Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-323/2023 07.07.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Milan Tv stend, X1 mebel üçün 1886 manat ödənilməmiş hissə, 188 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Peruna Termo üçün 194 manat ödənilməmiş hissə, 19 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, X2 üçün 487.20 manat ödənilməmiş hissə, 48.80 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Milan Kamod üçün 464 manat ödənilməmiş hissə, 46 manat cərimə borcu olmaqla, ümumilikdə 3333 manat məbləğində borcun və 53.33 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, Alyans-termo Verona, Milan Tv stend, X1 mebel, Peruna Termo, X2, Milan Kamod almış və nəticədə 3333 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3000 manat (24 ay x 125 manat + 0) manat ilkin ödəniş Alyans-termo Verona, Milan Tv stend, X1 mebel üçün ümumilikdə 2074 manat olmaqla, ondan 1886 manat ödənilməmiş hissə, güzəşt olunaraq 188 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 384 manat (24 ay x 16 manat + 0 manat ilkin ödəniş) Peruna Termo üçün ümumilikdə 213 manat olmaqla, ondan 194 manat ödənilməmiş hissə, güzəşt olunaraq 19 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 708.60 manat (18 ay x 37.7 manat + 30 manat ilkin ödəniş) X2 üçün ümumilikdə 536 manat olmaqla, ondan 487.20 manat ödənilməmiş hissə, güzəşt olunaraq 48.80 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 696 manat (24 ay x 29 manat + 0 manat ilkin ödəniş) Milan Kamod üçün ümumilikdə 510 manat olmaqla, ondan 464 manat ödənilməmiş hissə, güzəşt olunaraq 46 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Alyans-termo Veronadan xx.xx.2020-ci il tarixində imtina etmiş və məhsul 432 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 682 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 432 manat, ümumilikdə 1114 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 643.40 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2019-cu il, xx.xx.2020-ci il xx.xx.2020-ci il və xx.xx.2019-cu il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Sonda ərizədə iddianın təmin olunması barədə məhkəmə qətnaməsi çıxarılması xahiş olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilən qanunvericiliyin tələbini əsas götürərək işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edirəm və aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3000 manat olan Alyans-termo Verona, Milan Tv stend, X1 mebeli, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 384 manat olan Peruna Termonu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 708.60 manat olan X2-ni, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 696 manat olan Milan Kamodu cavabdehin sahibliyinə verməyi MMC öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə 0 manat ilkin ödənişli, hər ayın ödəniş haqqı 125 manat olmaqla, 24 ay müddətinə, xx.xx.2020-ci il tarixli müqavilə 0 manat ilkin ödənişli, hər ayın ödəniş haqqı 16 manat olmaqla, 24 ay müddətinə, xx.xx.2020-ci il tarixli müqavilə 30 manat ilkin ödənişli, hər ayın ödəniş haqqı 37.70 manat olmaqla, 18 ay müddətinə, xx.xx.2019-cu il tarixli müqavilə 0 manat ilkin ödənişli, hər ayın ödəniş haqqı 29 manat olmaqla, 24 ay müddətinə əşyaların dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 600-cı maddəsinə müvafiq olaraq MMC ilə cavabdeh arasında əşyanın nisyə satışına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 682 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 432 manat, ümumilikdə 1114 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 643.40 manat təşkil edir. Lakin, iddia ərizəsinə əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən göründüyü kimi, cavabdehin aldığı əşyalara görə İddiaçı MMC-yə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 1886 manat ödənilməmiş hissə, 188 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 194 manat ödənilməmiş hissə, 19 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 487.20 manat ödənilməmiş hissə, 48.80 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 464 manat ödənilməmiş hissə, 46 manat cərimə borcu olmaqla, cəmi 3333 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». Həmçinin, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bundan əlavə Azərbyacan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. İddiaçı tərəfindən irəli sürülən xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 188 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 19 manat cərimə,xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 48.80manat cərimə,xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 46 manat cərimə pulunun ödənilməsi barədə tələb isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin, eyni zamanda məhkəmə hesab edir ki, MMC-nin xx.xx.2019-cu il tarxli müqaviləyə əsasən ödənilməmiş 1886 manat məbləğində borc üçün tələb etdiyi 188 manat məbləğində cərimə borcu, xx.xx.2020-ci il tarxli müqaviləyə əsasən ödənilməmiş 194 manat məbləğində borc üçün tələb etdiyi 19 manat məbləğində cərimə borcu,xx.xx.2020-ci il tarxli müqaviləyə əsasən ödənilməmiş 487.20 manat məbləğində borc üçün tələb etdiyi 48.80 manat məbləğində cərimə borcu, xx.xx.2019-cu il tarxli müqaviləyə əsasən ödənilməmiş 464 manat məbləğində borc üçün tələb etdiyi 46 manat məbləğində cərimə borcu tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə MMC-nin tələb etdiyi xx.xx.2020-ci il tarixli müqavilə üzrə 188 manat dəbbə pulu azaldılaraq 50 manat məbləğində, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 19 manat dəbbə pulu azaldılaraq 10 manat məbləğində,xx.xx.2020-ci il tarixli müqavilə üzrə 48.80 manat dəbbə pulu azaldılaraq 10manat məbləğində,xx.xx.2019-cu il tarixli müqavilə üzrə 46 manat dəbbə pulu azaldılaraq 10 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 1886 manat ödənilməmiş hissə, 50 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 194 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 487.20 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2019cu il tarixli müqaviləyə əsasən 464 manat ödənilməmiş hissə, 10 manat cərimə borcu olmaqla, cəmi 3.111.20 manat məbləğində borc tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 53.33 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 53.33 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 222, 227, 233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 1886 manat ödənilməmiş hissə, 50 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 194 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 487.20 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 464 manat ödənilməmiş hissə, 10 manat cərimə borcu olmaqla, cəmi 3111.20 manat məbləğində borc və ödənilmiş 53.33 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1(bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-323/2023
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-323/2023
07.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver