Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-234/2022 05.05.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbinə dair» kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul tələbinə dair» kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Zəngilan rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 03.09.2019-cu il tarixli müqaviləyə əsasən, Epson printer üçün 388 manat ödənilməmiş hissə, 38 manat cərimə, 15.09.2019-cu il tarixli müqaviləyə əsasən, Acer notebook üçün 288 manat ödənilməmiş hissə, 28 manat cərimə, 31.08.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung LED TV üçün 138 manat ödənilməmiş hissə, 13 manat cərimə borcu olmaqla, cəmi 893 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03.09.2019-cu il, 15.09.2019-cu il, 31.08.2019-cu il tarixli müqavilələrə əsasən, Epson printer, Acer notebook, Samsung LED TV üçün 893 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 03.09.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 630 manat (18 ay x 35 manat + 0 manat ilkin ödəniş) olan Epson printer üçün ümumilikdə 426 manat olmaqla, ondan 388 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 38 manat cərimə miqdarında borc yaranmışdır. 15.09.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 788 manat (24 ay x 32 manat + 20 manat ilkin ödəniş) olan Acer notebook üçün ümumilikdə 316 manat olmaqla, ondan 288 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28 manat cərimə, 31.08.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 828 manat (18 ay x 46 manat + 0 manat ilkin ödəniş) olan Samsung LED TV üçün ümumilikdə 151 manat olmaqla, ondan, 138 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13 manat cərimə, cavabdehin cəmi ödədiyi məbləğ 1432 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış 03.09.2019-cu, 15.09.2019-cu, 31.08.2019-cu il müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 27.01.2022ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Sonda ərizədə iddianın təmin olunması barədə məhkəmə qətnaməsi çıxarılması xahiş olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilən qanunvericiliyinin tələbini əsas götürərək işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edirəm və aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 03.09.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 630 manat olan Epson printeri, 15.09.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 788 manat olan Acer notebooku və 31.08.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 828 manat olan Samsung LED TV cavabdehin sahibliyinə verməyi MMC öhdəsinə götürmüşdür. Cavabdeh 03.09.2019-cu il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 35 manat olmaqla 18 ay müddətinə,15.09.2019-cu il tarixli müqavilə üzrə 20 manat ilkin ödənişli, hər ayın ödəniş haqqı 32 manat olmaqla 24 ay müddətinə, 31.08.2019-cu il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 46 manat olmaqla 18 ay müddətinə əşyanın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 600-cı maddəsinə müvafiq olaraq MMC ilə cavabdeh arasında əşyanın nisyə satışına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1432 manat təşkil edir. Lakin, iddia ərizəsinə əlavə edilmiş maliyyə və ödəniş cədvəldən göründüyü kimi, cavabdeh aldığı əşyayalara görə İddiaçı MMC-yə 03.09.2019-cu il tarixli müqaviləyə əsasən 388 manat ödənilməmiş hissə, 38 manat cərimə, 15.09.2019-cu il tarixli müqaviləyə əsasən 288 manat ödənilməmiş hissə, 28 manat cərimə, 31.08.2019-cu il tarixli müqaviləyə əsasən 138 manat ödənilməmiş hissə, 13 manat cərimə borcu olmaqla, cəmi 893 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». Həmçinin, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bundan əlavə Azərbyacan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. İddiaçı tərəfindən irəli sürülən 03.09.2019-cu il tarixli müqaviləyə əsasən 38 manat,15.09.2019-cu il tarixli müqaviləyə əsasən 28 manat, 31.08.2019-cu il tarixli müqaviləyə əsasən 13 manat cərimə pulunun ödənilməsi barədə tələb isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin, eyni zamanda məhkəmə hesab edir ki, MMC-nin 03.09.2019-cu il tarxli müqaviləyə əsasən ödənilməmiş 388 manat məbləğində borc üçün tələb etdiyi 38 manat məbləğində cərimə, 15.09.2019-cu il tarxli müqaviləyə əsasən ödənilməmiş 288 manat məbləğində borc üçün tələb etdiyi 28 manat məbləğində cərimə, 31.08.2019-cu il tarxli müqaviləyə əsasən ödənilməmiş 138 manat məbləğində borc üçün tələb etdiyi 13 manat məbləğində cərimə borcu tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə MMCnin tələb etdiyi 03.09.2019-cu il tarixli müqavilə üzrə 38 manat dəbbə pulu azaldılaraq 3 manat məbləğində, 31.08.2019-cu il tarixli müqavilə üzrə 13 manat dəbbə pulu azaldılaraq 1 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03.09.2019-cu il tarixli müqavilə üzrə 388 manat məbləğində ödənilməmiş hissə, 3 manat məbləğində,15.09.2019-cu il tarixli müqavilə üzrə 288 manat məbləğində ödənilməmiş hissə, 2 manat məbləğində, 31.08.2019-cu il tarixli müqavilə üzrə 138 manat məbləğində ödənilməmiş hissə, 1 manat məbləğində cərimə borcu olmaqla, cəmi 820 manat məbləğində borc tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh 03.09.2019-cu il tarixli müqavilə üzrə 388 manat məbləğində ödənilməmiş hissə, 3 manat məbləğində cərimə,15.09.2019-cu il tarixli müqavilə üzrə 288 manat məbləğində ödənilməmiş hissə, 2 manat məbləğində cərimə, 31.08.2019-cu il tarixli müqavilə üzrə 138 manat məbləğində ödənilməmiş hissə, 1 manat məbləğində cərimə borcu olmaqla, cəmi 820 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1(bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-234/2022
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-234/2022
05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver