Məhkəmə qərarları › İş №e-2(034)-235/2024

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-235/2024

24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-235/2024 24.04.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “ASUS x515” komputer üçün 1697.60 manat ödənilməmiş hissə, 169.40 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “Playstation 5” üçün 730 manat ödənilməmiş hissə, 73 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********90748 “SAMSUNG GALAXY A 52” markalı telefon üçün 217.80 manat ödənilməmiş hissə, 21.20 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" üçün 208.06 manat ödənilməmiş hissə, 20.94 manat cərimə borcu olmaqla, cəmi 3138 manat məbləğində borc və 51.38 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il xx.xx.2022-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən “ASUS x515” komputer, “Playstation 5”, İMEİ kodu **********90748 “SAMSUNG GALAXY A 52”, "xxxx" markalı telefon almış və nəticədə 3138 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2257.6 manat (yəni 24 ay x 84.9 manat + 220 manat ilkin ödəniş) olmaqla ondan 1697.6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 169.4 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1554 manat (yəni 18 ay x 73 manat +240 manat ilkin ödəniş) olmaqla ondan 730 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 73 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 819 manat (yəni 15 ay x 54.6 manat +0 manat ilkin ödəniş) olmaqla ondan 217.8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21.2 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 750.06 manat (yəni 18 ay x 41.67 manat +0 manat ilkin ödəniş) olmaqla ondan 208.06 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20.94 manat cərimə, borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2527.2 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il xx.xx.2022-ci il, xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır.Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyikləri xx.xx.2024cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.Sonda ərizədə iddianın təmin olunması barədə məhkəmə qətnaməsi çıxarılması xahiş olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilən qanunvericiliyinin tələbini əsas götürərək işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edirəm və aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2257.60 manat olan “ASUS x515” komputeri, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1554 manat “Playstation 5”, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 819 manat olan “SAMSUNG GALAXY A 52” markalı telefon, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 750.06 manat "xxxx" cavabdehin sahibliyinə verməyi MMC öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 220 manat ilkin ödəniş, hər ayın ödəniş haqqı 84.9 manat olmaqla 24 ay müddətinə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 240 manat ilkin ödəniş, hər ayın ödəniş haqqı 73 manat olmaqla 18 ay müddətinə, xx.xx.2022ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 54.6 manat olmaqla 15 ay müddətinə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 270 manat ilkin ödənişsiz,hər ayın ödəniş haqqı haqqı 41.67 manat olmaqla 18 ay müddətinə əşyanın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 600-cı maddəsinə müvafiq olaraq MMC ilə cavabdeh arasında əşyanın nisyə satışına dair alqısatqı müqaviləsi bağlanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 388 manat təşkil edir. Lakin, iddia ərizəsinə əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən göründüyü kimi, cavabdehin aldığı əşyalara görə İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 1697.60 manat ödənilməmiş hissə, 169.40 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 730 manat ödənilməmiş hissə, 73 manat cərimə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 217.80 manat ödənilməmiş hissə, 21.20 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 208.06 manat ödənilməmiş hissə, 20.94 manat cərimə borcu olmaqla, cəmi 3138 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». Həmçinin, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bundan əlavə Azərbyacan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. İddiaçı tərəfindən irəli sürülən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 169.4 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 73 manat cərimə pulunun ödənilməsi barədə tələb isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin, eyni zamanda məhkəmə hesab edir ki, MMC-nin xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 1697.60 manat məbləğində borc üçün tələb etdiyi 169.40 manat məbləğində cərimə, xx.xx.2022-ci il tarxli müqaviləyə əsasən ödənilməmiş 803 manat məbləğində borc üçün tələb etdiyi 73 manat məbləğində cərimə borcu tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə MMCnin tələb etdiyi xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 169.40 manat dəbbə pulu azaldılaraq 40 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 73 manat dəbbə pulu azaldılaraq 10 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 1697.6 manat ödənilməmiş hissə, 40 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 730 manat ödənilməmiş hissə, 10 manat cərimə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 217.8 manat ödənilməmiş hissə, 21.2 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 208.06 manat ödənilməmiş hissə, 20.94 manat cərimə borcu, olmaqla, cəmi 2945.6 manat məbləğində borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 51.38 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 51.38 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 222, 227, 233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 1697.6 manat ödənilməmiş hissə, 40 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 730 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 217.8 manat ödənilməmiş hissə, 21.2 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 208.06 manat ödənilməmiş hissə, 20.94 manat cərimə borcu, olmaqla, cəmi 2945.6 manat məbləğində borc və ödənilmiş 51.38 dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1(bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar