Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-370/2022 15.07.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbinə dair» kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul tələbinə dair» kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Zəngilan rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN soyuducu üçün 585 manat ödənilməmiş hissə, 58 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN kondisioner üçün 614 manat ödənilməmiş hissə, 61 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********01111 X1 9 markalı telefon üçün 463 manat ödənilməmiş hissə, 46 manat cərimə borcu olmaqla, ümümilikdə 1827 manat borcun və 38.27 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, HOFFMANN soyuducu, HOFFMANN kondisioner, İMEİ kodu **********01111 olan X1 9 markalı telefon almış və nəticədə 1827 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 708 manat (24 ay x 29.5 manat + 0 manat ilkin ödəniş) HOFFMANN soyuducu üçün ümumilikdə 643 manat olmaqla, ondan 585 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 58 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 775.20 manat (24 ay 32.3 manat+0 manat ilkin ödəniş) HOFFMANN kondisioner üçün ümümilikdə 675 manat olmaqla, 614 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 61 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 649.20 manat (12 ay 54.1 manat+0 manat ilkin ödəniş) İMEİ Kodu **********01111 X1 9 Markalı telefon üçün ümümilikdə 509 manat olmaqla, ondan 463 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 46 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 470.40 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Sonda ərizədə iddianın təmin olunması barədə məhkəmə qətnaməsi çıxarılması xahiş olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilən qanunvericiliyin tələbini əsas götürərək işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edirəm və aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020 ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 708 manat olan HOFFMANN soyuducu, xx.xx.2020ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 775.20 manat olan HOFFMANN kondisioneri, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 649.20 manat olan X1 9 Markalı telefonu cavabdehin sahibliyinə verməyi MMC öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 29.05 manat olmaqla 24 ay müddətinə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 32.30 manat olmaqla, 24 ay müddətinə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 54.10 manat olmaqla 12 ay müddətinə əşyanın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 600-cı maddəsinə müvafiq olaraq MMC ilə cavabdeh arasında əşyanın nisyə satışına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin, iddia ərizəsinə əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən göründüyü kimi, cavabdeh aldığı əşyaya görə İddiaçı MMC-yə xx.xx.2020 -ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli müqavilələr üzrə cəmi 470.40 manat ödəniş etmiş, onun xx.xx.2020 -ci il tarixli müqaviləyə əsasən 585 manat ödənilməmiş hissə, 58 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 614 manat ödənilməmiş hissə, 61 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 463 manat ödənilməmiş hissə, 46 manat cərimə borcu olmaqla, cəmi 1827 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». Həmçinin, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bundan əlavə Azərbyacan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Eyni Məcəlləninin 284-6.3-cü maddəsinin tələbinə görə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. İddiaçı tərəfindən irəli sürülən xx.xx.2020 -ci il tarixli müqaviləyə əsasən 58 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 61 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 46 manat cərimə pulunun ödənilməsi barədə tələb isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin, eyni zamanda məhkəmə hesab edir ki, MMC-nin xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 585 manat məbləğində borc üçün tələb etdiyi 58 manat məbləğində cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsaəsn ödənilməmiş 614 manat məbləğində borc üçün tələb etdiyi 61 manat məbləğində cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 463 manat borc üçün tələb etdiyi 46 manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə MMC-nin tələb etdiyi xx.xx.2020-ci il tarixli müqavilə üzrə 58 manat dəbbə pulu azaldılaraq 5 manat məbləğində, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 61 manat dəbbə pulu azaldılaraq 5 manat məbləğində, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 46 manat dəbbə pulu azaldılaraq 5 manat müəyyən edilməsi qənaətinə gəlir. Odur ki, qeyd olunanlara əsasən "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə üzrə 585 manat məbləğində ödənilməmiş hissə, 5 manat məbləğində cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 614 manat məbləğində ödənilməmiş hissə, 5 manat məbləğində cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 463 manat məbləğində ödənilməmiş hissə, 5 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1677 manat borc tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 38.27 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 38.27 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 585 manat məbləğində ödənilməmiş hissə, 5 manat məbləğində cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 614 manat məbləğində ödənilməmiş hissə, 5 manat məbləğində cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 463 manat məbləğində ödənilməmiş hissə, 5 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1677 manat borc və 38.27 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-370/2022
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-370/2022
15.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver