Məhkəmə qərarları › İş №e-2(034)-127/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-127/2025

03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-127/2025 03.02.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borc» tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borc» tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kodu 58271/64SN02572 olan XİAOMİ POCO PAD markalı planşet üçün 708.9 manat ödənilməmiş hissə, 23.6 manat İnnovativ Layihələr Mərkəzi Rüsumu, 212.67 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu 56220/64SA04180 olan XİAOMİ REDMİ PAD PRO markalı planşet üçün 835 manat ödənilməmiş hisssə, 250.5 manat cərimə borcu olmaqla, ümumillikdə 2030.67 manat məbləğində borc və 40.31 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei kodu 58271/64SN02572 olan XİAOMİ POCO PAD markalı planşet və İmei kodu 56220/64SA04180 olan XİAOMİ REDMİ PAD PRO markalı planşet almış və nəticədə 2030.67 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 815.96 manat (yəni 12 ay x 63.83 manat + 50 manat ilkin ödəniş) olan İmei kodu 58271/64SN02572 olan XİAOMİ POCO PAD markalı planşet üçün, ümumilikdə, 945.17 manat olmaqla, ondan 708.9 manat ödənilməmiş hissə, 23.6 manat İnnovativ Layihələr Mərkəzi Rüsumu, müştəriyə güzəşt olunaraq 212.67 manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 900 manat(12 ay x 75 manat+ 0 manat ilkin ödəniş) olan üçün ümumillikdə 1085.5 manat olmaqla ondan, 835 manat ödənilməmiş hissə, güzəşt olunaraq 250.5 manat cərimə miqdarında borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 172.06 manat manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır.Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Sonda ərizədə iddianın təmin olunması barədə məhkəmə qətnaməsi çıxarılması xahiş olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilən qanunvericiliyinin tələbini əsas götürərək işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edirəm və aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 815.96 manat olan İmei kodu 58271/64SN02572 olan XİAOMİ POCO PAD markalı planşeti, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 900 manat olan İmei kodu 56220/64SA04180 olan XİAOMİ REDMİ PAD PRO markalı planşeti cavabdehin sahibliyinə verməyi MMC öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə ilkin ödəniş 50 manat olaraq, hər ayın ödəniş haqqı 63.83 manat olmaqla 12 ay, xx.xx.2024-cü il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 75 manat olmaqla 12 ay müddətinə əşyanın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 600-cı maddəsinə müvafiq olaraq MMC ilə cavabdeh arasında əşyanın nisyə satışına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 172.06 manat təşkil edir. Lakin, iddia ərizəsinə əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən göründüyü kimi, cavabdehin aldığı əşyalara görə İddiaçı MMC-yə xx.xx.2024cü il tarixli müqaviləyə əsasən 708.9 manat ödənilməmiş hissə, 23.6 manat İnnovativ Layihələr Mərkəzi Rüsumu, 212.67 manat cərimə borcu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 835 manat ödənilməmiş hissə, 250.5 manat cərimə borcu olmaqla, ümumillikdə 2030.67 manat məbləğində borc yaranmışdır. Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». Həmçinin, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bundan əlavə Azərbyacan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. İddiaçı tərəfindən irəli sürülən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 212.67 manat cərimə pulunun, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 250.5 manat cərimə pulunun ödənilməsi barədə tələb isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin, eyni zamanda məhkəmə hesab edir ki, MMC-ti il xx.xx.2024-ci tarixli müqaviləyə əsasən ödənilməmiş 708.9 manat məbləğində borc üçün tələb etdiyi 212.67 manat, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 835 manat məbləğində borc üçün tələb etdiyi 250.5 məbləğində cərimə borcu tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə MMCnin tələb etdiyi xx.xx.2024-cü il tarixli müqavilə üzrə 212.67 manat dəbbə pulu azaldılaraq, 70 manat məbləğində, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 250.5 manat dəbbə pulu azaldılaraq 80 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Eyni zamanda məhkəmə iddiaçının 23.6 manat İnnovativ Layihələr Mərkəzi Rüsumunun ödənilməsi tələbi ilə qeyd edir ki, İnnovativ Layihələr Mərkəzi Rüsumunun ödənilməsi tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmadığından və həmin rüsumun iddiaçı tərəfindən ödənilməsinə dair heç bir sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki,iddiaçının bu tələbi təmin edilə bilməz. Odur ki, qeyd olunanlara əsasən hesab edirəm ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 708.9 manat ödənilməmiş hissə, 70 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 835 manat ödənilməmiş hissə, 80 manat cərimə borcu olmaqla, cəmi 1693.9 manat məbləğində borc tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 40.31 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 40.31 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, qət etdim: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 708.9 manat ödənilməmiş hissə, 70 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 835 manat ödənilməmiş hissə, 80 manat cərimə borcu olmaqla, cəmi 1693.9 manat məbləğində borc və ödənilmiş 40.31 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar