Məhkəmə qərarları › İş №e-2(034)-361/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-361/2025

30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-361/2025 30.05.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna, İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə Zəngilan rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli ********* nömrəli müddətli alqı-satqı müqaviləsi üzrə 219.9 manat əsas, 65.9 manat cərimə borcu olmaqla, cəmi 285.8 manat borc, xx.xx.2024-cü il tarixli ********* nömrəli müddətli alqı-satqı müqaviləsi üzrə 1799.9 manat əsas, 539.9 manat cərimə borcu olmaqla, cəmi 2339.8 manat borc, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsi üzrə 495.9 manat əsas, 148.7 manat cərimə borcu olmaqla, cəmi 644.6 manat borc, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli müqavilə üzrə 164.9 manat əsas, 49.4 manat cərimə borcu olmaqla, cəmi 214.3 manat borc olmaqla, ümumillikdə dörd müqavilə üzrə 2680.6 manat əsas, 803.9 manat cərimə borcu olmaqla, cəmi 3484.5 manat borcun və 54.85 manat ödənilmiş dövlət rüsumunun İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmşdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı İPHONE markalı mobil telefona görə ödəniş cədvəli üzrə 12 ay müddətinə hər ayin ödəniş haqqı 220 manat olmaqla, cəmi 2639.9 manat, xx.xx.2024-cü il tarixli, ********* nömrəli müddətli alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı İPHONE markalı mobil telefona görə ödəniş cədvəli üzrə 12 ay müddətinə hər ayin ödəniş haqqı 225 manat olmaqla, cəmi 2699.9 manat, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı SAMSUNG markalı mobil telefona görə ödəniş cədvəli üzrə 12 ay müddətinə hər ayin ödəniş haqqı 84 manat olmaqla, cəmi 999.9 manat, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı SAMSUNG markalı mobil telefona görə ödəniş cədvəli üzrə 6 ay müddətinə hər ayin ödəniş haqqı 167 manat olmaqla, cəmi 999.9 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu xx.xx.2023-cü il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixində 220 manat ödəniş etmiş, müqavilə üzrə qalıq qalmış 219.9 manat ödənilməmiş borcu və 65.9 manat cərimə borcunu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixində 225 manat ödəniş etmiş, müqavilə üzrə qalıq qalmış 1799.9 manat ödənilməmiş borcu və 539.9 manat cərimə borcunu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixində 74 manat ödəniş etmiş, müqavilə üzrə qalıq qalmış 495.9 manat ödənilməmiş borcu və 148.7 manat cərimə borcunu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixində 167 manat ödəniş etmiş, müqavilə üzrə qalıq qalmış 164.9 manat ödənilməmiş borcu və 49.4 manat cərimə borcunu qaytarmamışdır. Beləliklə, cavabdeh xx.xx.2024-cü il tarixədək iddiaçıya olan borcu xx.xx.2023-cü il tarixli ********* nömrəli müddətli alqı-satqı müqaviləsi üzrə 219.9 manat əsas, 65.9 manat cərimə borcu olmaqla, cəmi 285.8 manat borc, xx.xx.2024-cü il tarixli ********* nömrəli müddətli alqı-satqı müqaviləsi üzrə 1799.9 manat əsas, 539.9 manat cərimə borcu olmaqla, cəmi 2339.8 manat borc, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsi üzrə 495.9 manat əsas, 148.7 manat cərimə borcu olmaqla, cəmi 644.6 manat borc, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli müqavilə üzrə 164.9 manat əsas, 49.4 manat cərimə borcu olmaqla, cəmi 214.3 manat borc olmaqla, ümumillikdə dörd müqavilə üzrə 2680.6 manat əsas, 803.9 manat cərimə borcu olmaqla, cəmi 3484.5 manat təşkil edir. Sonda ərizədə iddianın təmin olunması barədə məhkəmə qətnaməsi çıxarılması xahiş olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilən qanunvericiliyinin tələbini əsas götürərək işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edirəm və aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən İPHONE markalı mobil telefonu, xx.xx.2024-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən İPHONE markalı mobil telefonu, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən SAMSUNG markalı mobil telefonu, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən SAMSUNG markalı mobil telefonu cavabdehin sahibliyinə verməyi MMC öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2023cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 220 manat, sonuncu ay 219.99 manat olmaqla 12 ay müddətinə, xx.xx.2024-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 225 manat, sonuncu ay 224.99 manat olmaqla 12 ay müddətinə, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 84 manat, sonuncu ay 75.99 manat olmaqla 12 ay müddətinə, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 167 manat, sonuncu ay 164.99 manat olmaqla 6 ay müddətinə əşyanın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 600-cı maddəsinə müvafiq olaraq MMC ilə cavabdeh arasında əşyanın nisyə satışına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin, iddia ərizəsinə əlavə edilmiş maliyyə arayışdan göründüyü kimi, cavabdeh tərəfindən xx.xx.2023cü il tarixli ********* nömrəli müddətli alqı-satqı müqaviləsi üzrə 219.9 manat əsas, 65.9 manat cərimə borcu olmaqla, cəmi 285.8 manat borc, xx.xx.2024-cü il tarixli ********* nömrəli müddətli alqı-satqı müqaviləsi üzrə 1799.9 manat əsas, 539.9 manat cərimə borcu olmaqla, cəmi 2339.8 manat borc, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsi üzrə 495.9 manat əsas, 148.7 manat cərimə borcu olmaqla, cəmi 644.6 manat borc, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli müqavilə üzrə 164.9 manat əsas, 49.4 manat cərimə borcu olmaqla, cəmi 214.3 manat borc olmaqla, ümumillikdə dörd müqavilə üzrə 2680.6 manat əsas, 803.9 manat cərimə borcu olmaqla, cəmi 3484.5 manat məbləğində borcu yaranmışdır. İddiaçı həmin ödənilməmiş məbləğin cavabdehdən tutulmasını tələb etdiyindən MMC-nin bu tələbi qanunvericiliyin tələbinə tam uyğundur. Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». Bundan əlavə Azərbyacan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. İddiaçı tərəfindən irəli sürülən xx.xx.2023-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 65.9 manat məbləğində cərimə pulunun, xx.xx.2024-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 539.9 manat məbləğində cərimə pulunun, xx.xx.2023-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən 148.7 manat məbləğində cərimə pulunun, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 49.4 manat məbləğində cərimə pulunun ödənilməsi barədə tələb isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin, eyni zamanda məhkəmə hesab edir ki, MMC-nin xx.xx.2023-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş 219.9 manat məbləğində borc üçün tələb etdiyi 65.9 manat məbləğində cərimə, xx.xx.2024-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş 1799.9 manat məbləğində borc üçün tələb etdiyi 539.9 manat məbləğində cərimə, xx.xx.2023-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş 495.9 manat məbləğində borc üçün tələb etdiyi 148.7 manat məbləğində cərimə, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş 164.9 manat məbləğində borc üçün tələb etdiyi 49.4 manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə MMC-nin tələb etdiyi xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 65.9 manat dəbbə pulu azaldılaraq 30 manat məbləğində, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 539.9 manat dəbbə pulu azaldılaraq 200 manat məbləğində, xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 148.7 manat dəbbə pulu azaldılaraq 70 manat məbləğində, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 49.4 manat dəbbə pulu azaldılaraq 20 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Odur ki, qeyd olunanlara əsasən hesab edirəm ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh xx.xx.2023-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 219.9 manat əsas, 30 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 1799.9 manat əsas, 200 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 495.9 manat əsas, 70 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 164.9 manat əsas, 20 manat cərimə borcu, olmaqla, ümumillikdə 3000.6 manat məbləğində borc tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 54.85 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 54.85 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 219.9 manat əsas, 30 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 1799.9 manat əsas, 200 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 495.9 manat əsas, 70 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 164.9 manat əsas, 20 manat cərimə borcu, olmaqla, ümumillikdə 3000.6 manat məbləğində borc və ödənilmiş 54.85 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar