Məhkəmə qərarları › İş №e-2(034)-2/2025

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №e-2(034)-2/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № e-2(034)-2/2025 11.06.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “İcbari Sığorta Bürosu” Hüquqi şəxslərin İttifaqının Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “İcbari Sığorta Bürosu” Hüquqi şəxslərin İttifaqı Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 4200 manat, ödənilmiş dövlət rüsumuna görə 62 manat olmaqla, ümumillikdə, 4262 manat pulun iddiaçı “İcbari Sığorta Bürosu” Hüquqi şəxslərin İttifaqının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında işttirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə Cavabdeh adına sığortalanmış MERCEDES BENZ 220 markalı, 90EX819 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 2 mart 2020ci il tarixində Bakı şəhəri, Xətai rayonu General Mehmandarov küçəsi Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X1 əmlakına maddi zərər vurulmuşdur. İş materiallarından aydın olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmamışdır. Belə ki, sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Xətai RPİ-nin “cinayət işinin başlanılmasının rədd olunması barədə” xx.xx.2020ci il tarixli Qərarından (əlavə olunur) məlum olur ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh tərəfindən «Mercedes Benz 220» markalı 90EX819 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini onu istifadə etməyə, idarə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmadan istismar edilmişdir. Bu səbəbdən Cavabdeh barəsində Qərarın nəticə hissəsində Azərbaycan Respublikasının 332.2-ci maddəsi ilə inzibati tədbir görülməsi nəzərdə tutulmuşdur. Qeyd edilən hadisə ilə əlaqədar “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən zərərçəkənə dəymiş zərər üzrə 4200 manat məbləğdə sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı “İcbari Sığorta Bürosu” Hüquqi şəxslərin İttifaqı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin icraatında olan 2(034)-02/2025 nömrəli mülki işin baxılmamış saxlanılmasını xahiş etmiş, Cavabdeh işə mahiyyəti üzrə baxılması tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı “İcbari Sığorta Bürosu” Hüquqi şəxslərin İttifaqının Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı “İcbari Sığorta Bürosu” Hüquqi şəxslərin İttifaqının Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar