Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-303/2024 29.05.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Neveda-Qonaq-Masa 6 ədəd stul üçün 596.28 manat ödənilməmiş hissə, 59.72 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Gamba-yumşaq-3 yerli markalı mebel əşyası üçün 580.32 manat ödənilməmiş hissə, 58.68 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən imei kod **********05229 İphone 11 markalı telefon üçün 418.36 manat ödənilməmiş hissə, 41.69 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Huawei watch gt 3 qol saatı üçün 393.36 manat ödənilməmiş hissə, 27.06 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Soyuducu Hoffmann üçün 275.94 manat ödənilməmiş hissə, 27.06 manat cərimə borcu olmaqla, ümümilikdə 2491 manat məbləğində borc və 44.91 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Neveda-Qonaq-Masa 6 ədəd stul, Gamba-yumşaq-3 yerli markalı mebel əşyası, imei kod **********05229 İphone 11 markalı telefon əsasən Huawei watch gt 3 qol saatı, Soyuducu Hoffmann almış və nəticədə 2491 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1770.48 manat (yəni 24 ay x 73.77 manat + 0 manat ilkin ödəniş) olmaqla, ondan 596.28 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 59.72 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1279.92 manat (yəni 24 ay x 53.33 manat +0 manat ilkin ödəniş) olmaqla, ondan 580.32 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 58.68 manat cərimə, xx.xx.2022-ci il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1647.96 manat (yəni 12 ay x 124.83 manat +150 manat ilkin ödəniş) olmaqla ondan 418.36 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 41.64 manat cərimə, xx.xx.2022-ci il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 651.06 manat (yəni 18 ay x 36.17 manat + 0 manat ilkin ödəniş) olmaqla, ondan 393.36 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 39.64 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 608.94 manat (yəni 18 ay x 33.83 manat + 0 manat ilkin ödəniş) olmaqla, ondan 275.94 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 27.06 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3694.10 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır.Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Sonda ərizədə iddianın təmin olunması barədə məhkəmə qətnaməsi çıxarılması xahiş olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilən qanunvericiliyinin tələbini əsas götürərək işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edirəm və aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il,tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1770.48 manat olan Neveda-Qonaq-Masa 6 ədəd stul, xx.xx.2022-ci il, tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1279.92 manat Gambayumşaq-3 yerli markalı mebel əşyası, xx.xx.2022-ci il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1647.96 manat imei kod **********05229 İphone 11 markalı telefonu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 651.06 manat əsasən Huawei watch gt 3 qol saatını, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 608.94 manat Hoffmannı markalı soyuducunu cavabdehin sahibliyinə verməyi MMC öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 73.77 manat olmaqla 24 ay müddətinə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 53.33 manat olmaqla 24 ay müddətinə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 124.83 manat olmaqla 12 ay müddətinə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 36.17 manat olmaqla 18 ay müddətinə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 33.83 manat olmaqla 18 ay müddətinə, əşyanın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 600-cı maddəsinə müvafiq olaraq MMC ilə cavabdeh arasında əşyanın nisyə satışına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3694.10 manat təşkil edir. Lakin, iddia ərizəsinə əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən göründüyü kimi, cavabdehin aldığı əşyalara görə İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 596.28 manat ödənilməmiş hissə, 59.72 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 580.32 manat ödənilməmiş hissə, 58.68 manat cərimə, xx.xx.2022-ci il, tarixli müqaviləyə əsasən 418.36 manat ödənilməmiş hissə, 41.64 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 393.36 manat ödənilməmiş hissə, 39.64 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 275.94 manat ödənilməmiş hissə, 27.06 manat cərimə borcu olmaqla, cəmi 2491 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». Həmçinin, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bundan əlavə Azərbyacan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. İddiaçı tərəfindən irəli sürülən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 59.72 manat cərimə,xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 58.68 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 41.64 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 39.64 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 27.06 manat cərimə pulunun ödənilməsi barədə tələb isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin, eyni zamanda məhkəmə hesab edir ki, MMC-nin xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 596.28 manat məbləğində borc üçün tələb etdiyi 59.72 manat məbləğində cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 580.32 manat məbləğində borc üçün tələb etdiyi 58.68 manat məbləğində cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 418.36 manat məbləğində borc üçün tələb etdiyi 41.64 manat məbləğində cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 393.36 manat məbləğində borc üçün tələb etdiyi 39.64 manat məbləğində cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 275.94 manat məbləğində borc üçün tələb etdiyi 27.06 manat məbləğində cərimə borcu tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə MMCnin tələb etdiyi xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 59.72 manat dəbbə pulu azaldılaraq 10 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 58.68 manat dəbbə pulu azaldılaraq 10 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 41.64 manat dəbbə pulu azaldılaraq 10 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 39.64 manat dəbbə pulu azaldılaraq 10 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 27.06 manat dəbbə pulu azaldılaraq 10 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Qeyd olunanları nəzərə alaraq, hesab edirəm ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 596.28 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 580.32 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 418.36 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 393.36 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 275.94 manat ödənilməmiş hissə, 10 manat cərimə borcu olmaqla, cəmi 2314.26 manat məbləğində borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 44.91 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 44.91 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 222, 227, 233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 596.28 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 580.32 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 418.36 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 393.36 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 275.94 manat ödənilməmiş hissə, 10 manat cərimə borcu olmaqla, cəmi 2314.26 manat məbləğində borc və ödənilmiş 44.91 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1(bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-303/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-303/2024
29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver