Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № e-2(034)-106/2024 24.01.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna, İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 117.70 manat əsas, 17.60 manat cərimə borcu olmaqla, cəmi 135.30 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək,İddiaçı MMC-nin Cavabdeh qarşı mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsini ona əlavə edilmiş sənədləri və ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-yə qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmdən xahiş etmişdir. Azərbaycan Respublkası MPM-nin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinin tələbinə görə Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair» iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, habelə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair» iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-106/2024
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №e-2(034)-106/2024
24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver