Məhkəmə qərarları › İş №e-2(034)-390/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-390/2025

23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-390/2025 23.06.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmməbağır qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, Müəyyən etdi: İşin halları: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, APPLE MACBOOK AİR 13 kompüter üçün 2060.57 manat ödənilməmiş hissə, 206.06 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, imei kod **********33131 İPHONE 15 PRO MAX markalı telefon üçün 3664.92 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 366.49 manat dəbbə borcu olmaqla, ümumilikdə 6321.64 manat məbləğində borcun, 83.22 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən APPLE MACBOOK AİR 13 kompüter, İmei kod **********33131 İPHONE 15 PRO MAX markalı telefon almış və nəticədə 6321.64 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 2071.92 manat (24 ay x 86.33 manat + 0 manat ilkin ödəniş) olan APPLE MACBOOK AİR 13 kompüter üçün ümumilikdə 2266.63 manat olmaqla ondan, 2060.57 manat ödənilməmiş hissə, güzəşt olunaraq 206.06 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4229.92 manat (18 ay x 204.44 manat + 550 manat ilkin ödəniş) olan İmei kod **********33131 İPHONE 15 PRO MAX markalı telefon üçün ümumilikdə, 4055.01 manat olmaqla, ondan 3664.92 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, güzəşt olunaraq 366.49 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 576.35 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlərtərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Müştəri “Müqavilə”-nn şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarını onların iştirakları olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzər alıb, işə nümayəndənin iştiraık olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək, izahatında bildirmişdir ki, işləmədiyi üçün ödənişləri edə bilməmişdir. O, "xxxx" MMC-dən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən APPLE MACBOOK AİR 13 kompüter və İmei kodu **********33131 olan İPHONE 15 PRO MAX markalı telefonu almış və nəticədə 6321.64 manat borc yaranmışdır. İşdən ayrıldığı üçün ödəniş edə bilməmişdir. Sonda məhkəmədən işsizliyini nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, iddiaçı alqı-satqı qiyməti 2071.92 manat olan APPLE MACBOOK AİR 13 komputeri, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 4229.92 manat olan İmei kodu **********33131 olan İPHONE 15 PRO MAX markalı telefonu cavabdehin sahibliyinə verməyi "xxxx" MMC öhdəsinə götürmüş, cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 86.33 manat olmaqla 24 ay müddətinə, xx.xx.2024-cü il tarixli müqaviləyə ilkin ödəniş 550 manat, hər ayın ödəniş haqqı 204.44 manat olmaqla 18 ay müddətinə əşyanın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. -İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən göründüyü kimi, cavabdehin aldığı əşyalara görə "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli müqavilələyə əsasən 2060.57 manat ödənilməmiş məbləğ, 206.06 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 3664.92 manat ödənilməmiş məbləğ, 23.6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 366.49 manat dəbbə pulu olmaqla, cəmi 6321.24 manat məbləğində borc var. -İş materiallarında olan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Zəngilan Rayon Məhkəməsinə verilən arayışdan görünür ki, iddiaçı tərəfindən Cavabdeh nisyə alqısatqı nüqaviləsi əsasında satılmış İmei kodu **********33131 olan İPHONE 15 PRO MAX telefonun açılıb bağlanması xidmətinə görə, İnnovativ Layihələr Mərkəzinə 23.6 manat pul vəsaiti MMC tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 600. «Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Maddə 601. «Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». Maddə 462.1.Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən APPLE MACBOOK AİR 13 kompüter və İmei kodu **********33131 olan İPHONE 15 PRO MAX markalı telefonu cavabdehin sahibliyinə verməyi öhdəsinə götürmüş, cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə ilə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 86.33 manat olmaqla 24 ay müddətinə xx.xx.2024-cü il il tarixli müqaviləyə əsasən 550 manat ilkin ödəniş etməklə, hər ayın ödəniş haqqı 204.44 manat olmaqla əşyanın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürsə də,bu öhdəliyinə əməl etməmiş, nəticə onun iddiaçıya xx.xx.2024cü il tarixli müqavilə ilə 2060.57 manat ödənilməmiş hissə 206.6 manat dəbbə borcu və xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 3664.92 manat ödənilməmiş hissə 366.44 manat dəbbə borcu və 23.6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 576.35 manat təşkil edir. Qalıq borcun ödənilməsi ilə bağlı cavabdeh dəfələrlə xəbərdar edilsə də, bunun heç bir nəticəsi olmamış və hazırda cavabdehdən ödənilməmiş borcu tələb edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2060.57 manat ödənilməmiş hissə, 206.06 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 3664.92 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 366.49 manat dəbbə borcu olmaqla, cəmi 6321.64 manat məbləğində borc tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 83.22 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 83.22 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2060.57 manat ödənilməmiş hissə, 206.06 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 3664.92 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 366.49 manat dəbbə borcu olmaqla, cəmi 6321.64 manat məbləğində borc və ödənilmiş 83.22 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" X1 xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar