Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-242/2022 05.07.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ECK552990 saylı müqavilə üzrə 307 manat əsas borc, 92 manat faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 429 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən "Soliton" mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh masında 19 avqust 2018-ci il tarixində "Alqı-satqı" müqaviləsi bağlanmışdır. Cavabdeh 19 avqust 2018-ci il tarixli ECK552990 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 1029 (bir min iyirmi doqquz) manat olan 1 ədəd '‘Samsung” markalı telefon almış, ikin ödəniş olaraq 105 (bir yüz beş) manat ödəniş etmiş, nəticədə 924 (doqquz yüz iyirmi dörd) manat borc yaranmışdır. Cavabdeh tərəfindən 19 avqust 2018-ci il tarixli ECK552990 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 77 (yetmiş yeddi) manat ödəniş edilmişdir. Bu günədək cavabdehə etdikləri yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və alqı-satqı qiyməti 1029 (bir min iyirmi doqquz) manat olan 1 ədəd “Beko” markalı soyuducu üçün ümumilikdə 307 (üç yüz yeddi) manat ödənilməmiş hissə, 92 (doxsan iki) manat faiz borcu yaranmışdır. Qeyd edilən müqaviləyə əsasən göstərilən məbləğin ödənilməmiş hissəsi, “Alıcı” tərəfindən və ya “Alıcının müvəkkil etdiyi şəxs tərəfindən, birmənalı şəkildə "Müqaviləmin ayrılmaz tərkib hissəsi olan Ödəniş cədvəlinə uyğun olaraq həyata keçirilir; Müqavilənin 2.4-cü bəndinə əsasən "Alıcı” ödənişin gecikdirildİyi hər gün üçün, məcmu borcun 1% həcmində "Satıcımın xeyrinə gecikmə faizi ödəyir. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə mülki hüquqi məsuliyyət daşıyırlar. Həmin müqavilənin 4.1-ci bəndinə görə bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir. İş üzrə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək səhhətində olan problemlərlə əlaqədar məhkəmə baxışı iclaslarında iştirakının mümkün olmayacağını, iddia ərizəsini müdafiə edərək bütün məhkəmə baxışı iclaslarını iştirakı olmadan keçirilməsini və Cavabdeh cəmi 429 manat pulun onun xeyrinə tutulması haqqında yekun məhkəmə aktının çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinin tələbinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, mülki işin materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddiaşının iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və tərəflər arasında bağlanmış 19 avqust 2018-ci il tarixli 552990 saylı hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, satıcı ümumi dəyəri 1029 manat olan 1 ədəd REF Beko RCİL 339 M21W satmağı, alıcı isə müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürməsi barədə müqavilə bağlanmış, alıcı müqavilə üzrə 105 ilkin ödəniş çıxıldıqdan sonra malın qalan dəyəri 924 manatı isə 12 ay müddətinə ayda 77 manat olmaqla, hər ayın 18-dək ödəmək şərti ilə üzərinə öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya müqavilə üzrə xx.xx.2022-ci il tarixə 307 manat əsas borc, 92 manat dəbbə pulu borcu vardır. Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə alınması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». İddiaçı iddia tələbində 92 manat məbləğində faiz borcunun tutulmasını tələb etsə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Çünki tərəflər arasında bağlınmış 19 avqust 2018-ci il tarixli 552990 saylı hissə-hissə ödənişlə alqı-satqı müqaviləsində faiz borcunun tutulması öz əksini tapmamışdır. Belə ki, tərəflər arasında bağlanmış 19 avqust 2018-ci il tarixli 552990 saylı hissəhissə ödənişlə alqı-satqı müqaviləsində faiz borcunun ödənilməsi nəzərdə tutulmamışdır. Müqavilənin 2.4-cü bəndində qeyd edilmişdir ki, alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcunun 1%-i (bir faizi) həcmində satıcının xeyrinə cərimə ödənilir.Bu səbəbdəb iddiaçının faiz borcunun ödənilməsi ilə bağlı tələbi təmin edilməməlidir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 307 manat məbləğində əsas borc tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 233 və 360-cı maddələrinə rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 307 (üç yüz yeddi) manat məbləğində əsas borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-242/2022
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-242/2022
05.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver