Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № e-2(034)-194/2024 01.05.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi» tələbinə dair ddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 01 iyul 2021-ci il tarixli MAS-4018 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 17 noyabr 2023cü il tarixə 250.62 manat gecikdirilmiş əsas, 111.36 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 212.78 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Khazar LX” minik markalı, 99- PY-565 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 2619.48 manat, ümumilikdə 3194.24 manat borcun və ödənilmiş 51.95 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin icraatında olan e-2(034)-194/2024 saylı mülki iş üzrə proses dövründə Cavabdeh ilə İddiaçı MMC arasında razılıq əldə olunduğundan Cavabdeh qarşı qaldırdığı iddia üzrə ərizəsini və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə» məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, İddiaçı Cavabdeh qarşı «lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi» tələbinə dair mülki iş baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh qarşı «lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-194/2024
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №e-2(034)-194/2024
01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver