Məhkəmə qərarları › İş №e-2(034)-379/2022

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-379/2022

15.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-379/2022 15.09.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən S18K556416 saylı müqavilə üzrə 76 (yetmiş altı) manat əsas borc, 23 (iyirmi üç) manat faiz borcu, S18K5669529 saylı müqavilə üzrə 510 (beş yüz on) manat əsas borc, 153 (bir yüz əlli üç) manat faiz borcu və 30( otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 622 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh S18K556416 saylı 06 dekabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsaəsn 76 manat əsas, 23 manat dəbbə, S18K5669529 saylı, 22 mart 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən 510 manat əsas borc, 153 manat dəbbə borcu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 792 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən "Soliton" mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 06 dekabr 2018-ci il və 22 mart 2019-cu il tarixlərində "Alqı-satqı" müqaviləsi bağlanmışdır. Cavabdeh 06 dekabr 2018-ci il tarixli S18K556416 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 390 (üç yüz doxsan) manat olan 1 ədəd "Samsung Galaxy 12“ markalı telefon almış, ilkin ödəniş olaraq 20 (iyirmi) manat ödəniş etmiş, nəticədə 370 (üç yüz yetmiş) manat borc yaranmış və 22 mart 2019-cu il tarixli S18K5669529 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 824 (səkkiz yüz iyirmi dörd) manat olan 1 ədəd "LG Q7 Dual" markalı telefon almış, ilkin ödəniş olaraq 55 (əlli beş) manat ödəniş etmiş, nəticədə 769 (yeddi yüz altmış doqquz) manat borc yaranmışdır. Cavabdeh tərəfindən 06 dekabr 2018-ci il tarixli S18K556416 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-cu il tarixdə 21 (iyirmi bir) manat ödəniş edilmiş və 22 mart 2019-cu il tarixli S18K5669529 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 64 (altmış dörd) manat ödəniş edilmişdir. Bu günədək cavabdehə etdikləri yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və alqı-satqı qiyməti S18K5564İ6 saylı müqavilə üzrə ümumi 390 (üç yüz doxsan) manat olan 1 ədəd “Samsung Galaxy J2" markalı telefon üçün ümumilikdə 76 (yetmiş altı) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat faiz borcu yaranmış və alqı-satqı qiyməti Sİ8K5669529 saylı müqavilə üzrə ümumi 824 (səkkiz yüz iyirmi dörd) manat olan 1 ədəd “LG Q7 Dual” markalı telefon üçün ümumilikdə 510 (beş yüz on) manat ödənilməmiş hissə, 153 (bir yüz əlli üç) manat faiz borcu yaranmışdır. Qeyd edilən müqaviləyə əsasən göstərilən məbləğin ödənilməmiş hissəsi, “Alıcı” tərəfindən və ya “Alıcının müvəkkil etdiyi şəxs tərəfindən, birmənalı şəkildə "Müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəniş cədvəlinə uyğun olaraq həyata keçirilir; Müqavilənin 2.4-cü bəndinə əsasən "Alıcı” ödənişin gecikdirildİyi hər gün üçün, məcmu borcun 1% həcmində "Satıcının xeyrinə gecikmə faizi ödəyir. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə mülki hüquqi məsuliyyət daşıyırlar. Həmin müqavilənin 4.1-ci bəndinə görə bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir. İş üzrə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək səhhətində olan problemlərlə əlaqədar məhkəmə baxışı iclaslarında iştirakının mümkün olmayacağını, iddia ərizəsini müdafiə edərək bütün məhkəmə baxışı iclaslarını iştirakı olmadan keçirilməsini və Cavabdeh cəmi 792 manat pulun onun xeyrinə tutulması haqqında yekun məhkəmə aktının çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinin tələbinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, mülki işin materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddiaçının iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və tərəflər arasında bağlanmış 06 dekabr 2018-ci il tarixli S18K556416 saylı hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, satıcı ümumi dəyəri 390 manat olan 1 ədəd «Samsung Galaxy J 12 SM-J250 Black” markalı telefonu satmağı, alıcı isə müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürməsi barədə müqavilə bağlanmış, alıcı müqavilə üzrə ilkin ödəniş çıxıldıqdan sonra malın qalan dəyəri 370 manatı isə 18 ay müddətinə ayda 20.56 manat olmaqla, hər ayın 05-dək ödəmək şərti ilə üzərinə öhdəlik götürmüşdür. iş materiallarında olan və tərəflər arasında bağlanmış 22 mart 2019-cu il tarixli S18K5669529 saylı hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, satıcı ümumi dəyəri 824 manat olan 1 ədəd «LG Q7 Dual” markalı telefonu satmağı, alıcı isə müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürməsi barədə müqavilə bağlanmış, alıcı müqavilə üzrə ilkin ödəniş çıxıldıqdan sonra malın qalan dəyəri 769 manatı isə 12 ay müddətinə ayda 65 manat olmaqla, hər ayın 21dək ödəmək şərti ilə üzərinə öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 06 dekabr 2018-ci il tarixli S18K556416 saylı alqı-satqı müqaviləsinə əsaəsn 76 manat əsas, 23 manat dəbbə, 22 mart 2019-cu il tarixli S18K5669529 saylı alqı-satqı müqaviləsinə əsasən 510 manat əsas borc, 153 manat dəbbə borcu olmaqla, cəmi 762 manat borcu vardır. Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə alınması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». İddiaçı tərəfindən irəli sürülən xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 23 manat məbləğində cərimə, xx.xx.2019-cu il tarixi alq-satqı müqaviləsinə əsasn 153 manat cərimə pulunun ödənilməsi barədə tələb isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin, eyni zamanda məhkəmə hesab edir ki, MMC-nin xx.xx.2018-ci il tarxli müqaviləyə əsasən ödənilməmiş 76 manat məbləğində borc üçün tələb etdiyi 23 manat məbləğində cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsaəsn ödənilməmiş 510 manat borc üçün tələb etdiyi1 53 manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə MMC-nin tələb etdiyi xx.xx.2018-ci il tarixli müqavilə üzrə 23 manat dəbbə pulu azaldılaraq 5manat məbləğində, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 153 manat dəbbə pulu azaldılaraq 10 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 76 manat əsas, 5 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 510 manat əsas, 10 manat cərimə borcu olmaqla, cəmi 601 manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 233 və 360-cı maddələrinə rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 76 manat əsas, 5 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 510 manat əsas, 10 manat cərimə borcu olmaqla, cəmi 601 (altı yüz bir) manat məbəlğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar