Məhkəmə qərarları › İş №e-2(034)-35/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-35/2025

12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-35/2025 12.02.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmməbağır qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borc» tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, məhsul qaytarılmasından sonra qalan borc 714 manat ödənilməmiş hissə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə əlavə araşdırmanın aparılması zəruriəti yarandığından Zəngilan Rayon Məhkəməsinin e-2(034)-623/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə materiallar Azərbaycan Respublikası MPM ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, məhsul qaytarıldıqdan sonra cavabdehlə aralarında razılığa gəlib müqavilə imzalamışlar. Cavabdeh məhsulu aldığı vaxtdan 7 ay sonra gətirib qaytarmışdır. Belə ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, məhsul qaytarılmasından sonra qalan borc 714 manat təşkil etmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə toplam məbləği 714 manat (yəni 3 ay x 238 manat + 0 manat ilkin ödəniş) olmaqla, məhsul qaytarılmasından sonra qalan borc 714 manat ödənilməmiş hissə yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 6-cı bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Əgər cavabdeh tərəfindən ödəniş olsaydı, dəqiqləşdirmə ərizəsi verərdilər. Sonda iddiaçının nümayəndəsi məhkəmədən xx.xx.2024-ci il tarixli müqaviləyə (razılaşmaya) əsasən məhsul qaytarılmasından sonra qalan borc 714 manat ödənilməmiş hissə və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında iddianı qəbul etmədiyini, iddiaçının hüquqşunaslarının kartına 80-100 manat ödəniş etməsini və öz iradəsi ilə razılıq müqaviləsinə imza etməməsini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* nömrəli razılaşma müqaviləsindən görünür ki, məhsul qaytarıldıqdan sonra qalıq borc 714 manat təşkil etmişdir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin məhsul qaytarıldıqdan sonra qalıq borcu 714 manat təşkil etmişdir. İş materiallarında olan və iddiaçı tərəfindən Cavabdehm İslam oğluna ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağrışa 3 iş günü ərzində riayət olunmaığı təqdirdə, razılaşmanın 6-cı maddəsinə əsasən adiyyəti üzrə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli ********* nömrəli razılaşma müqaviləsi bağlanmış və məhsul qaytarıldıqdan sonra qalıq borc 714 manat müəyyən edilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə toplam məbləği 714 manat (yəni 3 ay x 238 manat + 0 manat ilkin ödəniş) olmaqla, məhsul qaytarılmasından sonra qalan borc 714 manat ödənilməmiş borcu qalmışdır. Belə ki,tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarıxlı müqavilənin ayrılmaz tərkibi olan əlavəyə əsasən cavabdeh"xxxx" MMC-dən hissə-hissə ödəmək şərti ilə dəyəri 687.06 manat olan “XİAOMİ REDMİ NOTE” markalı telefonu,dəyəri 9.99 manat olan plyonkanı,dəyəri 79.99 manat olan XL paketi və dəyəri 150 manatlıq 3 illik ULTRA qızıl zəmanət sığorta paketini almışdır.Cavabdeh telefonu 7 ay istifadə etdikdən sonra iddiaçıya xx.xx.2024-cü il tarıxdə qaytarmışdır. “XİAOMİ REDMİ NOTE” markalı telefon qaytarılanda tərəflər arasında qiymətləndirmə aktı və razılaşma aktı tərtib olunmuşdur ki,cavabdeh həmin aktları imzalamışdır. Qiymətləndirmə aktına əsasən qaytarılmış telefon 133 manat qiymətləndirilmişdir. Nəticədə cavabdehin 80 manat ödənişi nəzərə alınmaqla 714 manat borcu qalmışdır. Cavabdeh tərəfindən borcdan heç bir ödəniş edilməmişdir. Cavabdehlə borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən aparılmış telefon danışıqları, eyni ildə göndərilmiş xəbərdarlıq nəticəsini verməmişdir. İddiaçı cavabdehdən aralarında bağlanmış razılaşma müqaviləsinə əsasən məhsul qaytarıldıqdan sonra ödənilməmiş 714 manat məbləğində borcun qaytarılmasını tələb edir. Lakin, məhkəmə iclasında iştirak etmiş cavabdeh iddianı tələbini qəbul etməmiş, iddiaçının hüquqşunaslarının kartına 80-100 manat ödəniş etməsini və öz iradəsi ilə razılıq müqaviləsinə imza etməməsini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, məhsul qaytarılmasından sonra qalan 714 manat məbləğində borc tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, məhsul qaytarılmasından sonra qalan 714 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti(«Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar