Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-328/2023 21.09.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 qarşı «ödənilmiş məbləğin subroqasiya hüquqi əsasında geri qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “ödənilmiş məbləğin subroqasiya hüquqi əsasında geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 5.750,00 manat məbləğində vəsaitin, 77.50 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin tutulması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx"ASC ərizə ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsini törədilmiş avtomobil Cavabdeh2 etibarnaməsi əsasında nəqliyyat vasitəsini idarə edən şəxsin yol nəqliyyat hadisəsini törətməsini əsas gətirərək Cavabdeh2 cavabdeh qismişdə cəlb olunmasını və cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 5.750,00 manat məbləğində vəsaitin, 77.90 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin istifadəsində olan **-DE-*** dövlət qeydiyyat nişanlı «Toyota Prius» markalı avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Cavabdeh1 tərəfindən idarə olunan həmin avtonəqliyyat vasitəsi ilə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində ** BJ *** dövlət qeydiyyat nişanlı «Kia Ceed» markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Həmçinin yolnəqliyyat hadisəsi nəticəsində X1 yüngül xəsarət yetirilmişdir. Sabunçu Rayon Məhkəməsinin № 6(008)-17/2023 saylı qərarına əsasən Cavabdeh1 təqsirli olunmuşdur. Qərara əsasən məlum olmuşdur ki, Cavabdeh1 yol nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmışdır. ** BJ *** dövlət qeydiyyat nişanlı «Kia Ceed» markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı zərərçəkən tərəfindən "xxxx" ASC-yə müraciət edilmişdir. Həmçinin X1 yüngül xəsarət yetirilməsi ilə bağlı sığorta ödənişi almaq məqsədilə "xxxx" ASC-yə müraciət edilmişdir. “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən ** BJ *** dövlət qeydiyyat nişanlı «Kia Ceed» markalı nəqliyyat vasitəsinə 5750,00 manat məbləğində zərər müəyyən edilmişdir. "xxxx" ASC-nin “Sığorta akt”ına əsasən ümumilikdə 5750,00 manat məbləğində sığorta ödənişi zərərçəkən şəxsin hesabına köçürülmüşdür. Ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsində sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar sadalanır. Sadalanan həmin hallardan biri sözügedən Qanunun 63.1cimaddəsində nəzərdə tutulmuş haldır; avtonəqliyyat vasitələrinin sahiblərinin mülkiməsuliyyətinin icbarisığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Göründüyü kimi"xxxx" ASC tərəfindən ümumilikdə ödənilmiş 5 750,00 manat məbləğində vəsait cavabdeh(lər) Cavabdeh1 tərəfindən geri qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, "xxxx" MMC-nin istifadəsində olan ** DE *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Cavabdeh1 tərəfindən idarə olunan həmin avtonəqliyyat vasitəsi ilə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində ** BJ *** dövlət qeydiyyat nişanlı Kia Ceed markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Həmçinin yol-nəqliyyat hadisəsi nəticəsində X1 yüngül xəsarət yetirilmişdir. Sabunçu Rayon Məhkəməsinin № 6(008)-17/2023 saylı Qərarına əsasən Cavabdeh1 təqsirli olunmuşdur. Qərara əsasən məlum olmuşdur ki, Cavabdeh1 yol nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmışdır. ** BJ *** dövlət qeydiyyat nişanlı Kia Ceedmarkalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı zərərçəkən tərəfindən "xxxx" ASC-yə müraciət edilmişdir. Həmçinin X1 yüngül xəsarət yetirilməsi ilə bağlı sığorta ödənişi almaq məqsədilə "xxxx" ASC-yə müraciət edilmişdir. “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən ** BJ *** dövlət qeydiyyat nişanlı Kia Ceedmarkalı nəqliyyat vasitəsinə 5750,00 (beş min yeddi yüzəlli) manat məbləğində zərər müəyyən edilmişdir. "xxxx" ASC-nin “Sığorta akt”ına əsasən ümumilikdə 5750,00 manat (beş min yeddi yüz əlli) məbləğində sığorta ödənişi zərərçəkən şəxsin hesabına köçürülmüşdür. Ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir. Hadisə ilə bağlı inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Sağlamlığına 700 manat ,sığortaya isə 5000 manat verilmişdir. Cavabdeh2 Nicatdan dəymiş zianı tələb etmişdir. Qanunvericilikdə zərərvuranın iştirakı tələb olunmur. Zərər 6800 manat olmuş, onlar 5000 manat ödəmişlər. Nicatla bağlı Boltun izahtı var. Etibarnamə deyil, yol vərəqəsi verilmişdir. Boltun tapşırığı ilə Nicat nəqliyyat vasitəsini idarə etmişdir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin edilməsi bardə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)- 2427/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Əlizadə N cat Ehtiram oğlu Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. İş materiallarında olan "xxxx" ASC-ti tərəfindən Cavabdeh1 və Cavabdeh2nə ünvanlanmış 0814/L nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, sürücü Cavabdeh1 tərəfindən idarə olunan həmin avtonəqliyyat vasitəsi ilə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində ** BJ *** dövlət qeydiyyat nişanlı «Kia Ceed» markalı avtonəqliyyat vasitəsinə vurulmuş zərər nəticəsində "xxxx" ASC tərəfindən 5750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan «cinayət işinin başlamasının rədd edilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, «Toyota Prius» markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 Azərbaycan Respublikası İXMnin 327.6 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Sbunçu RPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatından görünür ki, ** BJ *** dövlət qeydiyyat nişanlı «Kia Ceed» markalı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 5750 təşkil etmişdir. İş materiallarına əlavə edilmiş Paşa Bank tərəfindən verilmiş ödəniş qəbzlərindən görünür ki, "xxxx" ASC-ti tərəfindən X5 hesabına 5000 manat, X4 hesabına isə 750 manat pul köçürülmüşdür. İş materiallarında olan Paşa Sığorta» ASC-ti tərəfindən Cavabdeh1 ünvanlanmış 0640/İ nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh1 tərəfindən idarə olunan ** DE *** dövlət qeydiyyat nişanlı «Toyota Prius» markalı avtonəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X10 tərəfindən idarə edilən ** BJ *** dövlət qeydiyyat nişanlı «Kia Ceed» markalı avtonəqliyyat vasitəsi zərərə məruz qalmış, dəymiş təmir müəssisəsi tərəfindən 5000 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli sığorta aktından görünür ki, ** BJ *** dövlət qeydiyyat nişanlı «Kia Ceed» markalı avtomobilə dəymiş zərər məbləği 6805 manat, sığorta ödənişi isə 5000 manat təşkil etmişdir. İş materiallarında olan “RN BOLT» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş etibarnamədən görünür ki, X12 məxsus dövlət nömrə nişanlı ** DE *** «X15» minik markalı avtombilin idarə etmək hüququ Azərbaycan Resrublikası MM-nin 362.5-ci maddəsinə uyğun Cavabdeh1 etibar edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(008)-2427/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Əlizadə X6 Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcələlnin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “RN BOLT" MMC-nin istifadəsində olan **-DE-*** dövlət qeydiyyat nişanlı «Toyota Prius» markalı avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış, Cavabdeh1 tərəfindən idarə olunan həmin avtonəqliyyat vasitəsi ilə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində ** BJ *** dövlət qeydiyyat nişanlı «Kia Ceed» markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Həmçinin yol-nəqliyyat hadisəsi nəticəsində X1 yüngül xəsarət yetirilmişdir. Sabunçu Rayon Məhkəməsinin № 6(008)-17/2023 saylı qərarına əsasən Cavabdeh1 təqsirli bilinmişdir. ** BJ *** dövlət qeydiyyat nişanlı «Kia Ceed» markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı zərərçəkən tərəfindən "xxxx" ASC-yə müraciət edilmişdir. “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən ** BJ *** dövlət qeydiyyat nişanlı «Kia Ceed» markalı nəqliyyat vasitəsinə 5750 manat məbləğində zərərin dəyməsi müəyyən edilmişdir. Araşdırma zamanı o da məlum olmuşdur ki, baş vermiş yol nəqliyyat hadisəsində «RN BOLT" MMC-ti heç bir məsuliyyət daşımır və onun baş vermiş hadisə ilə bağlı heç bir əlaqəsi olmamışdır. Cavabdeh1 X12 məxsus dövlət nömrə nişanlı ** DE *** «X15» minik markalı avtombili “RN BOLT" MMC tərəfindən verilmiş etibarnamə əsasında idarə etmişdir və yol nəqliyyat hadisəsi törətmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(008)-2427/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Əlizadə X6 Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Buna görədə iddiaçının iddia tələbi “RN BOLT" MMCyə aid hissədə təmin edilməməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə Cavabdeh1 nəqliyyat vasitəsini etibarnamə əsasında idarə etdiyini nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 5750 manat məbləğində maddi ziyan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 77.50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 77.90 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Azərbaycan Respublikası MPM-nin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim edilmiş o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbacan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 241.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 5750 manat məbləğində maddi ziyan, 77.90 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-328/2023
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-328/2023
21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver