Məhkəmə qərarları › İş №e-2(034)-380/2022

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-380/2022

22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-380/2022 22.09.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borc tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borc tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2021ci il tarixli müqaviləyə əsasən, imei kodu **********60684 olan «iPhone 12» markalı telefon, imei kodu **********15271olan «iPhone 11» markalı telefon üçün 5329.80 manat ödənilməmiş hissə, 1421.20 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, imei kodu **********99495 olan «iPhone 11» markalı telefon, «Realme Qulaqlıq» üçün 1684 manat ödənilməmiş hissə, 504 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, imei kodu **********42368 olan «Xiaomi Redmi 9» markalı telefon, imei kodu **********23842 olan «Xiaomi Redmi9» markalı telefon üçün 1022 manat ödənilməmiş hissə, 306 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, imeı kodu **********48132 olan «iphone 11» markalı telefon üçün 981 manat ödənilməmiş hissə, 295 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, imei kodu **********49733 olan «Samsung Galaxy A10» markalı telefon, nevresim takımı, 4 ədəd yastık kilifi üçün 65 manat ödənilməmiş hissə, 14 manat dəbbə borcu olmaqla, cəmi 11622 manat borcun və 124.87 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Cavabdeh oğlu iddianı müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, imei kodu **********60684 iPhone 12 markalı telefon, imei kodu **********15271 iPhone 11 markalı telefon, imei kodu **********99495 iPhone 11 markalı telefon, Realme qulaqlıq, İmei kodu **********42368 XİAOMİ REDMİ 9 markalı telefon, imei kodu **********23842 XİAOMİ REDMİ 9 markalı telefon, imeı kodu **********48132 İphone 11 markalı telefon, İmei kodu **********49733 Samsung Galaxy A10 markalı telefon, Nevresim Takımı, 4 ədəd Yastık Kilifi almış və nəticədə 11622 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 5329.80 manat (18 ay x 296.1 manat + 0 manat ilkin ödəniş) olan, İmei kodu **********60684 iPhone 12 markalı telefon, imei kodu **********15271 iPhone 11 markalı telefon üçün ümumilikdə, 5862 manat olmaqla, ondan 5329.80 manat ödənilməmiş hissə, 1421.20 manat dəbbə borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2527.20 manat (12 ay x 210.6 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********99495 iPhone 11 markalı telefon, Realme Qulaqlıq üçün ümumilikdə, 1852 manat olmaqla, ondan 1684 manat ödənilməmiş hissə, 504 manat dəbbə borcu yaramışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1227.60 manat (18 ay x 68.2 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********42368 XİAOMİ REDMİ 9 markalı telefon, İmei kodu **********23842 XİAOMİ REDMİ 9 markalı telefon üçün ümumilikdə 1124 manat olmaqla, ondan 1022 manat ödənilməmiş hissə, 306 manat dəbbə borcu yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2665.40 manat (12 ay x 197.7 manat + 393 manat ilkin ödəniş) olan İmeı kodu **********48132 İphone 11 markalı telefon üçün ümumilikdə 1079 manat olmaqla, ondan 981 manat ödənilməmiş hissə, 295 manat dəbbə borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 574 manat (12 ay x 47.7 manat + 1.6 manat ilkin ödəniş) olan İmei kodu **********49733 Samsung Galaxy A10 markalı telefon, Nevresim Takımı, 4 ədəd Yastık Kilifi üçün ümumilikdə 71 manat olmaqla, ondan 65 manat ödənilməmiş hissə, 14 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3242.2 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci il müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Cavabdeh ödəniş etməmişdir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddanın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 5329.80 manat olan iPhone 12 markalı telefonu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2527.20 manat olan iPhone 11 markalı telefonu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1227.60 manat olan Xiaomi Redmi 9 markalı telefonu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2665.40 manat olan iPhone 11 markalı telefonu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 574 manat olan Samsung Galaxy A10 markalı telefonu, nevresim takımı, 4 ədəd yastık kilifi cavabdehin sahibliyinə verməyi MMC öhdəsinə götürmüşdür. Cavabdeh isə xx.xx.2021-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 296.10 manat olmaqla 18 ay müddətinə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə ilkin ödənişsimz, hər ayın ödəniş haqqı 210.60 manat olmaqla, 12 ay müddətinə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz hər ayın ödəniş haqqı 68.20 manat olmaqla,18 ay müddətinə,xx.xx.2020-ci il tarixli müqavilə üzrə 393 manat ilkin ödənişli hər ayın ödəniş haqqı 197.70 manat olmaqla, 12 ay müddətinə,xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1.60 manat ilkin ödənişli hər ayın ödəniş haqqı 47.70 manat olmaqla, 12 ay müddətinə əşyaların dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 600-cı maddəsinə müvafiq olaraq MMC ilə cavabdeh arasında əşyanın nisyə satışına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin, iddia ərizəsinə əlavə edilmiş maliyyə və ödəniş cədvəldən göründüyü kimi, cavabdeh aldığı əşyalara görə İddiaçı MMC-yə xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, cəmi ödədiyi məbləğ 3242.20 manat təşkil edir.Onun xx.xx.2021-ci il tarixli müqavilə üzrə 5329.80 manat ödənilməmiş hissə, 1421.20 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1684 manat ödənilməmiş hissə, 504 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə, 1022 manat ödənilməmiş hissə, 306 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 981 manat ödənilməmiş hissə, 295 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 65 manat ödənilməmiş hissə, 14 manat dəbbə borcu olmaqla, cəmi 11622 manat borcu yaranmışdır. İddiaçı həmin ödənilməmiş məbləğin cavabdehdən tutulmasını tələb etdiyindən MMC-nin bu tələbi qanunvericiliyin tələbinə tam uyğundur. Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə alınması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». İddiaçı MMC tərəfindən irəli sürülən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1421.20 manat dəbbə,xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 504 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 306 manat dəbbə,xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 295 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 14 manat dəbbə pulunun ödənilməsi barədə tələb isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin, eyni zamanda məhkəmə hesab edir ki, MMC-nin ödənilməmiş tələb üzrə tələb etdiyi xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1421.20 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 504 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 306 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 295 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 14 manat dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə MMC-nin tələb etdiyi xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1421.20 manat dəbbə pulu azaldılaraq 50 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 504 manat dəbbə pulu azaldılaraq 50 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 306 manat dəbbə pulu azaldılıraq 50 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 295 manat dəbbə pulu azaldılaraq 30 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 14 manat dəbəb pulu azaldılaraq 5 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək cavabdeh X2 xx.xx.2021-ci il tarixli müqavilə üzrə 5329.80 manat ödənilməmiş hissə, 50 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1684 manat ödənilməmiş hissə, 50 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1022 manat ödənilməmiş hissə, 50 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 981 manat ödənilməmiş hissə, 30 manat dəbbə,xx.xx.2020-ci il tarixli müqavilə üzrə 65 manat ödənilməmiş hissə, 5 manat dəbbə borcu olmaqla, cəmi 9266.80 manat məbləğində borc tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 124.87 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 124.87 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 216- 220 və 222-ci maddələrinə rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh X2 xx.xx.2021-ci il tarixli müqavilə üzrə 5329.80 manat ödənilməmiş hissə, 50 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1684 manat ödənilməmiş hissə, 50 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1022 manat ödənilməmiş hissə, 50 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 981 manat ödənilməmiş hissə, 30 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 65 manat ödənilməmiş hissə, 5 manat dəbbə borcu olmaqla, cəmi 9266.80 manat məbləğində borc və ödənilmiş 124.87 manat dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar