Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-276/2022 26.05.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbinə dair» kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul tələbinə dair» kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 15.03.2020-ci il tarixli müqaviləyə əsasən, məhsulun qaytarılmasından sonra qalan borc üçün 122 manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə; 25.02.2020-ci il tarixli müqaviləyə əsasən, Plitə HOFFMAN üçün 250 manat ödənilməmiş hissə, 25 manat cərimə; 25.02.2020-ci il tarixli müqaviləyə əsasən, Themza - Yataq – Dolab, çarpayi, Matras, Milan Qonaq - TV stend, Transformer - Qonaq - Jurnal masa, VENETSİYA FS-5 mebel, Soft-Yumsaq üçün 1793 manat ödənilməmiş hissə, 179 manat cərimə; 25.02.2020-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN soyuducu üçün 200 manat ödənilməmiş hissə, 20 manat cərimə; 16.03.2020-ci il tarixli müqaviləyə əsasən, Electrolux Paltaryuyan, HOFFMANN paltaryuyan üçün 822 manat ödənilməmiş hissə, 82 manat cərimə borcu olmaqla, cəmi 3493 manat borcun və 54.93 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15.03.2020-ci il, 25.02.2020-ci il, 25.02.2020-ci il, 25.02.2020-ci il və 16.03.2020-ci il tarixli müqavilələrə əsasən, məhsulun qaytarılmasından sonra qalıq borc, Plitə HOFFMAN, Themza - Yataq – Dolab, çarpayi, Matras, Milan - Qonaq - TV stend, Transformer - Qonaq - Jurnal masa, VENETSİYA FS-5 mebel, Soft – Yumsaq, HOFFMAN Soyuducu, Electrolux Paltaryuyan, HOFFMANN Paltaryuyan üçün 3493manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 15.03.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 276 manat (3 ay x 92 manat + 0 manat ilkin ödəniş) olan, məhsulun qaytarılmasından sonra qalan borc üçün ümumilikdə 122 manat olmaqla, ondan122 manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 25.02.2020-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 300 manat (12 ay x 25 manat + 0 manat ilkin ödəniş) olan Plitə HOFFMANN üçün ümumilikdə 275 manat olmaqla, ondan 250 manat ödənilməmiş hissə, 25 manat cərimə borcu, 25.02.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2864 manat (20 ay x 143.2 manat + 0 manat ilkin ödəniş) olan Themza - Yataq – Dolab, çarpayi, Matras, Milan - Qonaq - TV stend, Transformer - Qonaq - Jurnal masa, VENETSİYA FS-5 mebel, Soft – Yumsaq üçün ümumilikdə 1972 manat olmaqla, ondan 1793 manat ödənilməmiş hissə, 179 manat cərimə borcu, 25.02.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 540 manat (12 ay x 45 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN Soyuducu üçün ümumilikdə 220 manat olmaqla, ondan 200 manat ödənilməmiş hissə, 20 manat cərimə borcu, 16.03.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1370.40 manat (12 ay x 114.2 manat + 0 manat ilkin ödəniş) olan Electrolux Paltaryuyan, HOFFMANN Paltaryuyan üçün ümumilikdə 904 manat olmaqla, ondan 822 manat ödənilməmiş hissə, 82 (səksən iki) manat cərimə borcu yaranmışdır. 25.02.2020-ci il tarixli 20127011 saylı müqaviləyə əsasən Milan - Qonaq - TV stend, Transformer - Qonaq Jurnal masa, VENETSİYA FS-5 mebel, Soft - Yumşaq mebeli 26.04.2021-ci il tarixinə qədər istifadə etdikdən sonra məhsul 712 manat, 25.02.2020-ci il tarixli 20127762 saylı müqaviləyə əsasən, HOFFMANN Soyuducusunu 08.04.2021-ci il tarixinə qədər istifadə etdikdən sonra məhsul 250 manat, 16.03.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN Paltaryuyanı 08.04.2021-ci il tarixinə qədər istifadə etdikdən sonra məhsul 200 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 25.02.2020-ci il tarixli 20127011 saylı müqaviləsinə əsasən müqavilə üzrə cəmi ödədiyi məbləğ 359 manat, məhsulun qaytarıldıqdan sonra qoyulan qiyməti 712 manat, 25.02.2020-ci il tarixli 20127762 saylı müqavilə üzrə cəmi ödədiyi məbləğ 90 manat, məhsulun qaytarıldıqdan sonra qoyulan qiyməti 250 manat, 16.03.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 348.4 manat, məhsulun qaytarıldıqdan sonra qoyulan qiyməti 200 manat, digər 2 müqavilə üzrə cəmi ödədiyi məbləğ 204 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış 15.03.2020-ci, 25.02.2020-ci, 25.02.2020-ci, 25.02.2020-ci, 16.03.2020-ci il müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 27.02.2021-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsədə qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Sonda ərizədə iddianın təmin olunması barədə məhkəmə qətnaməsi çıxarılması xahiş olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilən qanunvericiliyinin tələbini əsas götürərək işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edirəm və aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25.02.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 276 manat olan məhsulun qaytarılmasından qalan qalıq borc, 25.02.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 300 manat olan Plitə HOFFMANN, 25.02.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2864 manat olan Milan-Qonaq - TV stend, Transformer - Qonaq Jurnal masa, VENETSİYA FS-5 mebel, Soft - Yumsaq mebeli, 25.02.2020-ci il tarxli müqaviləyə əsasən alqı-satqı qiyməti 540 manat olan HOFFMANN soyducunu,16.03.2020-ci il tarixli alqı-satqı qiyməti 1370.40 manat olan Electrolux Paltaryuyan, HOFFMANN Paltaryuyanı cavabdehin sahibliyinə verməyi MMC öhdəsinə götürmüşdür. Cavabdeh 15.03.2020-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 92 manat olmaqla 3 ay müddətinə, 25.02.2020-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 25 manat olmaqla 12 ay müddətinə, 25.02.2020-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 143.20 manat olmaqla 20 ay müddətinə,25.02.2020-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 45 manat olmaqla 12 ay müddətinə,16.03.2020-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 114.20 manat olmaqla 20 ay müddətinə əşyanın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 600-cı maddəsinə müvafiq olaraq MMC ilə cavabdeh arasında əşyanın nisyə satışına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdehin 25.02.2020-ci il tarixli 20127011 saylı müqavilə üzrə cəmi ödədiyi məbləğ 359 manat, 25.02.2020-ci il tarixli 20127762 saylı müqavilə üzrə cəmi ödədiyi məbləğ 90 manat,16.03.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 348.40 manat, digər iki müqavilə üzrə ödədiyi məbləğ isə 204 manat təşkil edir. Lakin, iddia ərizəsinə əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən göründüyü kimi, cavabdeh aldığı əşyalara görə İddiaçı MMC-yə 15.03.2020-ci il tarixli müqaviləyə əsasən, 122 manat ödənilməmiş hissə, 25.02.2020-ci il tarixli müqaviləyə əsasən 250 manat ödənilməmiş hissə, 25 manat cərimə, 25.02.2020-ci il tarixli müqaviləyə əsasən 1793 manat ödənilməmiş hissə, 179 manat cərimə, 25.02.2020-ci il tarixli müqaviləyə əsasən 200 manat ödənilməmiş hissə, 20 manat cərimə, 16.03.2020-ci il tarixli müqaviləyə əsasən 822 manat ödənilməmiş hissə, 82 manat cərimə borcu olmaqla, cəmi 3493 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». Həmçinin, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bundan əlavə Azərbyacan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. İddiaçı tərəfindən irəli sürülən 25.02.2020-ci il tarixli müqaviləyə əsasən 25 manat cərimə, 25.02.2020-ci il tarixli müqaviləyə əsasən 179 manat cərimə, 25.02.2020-ci il tarixli müqaviləyə əsasən 20 manat cərimə, 16.03.2020-ci il tarixli müqaviləyə əsasən 82 manat cərimə pulunun ödənilməsi barədə tələb isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin, eyni zamanda məhkəmə hesab edir ki, MMC-nin 25.02.2020-ci il tarxli müqaviləyə əsasən ödənilməmiş 250 manat məbləğində borc üçün tələb etdiyi 25 manat məbləğində cərimə, 25.02.2020-ci il tarixli müqaviləyə əsasən 1793 manat məbləğində borc üçün tələb etdiyi 179 manat cərimə, 25.02.2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 200 manat borc üçün tələb etdiyi 20 manat cərimə,16.03.2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 822 manat borc üçün tələb etdiyi 82 manat cərimə borcu tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə MMC-nin tələb etdiyi 25.02.2020-ci il tarixli müqavilə üzrə 25 manat dəbbə pulu azaldılaraq 1 manat məbləğində, 25.02.2020-ci il tarixli müqavilə üzrə 179 manat dəbbə pulu azaldılaraq 5 manat, 25.02.2020-ci il tarixli müqavilə üzrə 20 manat dəbbə pulu azaldılaraq 1 manat, 16.03.2020-ci il tarixli myüqavilə üzrə 82 manat dəbbə pulunu azaldaraq 2 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15.03.2020-ci il tarixli müqaviləyə əsasən 122 manat ödənilməmiş hissə, 25.02.2020-ci il tarixli müqaviləyə əsasən 250 manat ödənilməmiş hissə, 1 manat cərimə, 25.02.2020-ci il tarixli müqaviləyə əsasən 1793 manat ödənilməmiş hissə, 5 manat cərimə, 25.02.2020-ci il tarixli müqaviləyə əsasən 200 manat ödənilməmiş hissə, 1 manat cərimə, 16.03.2020-ci il tarixli müqaviləyə əsasən 822 manat ödənilməmiş hissə, 2 manat cərimə borcu olmaqla, cəmi 3196 manat məbləğində borc tutularaq iddiaçı "xxxx" MMCnin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 54.93 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 54.93 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh 15.03.2020-ci il tarixli müqaviləyə əsasən 122 manat qalıq borc, 25.02.2020-ci il tarixli müqaviləyə əsasən 250 manat ödənilməmiş hissə, 1 manat cərimə, 25.02.2020-ci il tarixli müqaviləyə əsasən 1793 manat ödənilməmiş hissə, 5 manat cərimə, 25.02.2020-ci il tarixli müqaviləyə əsasən 200 manat ödənilməmiş hissə, 1 manat cərimə, 16.03.2020-ci il tarixli müqaviləyə əsasən 822 manat ödənilməmiş hissə, 2 manat cərimə borcu olmaqla, cəmi 3196 manat məbləğində borc və ödənilmiş 54.93 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1(bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-276/2022
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-276/2022
26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver