Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-414/2025 23.07.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmməbağır qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, Müəyyən etdi: İşin halları: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Playstation 5, ps5 oyun pultu, qizil zəmanət Ultra 1 il xidmət üçün 1789.92 manat ödənilməmiş hissə, 178.99 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, HP Pavilion kompüter, viper kompüter çantası, qızıl zəmanət Ultra1 İL xidməti üçün 1578.48 manat ödənilməmiş hissə, 157.85 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod 55760/04T201443 xiaomi pad 6S pro, qızıl zəmanət ultra 1 il xidməti üçün 1344.06 manat ödənilməmiş hissə, 134.41 manat dəbbə borcu olmaqla, ümumilikdə 5183.71 manat borc və 71.84 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdehn ilə arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən, PLAYSTATİON 5 , PS5 oyun pultu, qızıl zəmanət ultra 1 il xidməti, HP pavilion kompüter, viper kompüter çantası, qızıl zəmanət ultra 1 il xidməti xidməti, İmei kod 55760/04T201443 xiaomi pad 6S pro, qızıl zəmanət ultra 1 il xidməti almış və nəticədə 5183.71 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1789.92 manat (12 ay x 149.16 manat + 0 manat ilkin ödəniş) olan PLAYSTATİON 5 , PS5 oyun pultu, qızıl zəmanət ultra 1 il xidməti üçün ümumilikdə, 1968. manat olmaqla ondan, 1789.92 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 178.99 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1578.48 manat (12 ay x 131.54 manat + 0 manat ilkin ödəniş) olan HP pavilion kompüter, viper kompüter çantası qızıl zəmanət ultra 1 il xidməti üçün ümumilikdə, 1736.33 olmaqla ondan, 1578.48 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 157 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1544.06 manat (18 ay x 74.67 manat + 200 manat ilkin ödəniş) olan İmei kod 55760/04T201443 xiaomi pad 6S pro, qızıl zəmanət ultra 1 il xidməti xidməti üçün ümumilikdə, 1478.47 manat olmaqla ondan, 1344.06 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 134.41 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 200 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarını onların iştirakları olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni nəzərə alıb, işə nümayəndənin iştiraık olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Playstation 5, ps5 oyun pultu, qizil zəmanət Ultra 1 il xidmət üçün 1789.92 manat ödənilməmiş hissə, 178.99 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, HP Pavilion kompüter, viper kompüter çantası, qızıl zəmanət Ultra1 İL xidməti üçün 1578.48 manat ödənilməmiş hissə, 157.85 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod 55760/04T201443 xiaomi pad 6S pro, qızıl zəmanət ultra 1 il xidməti üçün 1344.06 manat ödənilməmiş hissə, 134.41 manat dəbbə ümumilikdə 5183.71 manat borc cavabdehin sahibliyinə verməyi "xxxx" MMC öhdəsinə götürmüş, cavabdeh əşyanın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. -İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən göründüyü kimi, cavabdehin aldığı əşyalara görə "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1789.92 manat ödənilməmiş hissə, 178.99 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1578.48 manat ödənilməmiş hissə, 157.85 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 1344.06 manat ödənilməmiş hissə, 134.41 manat dəbbə ümumilikdə 5183.71 manat məbləğində borc var. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 600. «Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Maddə 601. «Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissəhissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». Maddə 462.1.Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1789.92 manat (12 ay x 149.16 manat + 0 manat ilkin ödəniş) olan PLAYSTATİON 5, PS5 oyun pultu, qızıl zəmanət ultra 1 il xidməti üçün ümumilikdə, 1968.91 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1578.48 manat (12 ay x 131.54 manat + 0 manat ilkin ödəniş) olan HP pavilion kompüter, viper kompüter çantası qızıl zəmanət ultra 1 il xidməti üçün ümumilikdə, 1736.33 manat və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1544.06 manat (18 ay x 74.67 manat + 200 manat ilkin ödəniş) olan İmei kod 55760/04T201443 xiaomi pad 6S pro, qızıl zəmanət ultra 1 il xidməti xidməti üçün ümumilikdə, 1478.47 manat olan əşyaları cavabdehin öhdəliyinə vermiş, iddiaçı öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirsə də, cavabdeh üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş, nəticədə müqavilənin şərtlərini pozmuşdur. Yaranmış borcun ödənilməsi ilə bağlı həm yazılı, həm də şifahi formada edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Belə ki, cavabdehin xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 1789.92 manat ödənilməmiş hissə, 178.99 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 1578.48 manat ödənilməmiş hissə, 157.85 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən isə 1344.06 manat ödənilməmiş hissə, 134.41 manat dəbbə borcu olmaqla, ümumilikdə cəmi 5183.71 manat məbləğində borcu var.Hazırda iddiaçı cavabdehdən bağlanmış müqavilələr üzrə ödənilməmiş qalıq borcu tələb edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 1789.92 manat ödənilməmiş hissə, 178.99 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 1578.48 manat ödənilməmiş hissə, 157.85 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən isə 1344.06 manat ödənilməmiş hissə, 134.41 manat dəbbə borcu olmaqla, ümumilikdə cəmi 5183.71 manat məbləğində borc tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 71.84 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 71.84 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 1789.92 manat ödənilməmiş hissə, 178.99 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 1578.48 manat ödənilməmiş hissə, 157.85 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1344.06 manat ödənilməmiş hissə, 134.41 manat dəbbə borcu olmaqla, ümumilikdə cəmi 5183.71 manat məbləğində borc və ödənilmiş 71.84 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" X1 xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-414/2025
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-414/2025
23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver