Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-231/2022 13.06.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclas katibi Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Əliyeva (Qasımova) Aygün Qubad qızına qarşı «pul tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Əliyeva (Qasımova) Aygün Qubad qızına qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, LG markalı kondisioner üçün 1168 manat ödənilməmiş hissə, 351 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Toshıba Ras markalı kondisioner üçün 1023 manat ödənilməmiş hissə, 307 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********59118 Samsung Galaxy A70 markalı telefon üçün 445 manat ödənilməmiş hissə, 132 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı televizor üçün 2072 manat ödənilməmiş hissə, 621 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********64667 Samsung Galaxy A70 markalı telefon üçün 816 manat ödənilməmiş hissə, 254 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Samsung markalı paltaryuyan üçün 1053 manat ödənilməmiş hissə, 313 manat dəbbə pulu olmaqla, cəmi 8555 manat borc və 105.55 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, LG markalı kondisioner, Toshıba Ras markalı kondisioner, İMEİ kodu **********59118 Samsung Galaxy A70 markalı telefon, Samsung markalı televizor, İMEİ kodu **********64667 Samsung Galaxy A70 markalı telefon, Samsung markalı paltaryuyan almış və nəticədə 8555 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1872 manat (24 ay x 78 manat + 0 manat ilkin ödəniş) olan LG markalı kondisioner üçün 1519 manat olmaqla, ondan 1168 manat ödənilməmiş hissə, 351 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1536 manat (24 ay x 64 manat + 0 manat ilkin ödəniş) olan TOSHİBA RAS markalı kondisioner üçün 1330 manat olmaqla, ondan 1023 manat ödənilməmiş hissə, 307 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 990 manat (18 ay x 55 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********59118 Samsung Galaxy A70 markalı telefon üçün 577 manat olmaqla, ondan 445 manat ödənilməmiş hissə, 132 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2743 manat (18 ay x 148 manat + 79 manat ilkin ödəniş) olan Samsung markalı televizor üçün 2693 manat olmaqla, ondan 2072 manat ödənilməmiş hissə, 621 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 992 manat (18 ay x 53 manat + 38 manat ilkin ödəniş) olan İMEİ kodu **********64667 Samsung Galaxy A70 markalı telefon üçün 1070 manat olmaqla, ondan 816 manat ödənilməmiş hissə, 254 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1103 manat (18 ay x 58.5 manat + 50 manat ilkin ödəniş) olan Samsung markalı paltaryuyan üçün 1366 manat olmaqla, ondan 1053 manat ödənilməmiş hissə, 313 manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2659 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələrinin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin əəhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönədilə bilər. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Əliyeva (Qasımova) Aygün Qubad qızı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Məhkəmə iclasına gəlməmişdir. Cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə cavabdeh Əliyeva (Qasımova) Aygün Qubad qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1872 manat olan LG markalı kondisioneri, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1536 manat olan Toshıba Ras markalı kondisioneri,xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 990 manat olan Samsung Galaxy A70 markalı telefonu,xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2743 manat olan Samsung markalı televizoru,xx.xx.2019-cu il tarixli müqavilyə əsasən alqı-satqı qiyməti 992 manat olan Samsung Galaxy A70 markalı telefonu,xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1103 manat olan Samsung markalı paltaryuyanı cavabdehin sahibliyinə verməyi MMC öhdəsinə götürmüşdür. Cavabdeh isəxx.xx.2019-cu il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 78 manat olmaqla 24 ay müddətinə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 64 manat olmaqla, 24 ay müddətinə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 55 manat olmaqla, 18 ay müddətinə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 79 manat ilkin ödənişli, hər yaın ödəniş haqqı 148 manat olmaqla, 18 ay müddətinə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 38 manat ilkin ödənişli, hər ayın ödəniş haqqı 53 manat olmaqla, 18 ay müddətinə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 50 manat ilkin ödənişli, hər ayın ödəniş haqıq 58.50 manat olmaqla, 18 ay müddətinə əşyanın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 600-cı maddəsinə müvafiq olaraq MMC ilə cavabdeh arasında əşyanın nisyə satışına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ2659 manat təşkil edir. Lakin, iddia ərizəsinə əlavə edilmiş maliyyə və ödəniş cədvəldən göründüyü kimi, cavabdeh aldığı əşyayalara görə İddiaçı MMC-yə xx.xx.2019cu il tarixli müqaviləyə əsasən, 1168 manat ödənilməmiş hissə, 351 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, 1023 manat ödənilməmiş hissə, 307 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 445 manat ödənilməmiş hissə, 132 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 2072 manat ödənilməmiş hissə, 621 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, 816 manat ödənilməmiş hissə, 254 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1053 manat ödənilməmiş hissə, 313 manat dəbbə pulu olmaqla, cəmi 8555 manat borcu yaranmışdır. İddiaçı həmin ödənilməmiş məbləğin cavabdehdən tutulmasını tələb etdiyindən MMC-nin bu tələbi qanunvericiliyin tələbinə tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə alınması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». İddiaçı MMC tərəfindən irəli sürülən xx.xx.2019-cu il tarixli müqavilə üzrə 351 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 307 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 132 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 621 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 254 manat və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 313 manat dəbbə pullarının ödənilməsi barədə tələb isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nın 600.5-ci maddəsinə əsasən «alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər». Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin, eyni zamanda məhkəmə hesab edir ki, MMC-nin ödənilməmiş xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1168 manat məbləğində borc üçün tələb etdiyi 351 manat məbləğində, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1023 manat borc üçün tələb etdiyi 307 manat məbbləğində,xx.xx.2019-cu il tarixli müqavilə üzrə 445 manat məbləğində borc üçün tələb etdiyi 132 manat məbləğində,xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2072 manat məbləğində borc üçün tələb etdiyi 621 manat məbləğində,xx.xx.2019-cu il tarixli müqavilə üzrə 816 manat məbləğində borc üçün tələb etdiyi 254 manat məbləğində,xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1053 manat məbləğində borc üçün tələb etdiyi 313 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə MMC-nin tələb etdiyi xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 351 manat dəbbə pulu azaldılaraq 30 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 307 manat dəbbə pulu azaldılaraq 30 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 132 manat dəbbə pulu azaldılaraq 30 manat,xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 621 manat dəbbə pulu azaldılaraq 30 manat,xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 254 manat dəbbə pulu azaldılaraq 30 manat,xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 313 manat dəbbə pulu azaldılaraq 30 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək cavabdeh Əliyeva (Qasımova) Aygün Qubad qızından xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 1168 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 1023 manat ödənilməmiş hissə, 30 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 445 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 2072 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 816 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1053 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu olmaqla, cəmi 6757 manat borc tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 105.55 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsi qismən təmin edildiyinə görə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 87.57 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır və ödənilmiş dövlət rüsumunun qalan 17.98 manatı iddiaçının özünə aid edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 216- 220 və 222-ci maddələrinə rəhbər tutaraq, qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh Əliyeva (Qasımova) Aygün Qubad qızından xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 1168 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 1023 manat ödənilməmiş hissə, 30 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 445 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 2072 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 816 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1053 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu olmaqla, cəmi 6757 manat borc və ödənilmiş 87.57 manat dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qalan 17.98 manatı iddiaçının özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-231/2022
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-231/2022
13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver