Məhkəmə qərarları › İş №e-2(034)-367/2024

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-367/2024

03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-367/2024 03.07.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Qüdrət qızına qarşı «borc tələbinə dair» kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh Qüdrət qızına qarşı «borc tələbinə dair» kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, imei kodu **********73862 olan “X2 11” markalı telefon üçün 46.10 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4.90 manat cərimə,xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, imei kodu **********8549 olan “Huawei Novay 70” markalı telefon, 2 ədəd Vinil Şəffaf üçün 279.73 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 27.27 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən,Tozsoron Gorenje, Buxarlı təmizləyici karcher üçün 82 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8.66 manat cərimə borco olmaqla, cəmi 449 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh Qüdrət qızı arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, imei kodu **********73862 olan “X2 11” markalı telefon, imei kodu **********8549 olan “Huawei Novay 70” markalı telefon, 2 ədəd X1 Gorenje, Buxarlı təmizləyici karcher almış və nəticədə 449 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 165.96 manat (yəni 18 ay x 9.22 manat + 0 manat ilkin ödəniş) , İmei kod **********73862 X2 11 markalı telefon üçün ümumilikdə, 51 manat olmaqla, ondan 46.1 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4.9 manat cərimə, xx.xx.2022-ci il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 732.06 manat (yəni 18 ay x 40.67 manat + 0 manat ilkin ödəniş) , İmei kod **********8549 Huawei Novay 70 markalı telefon, 2 ədəd Vinil Şəffaf üçün ümumilikdə, 307 manat olmaqla, ondan 279.73 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 27.27 manat cərimə, xx.xx.2022-ci il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 596.34 manat (yəni 18 ay x 33.13 manat + 0 manat ilkin ödəniş) Tozsoron Gorenje, Buxarlı təmizləyici karcher üçün ümumilikdə, 91 manat olmaqla, ondan 82.34 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8.66 manat cərimə, borcu yaranmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2022-ci il tarixində Tozsoran Gorenje və zəmanət + 3 il xidmətindən imtina etmiş və məhsul 225.6 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır.Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 288.4 manat,məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 225.6 manat,digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 572.19 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır.Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.Sonda ərizədə iddianın təmin olunması barədə məhkəmə qətnaməsi çıxarılması xahiş olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilən qanunvericiliyinin tələbini əsas götürərək işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edirəm və aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh Qüdrət qızı arasında bağlanmış xx.xx.2022-ci il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 165.96 manat olan, , İmei kod **********73862 X2 11 markalı telefonu, xx.xx.2022-ci il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 732.06 manat İmei kod **********8549 Huawei Novay 70 markalı telefon, 2 ədəd Vinil Şəffaf, xx.xx.2022-ci il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 596.34 Tozsoron Gorenje, Buxarlı təmizləyici karcheri cavabdehin sahibliyinə verməyi MMC öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2022-ci il,tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 9.22 manat olmaqla 18 ay müddətinə, xx.xx.2022-ci il,tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 40.67 manat olmaqla 18 ay müddətinə xx.xx.2022-ci il,tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 33.13 manat olmaqla 18 ay müddətinə əşyanın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 600-cı maddəsinə müvafiq olaraq MMC ilə cavabdeh arasında əşyanın nisyə satışına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 572.19 manat təşkil edir. Lakin, iddia ərizəsinə əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən göründüyü kimi, cavabdehin aldığı əşyalara görə İddiaçı MMC-yə xx.xx.2022-ci il, tarixli müqaviləyə əsasən, 46.1 manat ödənilməmiş hissə, 4.9 manat cərimə, xx.xx.2022-ci il, tarixli müqaviləyə əsasən, 279.73 manat ödənilməmiş hissə, 27.27 manat cərimə, xx.xx.2022-ci il, tarixli müqaviləyə əsasən, 82.34 manat ödənilməmiş hissə, 8.66 manat cərimə, borcu olmaqla, cəmi 449 manat məbləğində borc yaranmışdır. Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». Həmçinin, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bundan əlavə Azərbyacan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Odur ki, qeyd olunanlara əsasən hesab edirəm ki, iddia təmin edilməli, Cavabdeh Qüdrət qızından xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 46.10 manat ödənilməmiş hissə, 4.90 manat cərimə, xx.xx.2022-ci il, tarixli müqaviləyə əsasən, 279.73 manat ödənilməmiş hissə, 27.27 manat cərimə, xx.xx.2022-ci il, tarixli müqaviləyə əsasən, 82.34 manat ödənilməmiş hissə, 8.66 manat cərimə, borcu olmaqla, cəmi 449 manat məbləğində borc tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, qət etdim: İddia təmin edilsin. Cavabdeh Qüdrət qızından xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 46.10 manat ödənilməmiş hissə, 4.90 manat cərimə, xx.xx.2022-ci il, tarixli müqaviləyə əsasən, 279.73 manat ödənilməmiş hissə, 27.27 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 82.34 manat ödənilməmiş hissə, 8.66 manat cərimə borcu olmaqla, cəmi 449 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar