və məhsul borcluya təhvil verilmişdir. Lakin, müqavilənin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə iddiaçı tərəfindən yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmiş, onun ORK01010 saylı müqavilə üzrə qalıq borcu 799 manat, ORK01041 saylı müqavilə üzrə qalıq borcu 713.70 manat, ORK01144 saylı müqavilə üzrə isə 1651.65 manat təşkil etmişdir. İddiaçı tərəfindən təqdim edimiş məlumatda isə cavabdehin borcundan 1010 manat ödəniş etməsi və hazırda onun kredit müqaviəsi üzrə əsas borcu 2154,35 manat, cərimə borcu isə 1186,71 manat təşkil etmişdir. Cavabdeh kredit borcundan 1050 manat bir, 980 manat bir olmaqla ödəniş etməsini qeyd etsə də, məhkəmə araşdırması zamanı tam sübuta yetmişdir ki, iddiaçı cavabdehin bütün ödənişlərini nəzərə almaqla xx.xx.2025-ci il tarixinə olan borcunun əsas qalıq borcunun 2154.35 manat və cərimə borcunun 1186.71 manat olmasını bildirmişdir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının kredit müqaviləri üzrə ödənilməmiş 2154,35 manat məbləğində borc üçün tələb etdiyi 1186.71 manat məbləğində cərimə borcu tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə MMC-nin tələb etdiyi xx.xx.2017 -ci il tarixli ORK01010 saylı nisyə alqı-satqı, xx.xx.2017-ci il tarixli ORK01041 saylı nisyə alqı-satqı və xx.xx.2018-ci il tarixli ORK01144 saylı nisyə alqı-satqı müqavilələri üzrə 1186.71 manat dəbbə pulu azaldılaraq, 200 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 xx.xx.2017-ci il tarixli ORK01010 saylı nisyə alqı-satqı, xx.xx.2017-ci il tarixli ORK01041 saylı nisyə alqı-satqı və xx.xx.2018-ci il tarixli ORK01144 saylı nisyə alqı-satqı müqavilələrinə əsasən, 2154.35 manat məbləğində əsas borc, 200 manat cərimə borcu olmaqla, cəmi 2354.35 manat məbləğində borc tutularaq iddiaçı «X8 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X1 xx.xx.2017 -ci il tarixli ORK01010 saylı nisyə alqı-satqı, xx.xx.2017-ci il tarixli ORK01041 saylı nisyə alqı-satqı və xx.xx.2018-ci il tarixli ORK01144 saylı nisyə alqısatqı müqavilələrinə əsasən, 2154.35 manat məbləğində əsas borc, 200 manat cərimə borcu olmaqla, cəmi 2354.35 manat məbləğində borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçı «X8 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyəti xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-1/2025
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-1/2025
17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver